(İzah: Belə məşhurdur ki, Rəsul Türkün tövbəsindən qabaq, bir nəfər onu yuxuda İmam Hüseyn (ə) xeymələrini qoruyan it şəklində gördü ki, mane olur başqaları o həzrətin xiymələrinə daxil olsunlar.
Bu yuxunu danışmaq onda böyük ruhi dəyişikliyə səbəb oldu və tövbə edəndən sonra uca mənəvi məqamlara yetişdi).
Amma sual budur ki, nə üçün İmam Hüseyn (ə) Rəsulu evinin iti qəbul etdi, məqsədim budur ki, nə üçün onu it şəklində qəbul etdi məgər insanın məqamı uca deyil bəs nə üçün İmam onu yuxu aləmində ki böyüklərin və hətta dostlarının araşında məşhurdu. Evinin iti kimi qəbul etdi. Əlbəttə mənim Rəsul Türkün dostlarıyla əlaqəm var və İmam Hüseyn (ə) azad olmuş kitabını oxumuşam?!
Ayələrə və rəvayətlərə əsasən camaatdan bir çoxunun batini insan şəklində deyil və bəzi əməllər batini dəyişir və heyvanlar şəklinə çevirir. O cümlədən şərabxorluq batini şəkili və surəti it şəklinə dəyişir. Yuxarıdakı sualda İmam Hüseyn (ə) onun surətini dəyişməmişdi bəlkə onun öz əməli batinini o cür etmişdi və həzrət onun həmin həqiqi surətini göstərdi. Əgər onun haqqında o yuxu görülməsəydi tövbə etməzdi. Halbu ki, tövbədən sonra daha onun batini insan idi.
Qurani kərimdə oxuyuruq:
«و اذا الوحوش حشرت»[1]
O zaman ki, vuhuş məşhur olarlar. Müfəssirlər bu şərifə ayə haqqında iki məna bəyan ediblər, birincisi budur ki, bir vaxt ki, vəhşi heyvanlar qisas və camaatın əməllərinə şahidlik üçün məşhur olarlar, ikincisi budur ki, camaat vəhşi heyvanlar şəklində məşhur olarlar.[2]
Yenə Quran buyurur:
«فَلَمَّا عَتَوْا عَنْ ما نُهُوا عَنْهُ قُلْنا لَهُمْ کُونُوا قِرَدَةً خاسِئِین»[3]
Bu ayəyə əsasən bəni İsraildən bəzisi Allahın əmrindən ki, şənbə günü balıq ovunu qadağan etmişdi boyun qaçırdılar ona görə Allah onların meymuna çevirdi.
Bu ayəyə uyğun olaraq bəzi əmələr səbəb olur insan zahirdə ya batində öz insani şəklindən çıxıb heyvana dönür.
Bir çox rəvayətlərimizdə var sübut edir ki, batinlər dəyişilir, burada neçə rəvayətə istinad edirik:
1. Əbu- Bəsir həzrəti Baqirə (ə) ərz etdi nə qədər hacı çoxdur və hamının səs küyü hər yeri bürüyüb.
Həzrət buyurdu: Səs küy çoxdur amma hacı nə qədər azdır. İstəyirsən sözümün doğruluğunu öz gözlərinlə görəsən?
Bu vaxt əliylə iki gözümün üzərinə çəkib bir dua oxuyub buyurdu: İndi bax hacılara. Əbu bəsir deyir: Baxıb gördüm camaatın çoxu meymun və donuz şəklindədirlər, mənim qaranlıq gecədə parlayan ulduz kimi onların arasında uzaqdan görsənir.[4]
2. İmam Baqir (ə) buyurdu:
«عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ سَهْلِ بْنِ زِیَادٍ عَنِ ابْنِ أَبِی نَجْرَانَ عَنْ مُثَنًّى الْحَنَّاطِ عَنْ کَامِلٍ التَّمَّارِ قَالَ سَمِعْتُ أَبَا جَعْفَرٍ ع یَقُولُ النَّاسُ کُلُّهُمْ بَهَائِمُ ثَلَاثاً إِلَّا قَلِیلًا مِنَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنُ غَرِیبٌ ثَلَاثَ مَرَّاتٍ»[5]
Camaat hamı heyvandırlar, məgər bir az möminlərdən başqa və mömin qəribdir üç dəfə təkrar etdi. Bu rəvayətlərdən məlum olur ki, camaatdan bir çoxunun batini heyvandır və insan şəklində deyillər.
3. Peyğəmbər (s) buyurub: Mənim ümmətimdə xəsəf və qərəz zahir olar, yəni yerə batmaq və göydən onlara yuxarının tökülməsi (bu zamanda bombaların tökülməsi kimi). Dedilər: Ey Allaın elçisi bu bəlalar hansı zamanda zahir olacaq?
Buyurdu: O vaxt zahir olar ki, məst edici içgilərdən, xanəndə qadınlardan və ləhv (musiqi) alətlərindən istifadə olunar. And olsun Allaha ümmətimdən müəyyən bir camaat təkəbbür, üsyan və oyunla gecə edərlər və sübh edərlər bir halda ki, meymunlar və donuzlar şəklinə məsx olublar. Bunun üçün ki, haram şeyləri halal bilirlər, özləri üçün xanəndə qadınlar hazırlayırlar, şərab içirlər, riba alırlar və ipək paltarlar geyinirlər.[6]
Bu rəvayətdə sübut edir ki, bəzi əmələr xüsusən batini dəyişir.
Buna əsasən indiyə qədər aydın oldu ki, ayələrə və rəvayətlərə uyğun olaraq insanlardan bəzilərinin batini günahların nəticəsində heyvan şəklinə çevrilir.
Amma nə üçün sualda qeyd olunan şəxs yuxu aləmində bu şəkildə göstərilibdir, bu dəlilə görədir ki, o daim içki və şərab içən olub, və o həmişə şərab içirmiş ancaq Məhərrəm günlərində Seyyidüş- şühədanın ehtiramına görə şərab içməyi tərk edirmiş, daimi şərab içmək də insanın batinini dəyişir və bu insanın öz əməlinin nəticəsidir.
Buna əsasən, İmam Hüseyn (ə) onun batinini dəyişməyib, bəlkə o özü öz əməlləriylə bu batini özü üçün düzəltmişdi.
Amma nə üçün gəzrət onun eybin açdı və onun batinini o şəkildə göstərdi, bunu nəzərəalaraq ki, insanın zatı məqamı bu qədər ucadır, cavabda demək lazımdır: Çünki demək istədilər ki, baxmayaraq ki, əməllərüvə görə bu batini tapmısan biz hətta sənin kimisinində əməlini zay etmək istəmirik və hətta belə bir şəxsi ki, həzrətin qapısına pənah gətirib qoymuruq bir kəs təhqir etsin və bu onların böyüklüyünü sübut edir.
İkincisu budur ki, əgər bu səhnəni göstərməsəydilər o deyilməyəcəkdir.
Üçüncüsü budur ki, həzrət bilirdi ki, onun gələcəyi nədir və istədi bu işlə onu getməsi lazım olan yola salsın. Və tövbədən sonra heç bir danlaq yoxdur necə ki, İslam Peyğəmbəri (s) buyurub: " التائب من الذنب کمن لا ذنب له"[7] günahdan tövbə edən o kəs kimidir ki, günahı yoxdur.
Amma sualda qeyd olunubdur ki, nə üçün onu it şəklində qəbul etdi? Demək lazımdır ki, o it şəklində idi həzrət onu qəbul etdi Əlbəttə hərəmin qarolçu iti kimi ki, onun Muhərrəm günlərində şərab içməkdən imtina edən batini idi və başqalarını da şərab içməkdən çəkindirirdi, ona görə Muhərrəmin ehtiramını saxlayırdı və bu qədər həzrət onun vəfalı olmasını göstərdi, amma tövbədən sonra daha onun batini it deyildi bəlkə insanın ən yaxşı şəklini tapdı. Allah bizi də o həzrətin həqiqi sevənləriylə məşhur etsin.
[1] - Təkvir, 4.
[2] - Nəxcivani, Nemətullah ibni Məhmud, Əlfəvatuhul- İlahiyyəh vəl məfatihul- ğeybiyyəh, cild 2, səh 487, daər rekabilin- nəşr, Misir, 1999 m.
[3] - Əraf surəsi, ayə 166.
[4] - Bəharul- ənvar, cild 27, səh 30. Əlvəfa müəssisəsi, Beyrut, 1404.
[5] - Əl- kafi, cild 2 səh 242, (bab fi qilləti Ədədul- möminin).
[6] - İmamlar (ə) moizələri- biharun on yeddinci cildinin tərcüməsi, səh 248, həzrəti Sadiq (ə) sifarişlərinin 24- cü hissəsi, İslamiyyə intişaratı,
[7] - Vəsailüş- şiə, cild 75, Ali- beyt müəssisəsi 1409.