1. Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin (s) nurundan xəlq olmasına işarə olunur. Şiə və əhli sünnə mənbələrinin bəzisində belə xəbərlərin olması, onların bu hökmə etiqadlı olmasını göstərmir. Bununla belə şiənin hədis mənbələrində tinət (zat, xasiyyət) xəbərləri vardır ki, sadəliklə olmaz onlardan keçilə. Bundan əlavə müsəlmanların arasında xilqətin nə cürəliyi barədə müxtəlif baxışlar (nəzərlər) vardır. Bu hökm təfəkkürün növü və müsəlman qruplarının dünyanı tanıma baxışından nəşət alır.
2. Mələklərin İmam Hüseynə (ə) ağlaması və onu ziyarət etməsi səhih nəql olunan rəvayətlərdən istifadə olunur ki, şiə mənbələrində bu əmrə işarə olunubdur. Həmçinin şiə və əhli sünnə kitablarında buna oxşar əmrə işarə edən rəvayətlər vardır ki, şəkk qəbul etməyən bir hökmdür.
Valıq aləminin həqiqətlərini tanımaq üçün alimlərin və müxtəlif dəstələrin arasında fərqli yolların və vasitələrin olması şübhəsizdir. Bu yollardan biri ayə və rəvayətlərin zahiri çıxarıdır. Bunun kənarında alimlər öz fikri meyllərə uyğun olaraq başqa tanıma vasitələrindən bəhrələnirlər ki, onların arasında əqli, fəlsəfi və irfani üslublara işarə etmək olar. Şübhəsiz alimlərdən hər biri rəvayətlərin istifadəsi və təfsiri zamanı bu növ nəzəriyələrin təsirinə məruz qalırlar bu mənaya ki, filosofların, mütəkəllimlərin, ariflərin və mühəddislərin (hədis alimləri) dünya tanıma barədə nəzəri həmişə bir- biri ilə əsaslı şəkildə fərqlənib; bu fərqin dəlili necə ki, deyildi onlar tərəfindən istifadə olunmuş üslublar və vasitələrdir. Buna görə də yaradılış məsələsinin təfsiri və bəyanında müxtəlif nəzərlər tapılır. Məsələn bəzi filosoflar tərəfindən onluq əql məsələsi və onların varlıq aləminin yaradılışında təsir etmə məsələsi, həmçinin bəzi hədis alimlərinin hansısa hədisə məntiqi yozum ilə baxışı bu növdəndir.
Buna əsasən mələklərin necə xəlq olması məsələsi ilə üzbəüz olan zaman gərək bu mövzulara ciddi şəkildə diqqət oluna.
Deyilənlərə əlavə olaraq, dəfələrlə deyilib ki, şiə və əhli sünnə kitablarında mövcud olan rəvayətlərin hamısının səhihliyinə (düzgünlüyünə) dəlil yoxdur. Bəlkə alimlərin tərəfindən rəvayətlərin səhihliyinin kəşfi "rical" elmindən istifadə etməklə ələ gəlir: Bu dəlilə əsasən hər iki dəstənin alimləri rəvayətlərin bu növ yoxlanış əsasına müxtəlif şəkillərə bölüblər. O yerə kimi ki, əhli sünnə rəvayətləri özlərinin həzi hədis məcmuələrində toplanıb və onları "sihah" adlandırıblar.
Şiə və sünni mənbələrində rəvayətlərə rast gəlinir ki, məxluqatın yaradılışından öncə Peyğəmbərin (s) nurunun olmasına işarə ediblər.[1] Əhli sünnə mənbələrində həzrət Peyğəmbərdən (s) nəql olunubdur ki, birinci xəlifənin Peyğəmbərin (ə) nurundan və ikinci xəlifə və Ayişənin əbu Bəkrin nurundan və... yaradılmasından söz açır.[2] Həmçinin şiə mənbələrində rəvayətlərə rast gəlinir ki, bəzən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nurundan, bəzən də başqa nurlardan yaranmasına işarə olunur. Tinət (zat, xasiyyət) rəvayətləri kimi məşhur olanbelə rəvayətləri ümumi şəkildə və sadəliklə inkar etmək olmaz. Bəlkə gərək onlar diqqətlə araşdırıla və sonra onlar haqqında hökm oluna.
Əlbəttə şiə alimlərinin müxtəlif sahələrdə əsil etiqadları ilə tanış olmaq üçün lazımdır ki, bu barədə yazılmış kitablara müraciət oluna.[3] Şiə mənbələrindən olan rəvayətlərə söykənmək (onlardan dəlil kimi istifadə etmək) və onları şiənin etiqadlarının hissəsindən saymaq maneəsiz deyil. Çünki, şiə kitablarının arasında da rəvayətlər mövcuddur ki, müxtəlif dəlillərlə onların səhih olması alimlər tərəfindən təsdiqlənməyib. Bundan əlavə bəzi xəbərlər də vardır ki, bir çox alimlərin nəzərinə görə bu xəbərlər səhih bir etiqadın əsası ola bilməzlər. Məxsus ravi (rəvayət edən) tərəfindən mələklərin imamların (ə) nurundan xəlq olunması yaxud birinci xəlifənin Peyğəmbərin (s) nurundan xəlq olunması (başqa rəvayətlər buna şübhə ilə yanaşırlar) barədə bir neçə rəvayətin nəqlolunması şiə və sünni alimlərinin bu hökmə nisbət etiqadını isbat etmir. Baxmayaraq ki, bu cür nəzərlər əgər dinin aşkar əslləri ilə ziddiyyəti olmaya məsələn İslami məzhəblərin Allahın sifətləri, məadın cismani ya ruhani olması və s... barədə cürbəcür çıxarışları və nəzərləri şəxslərin dindarlığında ziyana səbəb olmaz.
Sonrakı məsələ mələklərin imam Hüseynə (ə) ağlaması və həmçinin onların o həzrətin ziyarəti üçün aşağı gəlmələridir. Əsil mətləbə toxunmazdan əvvəl gərək bir neçə nöqtə aydın olsun.
1. Şiə və əhli sünnə rəvayətlərində mələklərin məxsus şəxslər üçün ağlaması və şadlanması məsələsinə işarə olunubdur. Biz bu işin hansı şəkildə baş verməsinə[4] onlar da insan kimi ruhi dəyişikliklərə düçar ourmu? Yəni xoşagəlməyən yaxud sevindirici hadisələri görmək ya eşitməklə qəmgin və ya şad olurlar ya yox? Bu rəvayətlərin barəsində toxunacağıq. Bu məsələ (mələklərin ağlaması) Oslamdan qabaqkı ədəbiyyatda da mühüm şəxslər dünyadan gedən zaman səmanın və yerin və küləyin onun üçün ağlaması və ya günəş tutulması şəklində qeyd olubdur və Qurani kərimdə buna işarə edibdir.[5] Mübarək ayəni təfsir etmək və araşdırmaqla bu nöqtəyə yetişəcəyik ki, müfəssirlərdən bəzisinin əqidəsinə əsasən səma və yerin ağlaması, yer üzündəki insanların və səmada mələklərin ağlaması mənasınadır.
2. Amma İslamda aşkar şəkldə şiə və əhli sünnə rəvayətlərində məxsus şəxslər üçün səmanın, yerin və mələklərin ağlaması və şadlanması məsələsi qeyd olubdur.
Biz bu mövzunun daha da aydın olması üçün bu bəhsə aid olan rəvayətləri qeyd olunan iki dəstə tərəfindən xatırladırıq:
1. Peyğəmbər Əkrəmdən (s) söylənilən bir rəvayətdə oxuyuruq: Əgər bir mömin qürbətdə ölə, bir halda ki ağlayanı olmaya səma və yer onun üçün ağlayar.[6] Bu məzmunda (mənada) başqa bir rəvayətdə səma və yerin əvəzinə mələklər kəlməsindən istifadə olunubdur.[7]
2. Başqa bir hədisdə məxluqatın həzrət (Adəm (ə) ağlamasına işarə olubdur. Bu tərtiblə ki, o həzrətin rihləti vaxtı bütün məxluqat yeddi gün müddətində ona ağladı.[8]
3. Həmçinin Peyğəmbər əkrəmin (s) ibadətin vasitəsinə halı dəyişilmiş cavanla görüşən zaman söylədiklərinin bir tikəsində o cavanın ağlamasının səbəbinə mələklərin ağlamasına işarə olunubdur. Peyğəmbər əkrəm (s) onunla söhbət edəndən sonra buyurur: "Həqəqətən sənin ağlamanın səbəbinə asimanın mələkləri ağladılar".[9]
4. Allahın Peyğəmbərinin (s) mücahidlər (cihad edənlər) barəsində söylədikləri bu barədə olan mühüm rəvayətlər qəbilindəndir. Peyğəmbər (s) bu hədisin əsnasında buyururlar: "Elə ki, mücahidlərin ailələri onlarla vidalaşırlar evlərin divarı onlar üçün ağlayır".[10]
5. Qeytəbi təfsirində mübarək ayənin təfsirinin əsnasında: "ما بکتهم السماء ...." deyilibdir ki, səma və yerin ağlamasından məqsəd yerin və səmanın mələklərinin ağlamasıdır.
Sonra həzrət Peyğəmbərin (s) bir rəvayətdə belə söylədiyi bildirilir:
"Hər bir mömin üçün asimanda iki qapı vardır; birindən onun ruzisi nazil olur və ikincidən onun sözləri və əməlləri daxil olur. Elə ki, ölümü və ya yoxluğu baş verir ona ağlayırlar. Ardınca Mücahiddən (ravi) nəql olunur ki, asiman və yer mönimə qırx gün ağlayar.
Əbu Yəhya deyir: Onun sözündən təəccüb etdim.
Mücahid dedi: Təəccüb edirsən? Niyə görə onun stündə rüku edən və rükusu ilə onu abadlaşdırana ağlamayın? Niyə asiman, təkbir və təsbihi bal arısı dəstəsinin əks- sədasına oxşayan bəndə üçün ağlamayın?.[11]
Mələklərin məxsus şəxslər üçün şadlanması barədə də rəvayətlər nəql olunubdur. O cümlədən birinci xəlifənin təvəllüdü vaxtı mələklərin şadlanması,[12] həmçinin ikinci xəlifənin müsəlman olması vaxtı mələklərin şadlanması[13] və ya Səd ibni Məaz üçün onların şadlanması və ərşin dalğalanmasına işarə etmək olar.[14]
Mələklərin enməsi də bizim bəhsimizin bir hisəsini təşkil edir. Bəhsin uzun olmaması üçün müxtəsər şəkildə neçə nümunəyə işarə edirik.
Bədr döyüşündə müsəlmanlara kömək yetirmək üçün mələklərin hazır olması,[15] Hənzələyə qüsl vermək üçün onların aşağı gəlməsi, həmçinin Səd ibni Məazın cənazəsinin həmli və dəfni üçün onların hazır olmasına işarə etmək olar.[16]
Bura kimi deyilənlərin ən mühümmü imam Hüseynə (ə) asimanın ağlaması barədə olan rəvayətdir ki, əhli sünnə mənbələrindən bir çoxu zərər yetirməyən azacıq fərqlə onu nəql ediblər. Əlbəttə bu rəvayət və qeyd olunan digər rəvayətlər şiə mənbələrində də Peyğəmbər əkrəmdən (s) və imamlardan (ə) nəql olubdur. Bu rəvayət əhli sünnə mənbələrində Sədi, Qorrət ibni Xalid, Mücahid və... kimi şəxslər tərəfindən belə çatdırılıb: "Hüseyn ibni Əli (ə) şəhid olan vaxt asiman ona ağladı və asimanın ağlamağı məxsus qırmızılıq idi ki, onda görünmüş oldu".[17]
İndi isə bu barədə şiə rəvayətlərinə müxtəsər işarə: Peyğəmbər əkrəmdən
Rəvayət olunubdur ki, mələklər onların başının üstündə hazır olur və onların ağlaması səbəbinə ağlayırlar.[18] Bu rəvayətdə həm mələklərin ağlamasına, həm də onların hazır olmasına işarə olunubdur.
İmam Kazımdan (ə) yetişən bir rəvayətdə oxuyuruq: "Əgər bir mömin ölə, mələklər və onun Allahı ibadət elədiyi hər bir yer ona ağlayır".[19]
Əgər qeyd olunan rəvayətlərdə bir az fikirləşsək iki nöqtəni ələ gətirmiş olarıq:
1. Bu rəvayətlərdə məxluqatın, yerin, səmanın, divarların və mələklərin ağlamasına işarə olunub.
2. Qeyd olunan rəvayətlərdə mələklərin ağlaması, müjdəsi yaxud nazil olması (enməsi) məxsus şəxsə aid olur; o cümlədən mücahidlər, vətəndən qürbətdə olanlar, möminlər, səhabələr və şəhidlər və s... qeyd olunublar.
İndiyə kimi deyilənlərə əsasən yerin, səmanın, mələklərin, qapının, divarın və s... ağlaması ilə mələklərin ağlamasının əhli müxtəlif yerlərdə aşkar və aydın şəkildə nəzərə çarpmış olur. Həmçinin mələklərin məxsus şəxslər üçün ağlaması və şadlanması məsələsindən bunu ələ gətiririk ki, mələklərin imam Hüseynə (ə) əzadarlığı və ağlaması yuxarıdakı xüsusiyyətlərin tam toplusudur və əhli sünnə mənbələrində imam Hüseynə (ə) asimanın ağlaması barədə olan rəvayətlər qəbul olunası bir əməldir.
İmam Hüseyn (ə), Peyğəmbərin (s) nəvəsi, kəsa əshabından və Peyğəmbər əkrəmin (s) əhli- beytindədir ki "Təthir" ayəsi onların şənində nazil olubdur.[20] Peyğəmbər əkrəmin (s) ibarəti ilə, Həsən və Hüseyn behişt cavanlarının başçılarıdırlar.[21] Bu xüsusiyyətləri heç vaxt heç bir səhabədə tapmaq olmaz. Bunlar ancaq Əhli- beytə aiddir ki İmam Hüseyn (ə) əhli- beytdəndir və bundan da əlavə o həzrət əshabdan sayılmış olur.
İmamın azğın Yezid hökumətinə qarşı cihadı və ona beyətdən boyun qaçırması və nəhayət qürbətdə əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və oislikdən çəkindirmə) kimi yerinə yetirmək əsnasında şəhid olması bu tarixi çəxsiyyətin başqa xüsusiyyətlərindəndir. Hətta axırıncı anlarda belə o həzrətin ibadət etməsi onun iman və təqvasının ucalıq nişanəsidir.
Deyilənləri nəzərə almaqla birgə, mələklərin Allahın əmri ilə şəhid imam Hüseynin (ə) ziyarətinə gəlmələri (necə ki, Səd ibni Məazın dəfninə gəldilər) və ya ona ağlamaları (necə ki, vətəndən qürbətdə dünyadan köçmələr və möminlər və yaxud şəhid mücahidlər üçün ağladılar) təəccüblü deyil.
Bundan əlavə bizim rəvayət kitablarında bu mövzuda Əhli- beytdən (ə) rəvayətlərin olması və mələklərin ağlaması, onların o həzrətin qəbrinin ziyarətinə gəlmələri məsələsinin qeyd olunması, bizim bu işə olan etiqadımızı daha da artırmış olur. Söz çox uzanmaması üçün bu bəhsdən əl götürürük və başqa vaxtda saxlayırıq.
Aid olan göstəricilər:
- Aşura günündə cinlərin və mələklərin imam Hüseynə (ə) kömək etməsi, 6983 (Sayt: 7503).
- Həzrət Əlinin (ə) əzəli (əbədi) olmasının mənası, 4410 (sayt: 5158).
- Peyğəmbərin (s) vücudunun nur baxımından Adəmə (ə) üstünlüyü, 4378 (sayt: 4814).
[1] - İsmail, ruhul- bəyan, cild 2, səh 370, darul- fikr, Beyrut; Nişapuri, Həsən ibni Məhəmməd, Ğəraibul- Quran və rəğaibul- furqan təfsiri, cild 1, səh 407, darul- kutubil- elmiyyə, Beyrut, birinci çap, 1416 h.q.
[2] - Sələbi, Əhməd ibni İbrahim, Əl- kəşfvəl- bəyan ən Təfsiril- Quran, cild 7, səh 111, darul- ehyail- turasil- ərəbiyyə, Beyrut, brinci çap, 1422 h. q.
[3] - Daha çox məlumat əldə etmək üçün, İrfani, fəlsəfi və kəlami baxış: İmam Hüseynin (ə) şəxsiyyətinə və qiyamına, Qasim Torxan, Peyğəmbərin (s) və İmamların (ə) nurlarının onların cismlərindən qabaq yaradılması, səh 25- 49.
[4] - Həmin, Əfsanəvi şəxsiyyət İmam Hüseyn (ə), səh 143- 155.
[5] - Duxan surəsi, ayə 29.
[6] - Əl- Zəməxşəri, Məhmud, Əl- kəşşaf ən- həqiqi ğəvamizil- tənzil, cild 4, səh 274, Darul- kutubul- ərəbi, Beyrut, üçüncü çap, 1407 h.q.
[7] - Əs- səfuri, Nəzhətul- məcalis, cild 1, səh 207, Əl- mərtəbəətul- əzhəriyyət, Misir, 1346 h. q.
[8] - Siyuti, Cəlaluddin, Əd- durrul- mənsur fi təfsiril məsur, cild 1, səh 162, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404 h.q.
[9] - Əl- kəşf vəl- bəyan ən- təfsiril- Quran, cild 9, səh 188, darul- ehyaul- turasil- ərəb, Beyrut, birinci çap, 1422 h. q.
[10] - Həmin, cild 3, səh 206.
[11] - Qertəbi, Məhəmməd ibni İbrahim Şəmsuddin, Əl- camiul- əhkamil- Quran, cild 16, səh 140, Nasir Xosrov nəşriyyatı, Tehran, birinci çap, 1364 h.q.
[12] - İbni Əsakir, Əli ibni Həsən, Dəməşq şəhərinin tarixi, cild 79, səh 353, darul- fikr, Beyrut, 1415 h.q.
[13] - Zöhri, Məhəmməd ibni Səd, Ət- təbəqatul- kobra, cild 3, səh 205, dare Sadir, Beyrut, birinci çap, 1968 M.
[14] - Əl- camiu liəhkamil- Quran, cild 7, səh 307.
[15] - Ali- İmran surəsi, ayə 129.
[16] - Ət- Təbəqatul- kubra, cild 3, səh 428, dare Sadir, Beyrut, birinci çap, 1968 M.
[17] - İbni Kəsir Dəməşqi, İsmail, Təfsiril- Quranil- əzim, cild 7, səh 234, darul- kutubil- elmiyyə, Beyrut, birinci çap, 1419 h.q. Əd- durrul- mənsur fi təfsiril- məsur, cild 4, səh 264, Əl- cameul- liəhkamil- Quran, cild 11, səh 220; Əl- kəşfi vəl- bəyan, cild 8, səh 353; Ruhul- bəyan, cild 8, səh 413.
[18] - Hürr Amuli, Məhəmməd ibni Həsən, Vəsailüş- şiə, cild 7, səh 231, Alul- beyt liəhyail- turas müəssisəsi, Qum, birinci çap, 1409 h. q.
[19] - Kuleyni, Məhəmməd ibni Yəqub, Əl- kafi, cild 1, səh 38, darul- kutubul- İslamiyyət, Tehran, dördüncü çap, 1365 h. q.
[20] - Təfsiril- Quranil- əzim, cild 6, səh 367.
[21] - Əd- durrul- mənsur fi təfsiril- mənsur, cild 4, səh 263.