Sizin sualınızda olan mühüm məqam bundan ibarətdir ki, hər ikiniz bir- birinizi sevirsiniz və istəyirsiz həyat yoldaşınız üçün ən yaxşı qadın olasınız. Siz həmişə gərək bu xüsusiyyətə üstünlük verəsiniz ki, başqa işlər onun təsiri altında ola.
Evlilik həyatına hakim olan mühit gərək səfa, səmimiyyət, dostluq və yoldaşlıq mühiti ola. Nəinki mənlik (qürur), xudbinlik və özündən razı olma mühiti.
Buna əsasən çətinlik təsəvvür olunan işlərdən çoxu sadəliklə həll olunmağa qabiliyyətlidir.
Mümkündür bəzi işləri bir eyb hesab edək, amma eyb olmayalar. Bəs əvvəlcə gərək, eybi tanıyaq və arxayın olaq ki, o eybdir. Ondan sonra onun dərmanına məşğul olaq.
Xatırlatma üçün ən yaxşı meyar budur ki, özümüzü onların yerində qərar verək. Yəni, fikr edək ki, əgər bir nəfər istəyə bizim işimizdən irad tuta, onun necə bəyan etməsini istəyirik ki, biz də o cür əməl edək.
Sizin evlənməyinizdən çox vaxtın keçməməsinə və bir- birinizin əxlaqi xüsusiyyətlərinizdən daha çox tanış olmamağınıza diqqət etmək lazımdır! Bəs tələsməyin! Biz- birinizin əxlaqi xüsusiyyətləri ilə daha çox aşina olandan sonra heç bir həssaslıq baş vermədən öz istəyinizə yetişərsiz.
Sizin sualınızda olan mühüm və daha çox şadlığa səbəb olan məqam bundan ibarətdir ki, hər ikiniz bir- birinizi sevirsiniz və istəyirsiz həyat yoldaşınız üçün ən yaxşı qadın olasınız. Həmişə yaşayışınızda bu xüsusiyyətə üstünlük verin ki, bütün işlər hətta yaşayışda olan kin- küdurətlər onun təsiri altında qərar tuta. Amma dəqiq cavabı ələ gətirmək üçün lazımdır ki, əvvəlcə bir neçə sualın planı ilə onun cavabını axtaraq.
- Nə etmək lazımdır ki, yaxşı həyat yoldaşı olaq?
- Yaxşı həyat yoldaşı üçün İsalamın bəyan etdiyi meyarlar hansılardır?
- Diqqət etmək lazımdır ki, bizim irad bildiyimiz şey həqiqətən iraddır ya xeyr?
- İrad olmaq fərzi ilə edə bilərikmi hər necə istəsək onu dəyişdirək, köçürək ya şərtləri vardır? Həmin sualın tərtibi ilə onu cavablandırırıq.
Birinci. İslami təlimlərə və dinimizin böyüklərindən ülgü götürməyə diqqət etməklə bu nəticəyə gəlmək olar ki, evlilik həyatında evə hakim olan mühit gərək səfa, səmimiyyət, dostluq və yoldaşlıq mühiti ola, nəinki mənlik, xüdbinlik və özündən razı olma mühiti. Buna əsasən əgər, ər və arvad bir- biri ilə dost olalar, çətinlik təsəvvür olunan işlərdən çoxu asanlıqla həll oluna bilər. Əlbəttə bunu qeyd etmək lazımdır ki, evin müdüriyyəti kişi ilədir (məxsus üstünlük ünvanına yox). Gərək bütün ailə üzvləri buna diqqət etməklə yaşayışın möhkəmləndirilməsi və sabitliyinə çalışa.
İkinci: Bu sualın cavabı üçün "arzu olunan həyat yoldaşının meyarları", sayı, 7980 (həmin sayt) göstəricisinə müraciət edin.
Üçüncü: Eyb və iradı tanımaq üçün gərək əvvəlcə o iradın hansı cəhətdən eyb hesab olduğunu bilək. Görəsən şəridir ya ürfü, ictimaidir ya şəxsi? Birinci iki hissədə gərək bu məsələ üçün dini və ictimai elmlərin mütəxəssislərinin nəzərini öyrənək. Bəli, bizdə qəbul edirik ki, bəzən bir şeyin aydın və aşkar şəkildə irad olması üçün lazımdır ki, hamı onu başa düşı. Amma adətən belə deyil. Mümkündür bəzi işləri bz eyb hesab edək, amma həqiqətdə eyb olmayalar.[1]
Amma axırıncı nöqtə
Bir şeyin həqiqətən irad olmasını fərz edək və hesab edək ki, eybdir. Belə olan halda bizim icazəmiz vardır ki, onu, hər zamanda, məkanda və şəraitdə bəyan edək?
Ola bilsin bir xatırlatma, xeyirxahlıqla və ürəkyanğısı ilə ola, amma xatırlatma üçün lazım olan bütün şəraitlər riayət olunmadığından istənilən nəticəyə çatmaq mümkün olmaya. Bəlkə əks nəticə ələ gəlmiş ola! İstənilən şərtləri riayət etmək üçün ən yaxşı yol budur ki, özümüzü xatırladılan şəxsin yerində qərar verək, ondan irad tutduğumuz kimi bizdən irad tutulmasını istəyək! Şəxsin iradını elə xatırladaq ki, istəyirik başqaları da bizim iradımızı o cür xatırlatsın. Yəni şəxsiyyətlər, zehnlər və səbrlərin (dözümlərin) fərqli olmasını nəzərə alaraq xatırladaq.
Buna diqqət etməklə ki, evlənməyinizin vaxtından çox keçməyib, bir- birinizin əxlaqi xüsusiyyətləri ilə daha çox tanış olmamanız təbiidir. Zamanın keçməsi ilə yavaş- yavaş bir- birinizin əxlaqi xüsusiyyətləri ilə daha dərindən tanış olacaqsınız. Və həmin vaxt heç bir həssasiyyət olmadan öz istəyinizə çata bilərsiz.
Axırda sözü, Əlinin (ə) bir hədisi ilə tamamlayırıq.
Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətində buyurub: "Oğlum, özünü başqaları ilə müqayisə et! Özün üçün sevdiyini başqaları üçün sev və özün üçün bəyənmədiyini başqaları üçün də bəyənmə. Başqalarına zülm etmə, necə ki, sənə zülm olunmasını istəmirsən, yaxşılıq et, necə ki, istəyirsən sənə yaxşılıq oluna. Başqaları üçün nalayiq bildiyini özün üçün də nalayiq bil, camaatdan özün üçün bəyəndiyini onlar üçün də bəyən, bildiyini söylə və bilmədiyini söyləmə, sənin üçün deyilməsini xoşlamadığını demə".[2]
[1] - Bu barədə daha çox məlumat üçün fiqhi kitablarda bəyan olunan əmr be məruf və nəhy əz münkər (yaxşılığıa dəvət və pislikdən çəkindirmə) şərtlərinə müraciət edin. Biz də Tozihul- məsail (əl- məhşi li- imamil- Xumeyni), cild 2, səh 765 və mərcəi təqlidlər (Gülpayqani) və (Safi)- nin risalələrinə əlavələrdən bəyan edirik.
Əmr be məruf və nəhy əz münkərin şərtləri beş dənədir:
Birinci: Əmr və nəhy edən yaxşını və pisi tanıya, mərufun vaxib və münkərin haramlığına yəqini ola və özü xətaya yol verməyə.
İkinci: Əmr və nəhyinin təsirli olacağını ehtimal verə: Deməli əgər, təsir etməyəcəyini bilsə, vacib deyil.
Üçüncü: Günahkar şəxsin öz günah işini təkrar edəcəyinə yəqin, yaxud xatircəmliyi olsun; deməli əgər, təkrar etməyəcəyini bilsə, yaxud güman etsə və ya səhih ehtimal versə, vacib deyil.
Dördüncü: Vacibi tərk edən və haramı yerinə yetirən şəxs üçün mərufun vacibliyi və münkərin haramlığı sabit ola (bunlara yəqini ola) və vacibin tərki və haramın yerinə yetirilməsi üçün üzrü olmaya. Deməli əgər, vacibitərk və haramı yerinə yetirən şəxsin vacibi tərk etməyin caiz və haramı yerinə yetirməyin mübah olmasına etiqadı ola, əmr be məruf və nəhy əz münkər vacib olmaz. Həmçinin üzrü olan şəxs üçündə bu hökm həyata keçirilər. Bəli, qəflətdən oyatmaq və cəhalətdən hidayət etmək üçün agahlıq və hidayət lazımdır.
Beşinci: Onun əmr və nəhyində fəsad və zərər olmaya, deməli əgər, zərər və fəsadın olacağına ehtimal versə vacib deyil.
[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 72, səh 29, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.