Quranın buyurduğuna əsasən şeytan cin tayfasındandır və onlar da insanlar kimi mükəlləfdirlər.
İmam Əli (ə) buyurur: şeytan altı min il ibadət etdi və bu da məlum deyil ki, onun sayı dünya illəriylə hesab olunur və ya axirət (ki, onun hər bir günü min ildir) Alahın iblisə qarşı olan lütf və rəhməti bu idi ki, birincisi ona ibadət etməyə nail olmuşdu və ikincisi isə çoxlu ibadət etdiyi üçün mələklərdən hesab olunurdu. Allahın ona qarşı lütfü isə, onu mələklərlə birlikdə səfa, təmizlik və pak olaraq saxlamışdı. Bu varlığın nizamlarından biri də budur ki, hər bir şəxsin mərifəti (Allahın tanışlığı) çoxolsa, vəzifəsi və təklifi də ağırlaşır, xəta səhv etdiyi zaman, əzabıbir daha başqalarından çox olur! Bunun üçündə, şeytanın həzrət Adəm (ə) barəsində etdiyi xətası, onun üçün həqiqəti tamamladı və şeytanın bu məqamının aradan getməsi, Allahın ona daha çox əzab etməsinin nişanəsidir.
Quranı kərimin, kəhf surəsi ayə 50; hicr surəsi ayə 31 kimi ayələrinə nəzər saldıqda belə nəticə alırıq ki, şeytan (iblis) cin tayfasından olmuş və çoxlu ibadət etdiyi üçün mələmlər məqamında yer tutmuşdur. Şeytanın təkəbbürlük etməsi (ki, onun imtahanı idi0 Quranı kərimdə təqribən yeddi dəfə gəlmiş və çox ibrət götürməli bir hekayədir. Bu dastan neçə hissəyə bölünür:
Allahın, şeytana Adəm (ə) qarşısında səcdə etməsinə əmri.
Adəmin (ə) xüsusi üstünlüyü və bunun üçün də, Allah Taala ona səcdə etmək hökmünü verdi.
İblisin ona səcdə etməkdən boyun qaçırması.
Təkəbbür etdiyi üçün olan amilin cavabı: "Mən elə bir şəxs deyiləm, pis qoxulu torpaqdan olan və torpaqdan yaratdığın bəşərə səcdə edəm".[1]
Başqa bir bəyanla buyurur: "Mən ondan üstünəm. Məni oddan, onu isə torpaqdan yaratmısan."[2]
Bu böyük bir imtahan idi və o bütün bu ibadətiylə ki, Əli (ə)- ın buyurduğu kimi: Altı min il ibadət ki, məlum deyil dünya illəriylə sayılmışdır və ya axirət (ki, onun hər bir günü, min ilə bərabərdir.)[3]
Bu imtahandan sonra elə alçalıb və mürtəd oldu ki, ona deyildi: "Get burdan, sən qovulmuşsan"[4] "Lənət olsun sənə qiyamət gününə qədər."[5] Bəs biz də özümüzdən ehtiyatlı olaq, və bunu dərk edək ki, əgər Allah taala bizə mərhəmət göstərmişdir və biz bir neçə gün haqq yolunda qədəm qoymuşuq, və sona kimi də belə qalacaq. Dünya səh və xəta meydanıdır, insanın həyatda durduğu zaman, özünü həyatın çətinliklərinə atır və səhv etmə ehtimalıda çoxalır. Bunun üçün də Allahdan aqibətimizin xeyir olmasını diləyək. Şeytanın qovulmadan sonrakı əks əməllrdən biri, həzrət Adəmə etmədiyi üçün öz məqamını əldən verib və məsələnin dəqiq olduğunu bildikdən sonra olan əks əməllərindən biri, Adəmlə düşmənçiliyi idi. Ki, dedi: "(İlahi) əgər məni öz ixtiyarımda buraxsan (Adəm) övladlarını öz əmrimə tabe edəcəyəm yalnız bir hissəsini (ki, gücüm çatmaz).[6]
Sad surəsinin 8- ci ayəsində buyurur: "And olsun sənin qüdrətinə, hamını haqq yoldan azdıracağam."[7]
Bu müqəddimə ilə məlum olur ki, birinci:
Çeytan cin tayfasındandır və onlar da insanlar kimi mükəlləfdirlər. "bəs səcdə etdilər yalnız iblis ki, cinlərdən idi."[8] Biz insan və cinləri yaratmadıq yalnız (Allaha) ibadət etmək üçün.[9]
Cin və şeytan ixtiyar sahibi olan bir məxluqdur və iki yol ayrıcında durub öz yollarını seçirlər. Əgər haqq yolu seçsələr mükafat və əgər batil yolu seçsələr əzaba düçar olacaqlar. Zariyat surəsinin 56- cı ayəsi bunu sabit edir ki, cin və insan ibadət tklifində şərikdirlər.
Bundan əlavə Qurani- kərim cinlərin dilindən olaraq belə buyurur: ki, onlar yaxşı və pis olaraq iki dəstədən ibarətdirlər. "bizlərdən (bir dəstə) ləyaqətli və başqa bir dəstə isə müxtəlif dəstələrik."[10]
İkinci: Allahın şeytana qarşı ən böyük lütf və mərhəməti bundan ibarət idi ki, birincisi Allaha ibadət etməyə nail oldu və bundan sonra çoxlu ibadət etdiyi üçün mələklərdən hesab olurdu və o qədər mələklər aləminə yaxın idi ki, Qurani kərim iblisin Adəmə (ə) səcdə etmədiyi macərada onu mələklərdən istisna edir: "Bütün mələklər səcdə etdilər yalnız iblis."[11] Şeytanın (iblis) haqqında olan ən böyük kömək, daha çox mərifət (Allahı tanımaq) və mələklərlə bir məqamda olub onların pak və təmizkilərini dərk etmək idi. Bu varlığın nizam qanunlarından biri də budur ki, hər bir şəxsin mərifəti (Allahı tanımaq) çox olsa, vəzifə və təklifi də çoxdur, səhv və xəta etdiyi zaman əzabı bir daha çox olur!
Bunun barəsində etdiyi xətası, onun üçün höccəti tamamladı və şeytanın bu məqamının aradan getməsi, Allahın ona qarşı daha çox əzab etməsinin nişanəsidir.
[1] - Hicr surəsi, ayə 33
[2] - Əraf surəsi, ayə 12
[3] - Nəhcül- bəlağə, Təshih Subhi Saleh. Xütbeye Qasiə, səh 287
[4] - Hicr surəsi, ayə 34
[5] - Hicr surəsi, ayə 35
[6] - İsra surəsi, ayə 62
[7] - Məhəmməd Təqi Misbah Yəzdi, maarifi Quran. Bəxşe devvom, səh 299, Müəssiseyi dərdahe həqq.
[8] - Kəhf surəsi, ayə 50
[9] - Zariyat surəsi, ayə 56
[10] - Cin surəsi, ayə 11
[11] - Hicr surəsi, ayə 31