"Din" kəlməsi bütün dinlərə istər səmavi olsun istərsə də olmasın, təhrif olmuş olsun və yaxud təhrif olmamış (İslam) olsun, şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini yalnız buna malikdir ki, bütün dövr və əsrlərdə müsbət yol göstərməyə malikdir; Çünki İslam bütün dinlərin sonuncusu və ən kamil İlahi dindir. Bunun üçün də hər bir zaman və insanın həyatı boyu (istər ictimai istərsə də də şəxsi) ona lazım olan proqram və yol göstərməyə malik olmalıdır.
Başqa bir tərəfdən isə dinin yol göstərməsi texnologiya və elmin yol göstərməsindən tamamıyla fərqlidir.
Texnikanın inkişaf etməsiylə dinin də qanun və proqram əhatəsi genişlənir və İslam fiqhinin ətraflı mənbələrindən ictihad vasitəsiylə yeni hökm mövzuları məlum olur.
Din üç bölümdə; insanın özüylə rabitəsi, insanın başqalarıyla (təbiət və cəmiyyət) rabitəsi və insanın Allahla rabitəsi, insan üçün proqramı vardır və bəşərin hidayəti üçün bütün lazım olan cavabları (Əhli- beytin təyin etdiyi yolla ki, onu ictihad adlandırırlar). Verir.
Din kəlməsi geniş bir məna daşıyır ki, bütün dinlərə, istər səmavi istərsə də səmavi olmasın, təhrif olunmuş, istərsə də təhrif olunmamış (İslam) olsun şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini tək bir dindir ki, bütün əsrlər boyu üstün və müsbət yol göstərmək qabiliyyətinə malikdir. Başqa dinlər isə buna qadir deyildirlər; çünki yalnız İslam bütün dinlərin sonuncusu və ən kamil dindir ki, Allah tərəfindən göndərilmişdir.
Dinin əsas və əsl yol göstərməsi elm və texnologiyayla tamamıyla fərqlidir.
Bir insanın dinə olan ehtiyacının dəlilin isə, bir çox işlərin olmasıdır ki, insan öz ağıl, elm və təcrübəsiylə onları həll etməyə qüvvəsi çatmır.
Bu məsələyə; yəni bizim dərk etmə qabiliyyətimizin müəyyən həddə olması fəlsaəfədə ağıl nəzərindən qəbul edilmiş və Quranda buna işarə etmişdir:
«... علّمکم ما لم تکونوا تعلمون»[1]
Sizə o şeylər ki, bilmirdiniz (deyə) öyrətdik. Bu vəsflə, insan dinə ehtiyaclı olmadan heç bir zaman müəyyən bir nöqtəyə çatmağa malik deyildir.
Din üç bölümdə insan üçün proqram hazırlayaraq yol göstərir və həmişə çalışır ki, bu üç növ yolu düzgün olaraq həyata keçirsin.
A: İnsanın özüylə rabitəsi:
B: İnsanın başqalarıyla rabitəsi (təbiət və cəmiyyət).
C: İnsanın Allahla rabitəsi:
Bunun üçün də dünya və axirətin hər ikisinə diqqət yetirir. İslam o dünyanın abadlığını istəyir ki, onun axirəti də abad olsun və bu böyük vəzifə isə dünya əxlaqı öhdəsindən kənardır.
Din ürəyə diqqət etməklə birlikdə ağıla da diqqət yetirir.Elm buna necəmalikdir ki, onun vücudunun həqiqətini dərk etməyən insan üçün ətraflı proqram hazırlasın və onu səadətə çatdırsın. Baxmayaraq ki, insan elmi yol göstərəndir, amma bu yollar hər vaxt insana kömək etməyə malik deyil və hər hansı kamil bir din, qanun və fəlsəfəni insanlara çatdırmaqdan acizdir, insan isə hər bir şeydən əvvəl bir yol və proqrama ehtiyacı vardır ki, ona yol göstərsin. İslamda insanın özünə münasib olan yollar, onun ixtiyarına qoyulmuşdur ki, elm onu öz öhdəsinə götürməkdən acizdir. Texnologiyanın inkişaf etməsiylə dinin qanun və hökm əhatəsi də böyüyür. Yeni mövzuların yaranmasıyla İslamın böyük alimləri, yeni hökümləri İslamın fiqh mənbələrindən əldə edirlər və ictihadın böyüməsi nəticəsində modern dünyada insanlar üçün heç bir şəri hökmü cavabsız qalmır. Başqa bir tərəfdən isə, əgər təsəvvür edək ki, texnologiyanın inkişaf etməsi dinə ehtiyac olmamağa səbəb olur, gərək insan əsrlər keçdikdən sonra, özünün daha dinə ehtiyacı olmadığını bildirirdi və öz ağlıyla bir yol özünə tapardı.
Müasir tarix bunun düzgün olmadığını da təsdiqləyir. Nəinki insan dinə ehtiyaclı olmadığını bildirmir. Bəlkə Resansdan sonrakı, dinin əleyhinə tuğyan etmiş və bir çox acılıqları din yolunda çəkdikdən sonra, bu gün hər an dinə yaxınlaşır və özünün dinə daha çox ehtiyaclı olduğunu hiss edir.
Mütaliə üçün əlavə mənbələr:
- Göstərici: İslam dininin sonuncu olmasının sirri, sual 386.
- Göstərici: Din və dəyişiklik, sual 8.
- Göstərici: İslam və qanunun zəruri olması, sual 160.
- Göstərici: İslam və yeni nəzəriyyə, sual 170.
- Göstərici: Elm və dinin arasındakı müqayisə, sual 210.
- Hadəvi Tehrani, Məhdi, Vilayət və diyanət, səh 13- 56, Fərhənge xaneye xerəd müəssisəsi.
- Hadəvi Tehrani, Məhdi, Bavərha və porseşha, Məcmue kitab, fərhənge xaneye xerəd müəssisisəsi.
- Hadəvi Tehrani, Məhdi, Məbnayi kəlamiye ictihad, Mcmue kitab, fərhənge xaneye xerəd müəssisəsi.