Sual etdiyiniz ayə barəsində, bir çox cavab və nəzəriyyələr verilmişdir lakin biz onlardan bir neçəsinə işarə edirik.
- İsadan itaət və onun davamçılarından məqsəd, Məhəmmədin (s) ümmətidir ki, bu barədə üç nəzəriyyə vardır.
A: Çünkü zaman cəhətindən İsanın ümmətindən sonradırlar.
B: Çünkü Həzrət Məhəmməd (s) İsa və onun kitabını təsdiq etmişdir, odur ki, bir kəsin digər şəxsi təsdiq etməsinin ondan itaət etməsi bilirlər.
C: Bizim Peyğəmbərin şəriəti tövhid və əsas hökmlərdə digər Peyğəmbərlərin şəriətiylə birdir, bunun üçün də onların davamçısı kimi nəzərdə tutulur.
- Ayədə " اتباع" ittiba sözündən məqsəd haqdan itaət etmək deməkdir ki, o davamçılardan Allah razıdır. Bəs "O şəxslər ki, səndən itaət edirlər" cümləsi o şəxslərə şamil olur ki, İslam zuhurundan əvvəl iman gətirmişdir və İslam zuhurundan sonra müsəlman olan şəxslərə də şamil olur.
- Bu ayədən məqsəd Allah Nəsraniləri Yəhudilərdən üstün qərar verməsidir.(Bu təfsirin daha düzgün olduğu anlaşılır).
- Məqsəd bütün Nəsara və müsəlmanlardır. Ayə bildirmək istəyir ki, Yəhud tayfası həmişə zəlildir və İsadan (ə) itaət etmək hər bir kəsə vacibdir.
Amma nə üçün müsəlmanları yalnız kafirlərlə müqayisə edir? Çünki burada kafirdən məqsəd inkar mənası nəzərdə tutulmuşdur və bu da yalnız Yəhudilər idi ki, O həzrəti inkar edirdilər lakin müsəlmanlar onu inkar etməyib və kafir deyildirlər; bəlkə həzrət İsanın həqiqi davamçıları, İslam Peyğəmbərinin besətini eşitdiklərində müsəlman oldular.
Müsəlmanlar Həzrət İsanı İlahi Peyğəmbərlərdən, şəriət və kitab sahibi bilirlər. Odur ki, Allah Taala buyurur: Qiyamətə kimi sənin davamçılarını kafirlərə üstün qərar verdim. Məlum olduğu kimi kafirlərdən məqsəd müsəlmanlar deyildir, çünki heç bir zaman bu kəlmə müsəlmanlar barəsində istifadə olunmamışdır.
Sualda etdiyiniz tərcümə ayəylə düz gəlmir, biz sizin sualınıza dəqiq cavab vermək üçün əvvəl onun tərcüməsini sonra isə təfsirdən istifadə edərək sizin sualınızı cavablandıracağıq.
Ayənin tərcüməsi:
O şəxslər ki, sənin (İsa) köməkçilərindir, qiyamət gününə kimi kafirlərdən üstün qərar verəcəyik bəs bütün insanlar mənə doğru qayıdacaqdır; və sizin aranızda olan bütün ixtilaflara hakim olacağam.[1]
Sualın cavabını əldə etmək üçün bir neçə nöqtə məlum olmalıdır. Aşağıdakı bəhslərdən və ayənin açıqlamasından istənilən cavabı əldə edəcəyik.
Sual etdiyiniz ayə barəsində bir çox cavab və nəzəriyyələr verilmişdir ki, biz onlardan bəzilərinə işarə edirik:
- İsanın (ə) köməkçilərindən məqsəd, Həzrət Məhəmmədin (s) ümmətidir lakin Məhəmmədin (s) ümmətinin, həzrət İsanın köməkçisi adlandırılması barəsində üç nəzəriyyə verilmişdir.
A: Zaman cəhətindən İsanın (ə) ümmətindən sonra gəldikləri üçün. Bir şəxsin digərindən sonra gəldiyi üçün, onun davamçısı kimi adlandırılır.
B: Həzrət Məhəmməd (s) sa (ə) və onun kitabını təsdiqlədiyi üçün onun köməkçisi adlandırılır. Odur ki, bir kəsin digərini təsdiq etməsi ondan itaət etməsini bildirir.
C: Bunlardan əlavə, bizim Peyğəmbərin şəriəti töhvid və əsas hökmləri də digər Peyğəmbərlərin şəriətiylə birdir. Bunun üçün də İslam Peyğəmbəri onun davamçısıdır; yəni onun etiqadını qəbul edir.[2]
- Ayədə " اتباع" ittiba sözündən məqsəd, haqq olan məsələlərdə itaət etmək deməkdir ki, o köməkçilərdən Allah razıdır. Bəs "O şəxslər ki, səndən itaət edirlər" cümləsi o şəxslərə şamil olur ki, İslam dininin zuhurundan əvvəl və İsanın dini aradan getməmiş, Nəsrani dinində idilər; bunlardan əlavə o müsəlmanara şamil olur ki, İslamın zühurundan sonra müsəlman olmuşdurlar və olurlar.
Çünki İslam dinindən itaət etmək haqdan itaət etməkdir ki, nəticədə həzrət İsadan itaət etməkdir.[3]
Bu nəzəriyyəni Əllamə Təbatəbayi bəzi təfsir alimlərinə nisbət vermiş və onları təhlil etmişdir.[4]
- Bu ayədən məqsəd Allah Nəsraniləri[5] Yəhudilərə (yəni onlar ki, əcdadları Həzrət İsaya qarşı kafir olub o həzrətə qarşı zülm etmişdirlər) üstünlük qərar verəcəkdir.məqsəd Yəhudi qövmünə əzabın nazil olmasıdır. Allahın əzabı onlara qarşı daha şiddətli olacaqdır.[6]
Bu təfsirə əsasən ki, daha çox ayəylə uyğundur. Bu ayə möcüzə olan ayələrdəndir ki, qeyb və gələcəkdən xəbər verir və buyurur: Həzrət İsanın köməkçiləri həmişə yəhudilərə (o həzrət inkar etdikləri üçün) üstün olacaqlar.
Bu dünyada bunu həqiqət olaraq müşahidə edirik ki, Yəhudilər Məsihilərə bağlı olmasa heç bir zaman öz siyasi və ictimai həyatlarına davam etməyə qadir deyildirlər.[7]
Bu nəzəriyyəyə əsasən həzrət İsanın davamçılarından məqsəd Nəsranilərdir. Çünki hər bir zaman və hər bir yerdə Yəhudiləri onlardan aşağı təbəqədə müşahidə edirik. O cümlədən rəhbərlik məqamları Yəhudilərdən alınır lakin Məsihilər bu işdə sabitdirlər. (Avropa və Roma və...) Nəsranilər həmişə onlardan əziz və qiyamətə kimi onlara rəhbərlik edəcəkdirlər.[8]
4." الَّذِينَ اتَّبَعُوكَ" (Hamı birlikdə) cümləsindən məqsəd Nəsranilər və müsəlmanlardır. Ayə Yəhudilərin qiyamətə kimi zəlil olmasından xəbər verir ki, İsadan (ə) itaət etməyin vacib olmasına inanır lakin inkar edir.[9]
Müsəlmanlar həzrət İsanı inkar edən kafirlərdən hesab olunurlarmı?
Kafir sözündən məqsəd burada inkar mənasındadır.[10] Müsəlmanlar nəin ki, o həzrətin yalançı olduğunu iddia etmirlər bəlkə ona qarşı kafir də deyildilər. O həzrəti böyük Peyğəmbərlərdən və üçüncü ulul- əzm Peyğəmbər şəriət və kitab sahibi bilirlər. Allah Taala Quranda buyurur: (Gözlənilmədən İsa danışmağa dil açdı və) Dedi: "Mən Rəbbimin bəndəsiyəm o mənə (səmavi) kitab vermiş və məni Peyğəmbər qərar vermişdir!"[11]
Lakin bu Yəhudi qövmü idi ki, o həzrəti inkar edib onu öldürdülər. Odur ki, Allah Taala buyurur: İsanın köməkçilərini qiyamətə kimi kafirlərə üstün qərar verdim. Əslində kafirlərdən məqsəd müsəlmanlar deyil çünki heç bir halda bu kəlmə müsəlmanlara şamil olmur.
Bunun üçün də bu cümləyə " الَّذِينَ اتَّبَعُوكَ" əsasən bütün həzrət İsanın (ə) köməkçilərinə şamil olur və müsəlmanlar da " الَّذِينَ اتَّبَعُوكَ" cümləsinin təfsirinə əsasən o həzrətin köməkçilərindən hesab olunurlar.
Bəs bu təfsirə əsasən Nəsrani və müsəlmanlara da şamil olur və ayənin mənası belədir. O şəxslər ki, (İsa) səndən itaət etdilər qiyamət gününədək kafir oolanlardan üstün qərar verdik bəs siz sonda bizə doğru qayıdacaqsınız. Sizin aranızda olan iftilafa mən qəzavət edəcəyəm.
Nəticə olaraq bu nöqtəni açıqlamaq lazımdır ki, əgər haqq yolda olub zərər görməkdən və yaxud batil yolu seçib qələbə çalmaqla üzləşiriksə, birinci yolu seçmək münasib görülür, o cür ki, İmam Hüseyn (ə) bu yolu seçmişdir. Bunlara əsasən, əgər İslamın haqq olması bizim üçün məlum olarsa və istəsək yalnız zahirdə müvəffəq olaq məsihi dininə üz tutmalıyıq (sualınızda olan dəlilə əsasən) məntiqli deyil və Quranın digər ayələriylə o cümlədən Bəqərə surəsinin 120- ci ayəsi kimi qəbul olunmur.
Əlavə məlumat əldə etmək üçün göstərici
İslam dininin sonuncu olmasının sirri- nə 3503 nömrə bu sayta müraciət edin.
[1] - Tərcümə Ayətullah Məkarim.
[2] - Təbərsi, Fəzl ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril Quran, Mutərciman, cild 4, səh 94. Fərəhani nəşriyyatı, Tehran, birinci çap, 1360 hicri şəmsi.
[3] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 326 və cild 3, səh 327. Dəftəre intişarate İslami camee Müdərrisin hozeye elmiyyeye Qum, beşinci çap, 1374, hicri şəmsi.
[4] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 328- 329.
[5] - Təbərsi, Fəzl ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, Mutərciman, cild 4, səh 94.
[6] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 330.
[7] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 2, səh 570, Darul- kitab əl- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri şəmsi.
[8] - Təbərsi, Fəzl- ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, Mutərciman, cild 4, səh 94.
[9] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- Mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 330.
[10] - Fərahidi Xəlil ibn Əhməd, Əl- eyn, cild 5, səh 356, ikinci çap, hicrət nəşriyyatı, Qum 1410 hicri qəməri.
[11] - Məryəm surəsi, ayə 30.