Bir neçə nöqtəyə diqqət etmək, bizi həqiqətə yetişməkdə kömək edər:
1. Azan və iqamə toqifidir. Yəni Allah və rəsulundan başqa heç bir şəxsin onda dəyişiklik etmək haqqı yoxdur.
2. Təkcə bir ya neçə kitabda bir rəvayət görməklə, onun əsasında, hökm və fətva vermək və ona əməl etmək olmaz.
3. Belə rəvayətlər varsa, deməli bizim mərcəyi- təqlidlər onları diqqətlə görüb və araşdırıblar, amma onların heç biri onun əsasında fətva verməyiblər.
Rəvayətlər və şiə fəqihlərinin fətvalarına əsasən, azanın on səkkiz hissəsi var ki, bu şəhadət onun hissəsi deyil.
4. Dediyiniz hədis də, azan və iqamədə imam zamana şəhadət verməyə işarə ya dəlil deyil, əksinə mömin insanın imamların vilayətində möhkəm və sabit qədəm olmağa dəlalət edir.
Əvvəlcə bir neçə məsələni izah etmək lazımdır ki, onun izahı ilə sualınızın cavabına da yetişəcəyik.
1. Azan və iqamə ibadət əməllərindəndirlər. İbadət əməlləri toqifidirlər. Yəni Allah və onun Peyğəmbərlərindən başqa heç kəsin, onu qanun qoymağa haqqı yoxdur.
2. Təkcə bir ya neçə kitabda bir rəvayət görməklə, onun əsasında hökm ya fətva vermək və ona əməl etmək olmaz. Çünki rəvayətlərin içində, bəzisi ümumi və mütləq və sairdirlər, bəzisi isə xüsusi və məhdud və sair.
Onların bəzisi digərlərinə ziddir. Bəzisi də təqiyyə zamanı deyiliblər və sair. Ona görə də belə yerlərdə bu işlərin mütəxxəsislərinə müraciət etmək lazımdır ki, uzun illər ehtiyac olan elimlərlə tanışlıq və onda təcrübə qazanmaqla, ictihad dərəcəsinə yetişiblər. Deməliyik ki, müctəhidlər belə rəvayətləri diqqətlə görüb və araşdırıblar, amma onların heç biri onun əsasında fətva verməyiblər.
3. Aydındır ki, müctəhid olmadıqda, əql və nəqlə əsasən, təqlid etməliyik.[1] Mərcəyi təqlidlərin, təqlid edənlər üçün fətvaları belədir: Azanın on səkkiz hissəsi var ki, qeyd olunan şəhadət onun hissəsi deyil.
4. Amma imam zamana şəhadət vermək barəsində, gətirdiyiniz rəvayətdəki cümlələr, ola bilsin bu hədisdən istifadə olunub ki, buyurur:
" مَنْ کَانَ مُقِیماً عَلَى الْإِقْرَارِ بِالْأَئِمَّةِ (ع) کُلِّهِمْ وَ بِإِمَامِ زَمَانِهِ وَ وَلَایَتِهِ"[2]
Bu hədis imam Zamana şəhadət verməyə heç bir işarə ya dəlalət etmir, əksinə mömin insanın imamların vilayətində möhkəm və sabit qədəm olmağa işarə ya dəlalət edir. (Halbu ki sizin sualınızın yeri bu hədis deyil ya bundan əlavə, biz də ona münasib cavab verək).
Bu barədə "Şiə və azan və təlqeyndə əşhədu ənnə Əliyyən vəliyyullah demək başlığına, 7853" nömrəsilə müraciət edin.