Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. Bəlkə də sual edən şəxsin hədəfi – din kəlməsinin cəmiyyətə əlavə etməsinə nəzər yetirməklə – belə bir məsələni irəli çəkməmək ola bilər ki, onun araşdırılması başqa bir vaxt tələb edir.
Bəzən də məqsəd cəmiyyətin ayrı-ayrı fərdlərinin inanc və etiqadlarında, meyllərində, görüş və nəzəriyyələrində dəyişikliyin edilməsidir. Bu fərzdə belə cavab vermək olar: Bəli, cəmiyyətin dini dəyişdirilə bilər. Çünki Quran və rəvayətlərdən, islami mənbələrdən, eləcə də tarixdəki mühüm hadisələrdən məlum olur ki, dinlə mübarizə aparanlar həmişə – bütün zamanlarda və hər bir bəşər cəmiyyətində iman əhlinə, haqq əhlinə zərbə endirmək, onların din, etiqad və hədəflərində sarsıntı yaratmaq əzmində olmuşlar. Onlar öz mənfur niyyətlərini həyata keçirmək və məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə etmişlər. Buna görə də Qurani-kərim möminlərə daim xəbərdarlıq edib buyurur ki, öz din və etiqadlarınızı gücləndirin, batil əhlinin şübhə və məkrli planları qarşısında müqavimətli və hazırlıqlı olun, məğlubiyyətin acınacaqlı təsirlərini özünüzdən uzaqlaşdırın. Quranın göstərişlərinə diqqət yetirmədikdə dini dəyərlər yavaş-yavaş unudulur, dindarlar tədrici olaraq din düşmənlərinin, Şeytanın və nəfsani istəklərin tələsinə düşür. Özləri də bilmədən batil cəbhəsində qərarlaşır. Nəticədə Allahın və Onun mütərəqqi göstərişlərinin müqabilində əks mövqe seçir. Bununla da öz ixtiyarı ilə Allahın vilayət dairəsindən, hidayət və səadət nurunun əhatəsindən xaric olaraq azğınlıq, zəlalət və bədbəxtlik qaranlıqlarında qərar tutur. Sonradan bu şərif ayənin əyani nümunəsinə çevrilir: “O kəslər ki, kafir oldular, onların başçıları tağutlardır ki, onları nurdan çıxarıb zülmətə doğru aparar...”[i]
Yuxarıdakı sualın cavabında əvvəlcə gərək sualda nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsədin cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi bir dinin əslinin dəyişdirilməsi olması mümkündür. Bu fərzdə söhbət dini ünsürlərin sabit olub-olmaması, dini mərifət, onun hüdudlarının genişləndirilməsi və məhdudlaşdırılmasından olacaqdır. Belə ki, bəlkə də soruşanın hədəfi və məqsədi – din kəlməsinin cəmiyyətə əlavə etməsinə nəzər yetirməklə – belə bir sualı irəli çəkmək olmayıb və onun araşdırılması başqa bir vaxt tələb edir.[1]
Bəzən də cəmiyyət üzvlərinin inanclarında və etiqadlarında, onların görüş və nəzəriyyələrində dəyişiklik edilməsi nəzərdə tutula bilər. Bu fərzdə qısa şəkildə demək olar: Bəli, bunlar dəyişikliyə məruz qala bilər. Onun ətraflı izahını və cavabını verməzdən qabaq bu məsələni araşdırmaq zəruridir: Dini cəmiyyət dedikdə məqsəd nədir və hansı xüsusiyyətlərə malikdir? Cəmiyyətin klassik (ibtidai) cəmiyyət, texnoloji cəmiyyət, ibtidai cəmiyyət, mədəni cəmiyyət, dini cəmiyyət və s. kimi qisimlərə təsnif edilməsi o cəmiyyətdə ictimai əlaqə və münasibətlərin formalaşmasının nəticəsidir. Məsələn, həmin əlaqələrə nəzər yetirməklə feodalizm cəmiyyəti inkişaf etmiş texniki cəmiyyətdən seçilir.
Dindar insanların bir yerə yığışaraq özlərinin müxtəlif ictimai əlaqələrini, forma və örnəklərini din əsasında tənzim və dini öz ictimai münasibətlərinə hakim etməyincə dini cəmiyyət yaranmayacaqdır.
Dini cəmiyyət o cəmiyyətə deyilir ki, onda hakimlik din əsasında olsun, cəmiyyət üzvləri özlərini həmişə dinlə tətbiq etmiş olsunlar. Dini cəmiyyətin müxtəlif dini məram və nigarançılıqları vardır və bu nigarançılıq, özünü dinlə uyğunlaşdırmaq hissinin dərk edilməsi, ayrı-ayrı insanların yalnız fərdi işləri, ibadət və əxlaqları ilə məhdudlaşmır. Əksinə, dinlə bütün işlərin və ictimai əlaqələrinin arasında uyğunluq yaradılmalı, dinin bütün sahələrdə olan hakimliyi ictimai əlaqələr şəbəkəsinin müxtəlif sahələrində qüvvədə olmalıdır. Bu o demək deyildir ki, dini cəmiyyətin hər bir şeyi dindən götürülmüşdür və heç bir şeydə əql, təcrübi və bəşər elmləri kimi digər mərifət əsaslarına ehtiyacı yoxdur. Xeyr, belə deyildir.[2]
Yuxarıdakı sualın cavabında qeyd etmək lazımdır ki, yaralıdış sistemi haqq əsasında möhkəmlənmişdir və onda batilliyə heç bir yol yoxdur. Hər bir adət-ənənə haqq meyarı ilə müvafiq olmasa, onun zavala uğraması qətidir və heç bir adət-ənənə haqqın müqabilində müqavimət göstərə bilməz. Heç vaxt zavala uğramayan və aradan getməyən adət-ənənə (sünnət) haqqa tabe olmaq və batilin məhv olmasıdır. Bu qanun yaradılış aləminin həmişəlik və ümumi prinsiplərindən biridir.
Qələbə həmişə haqqa məxsus, batil isə məhvə, zavala məhkum olduğundan, yalnız o cəmiyyət qələbə çalacaqdır ki, haqqın tanınmasında xəta etməsin, gerçəkliyə nail olsun və haqqa əməl etməkdə müvəffəqiyyət qazanıb ona əməl etsin, yəni etiqadi əsaslar baxımından kamil imana malik olsunlar. Həmçinin İslam hökmləri nəzərindən də düzgün əməli proqramlara sahib olsunlar.[3]
Quran və rəvayətlər baxımından ideoloji və etiqadi sahələrdə qələbə və məğlubiyyət mühüm və əsaslı rol ifa edir. Hərbi sahələrdə məğlubiyyətin əksinə olaraq mədəni sahələrdəki məğlubiyyətin acı nəticələri camaatın dini etiqad və fikirlərinə yönəldiyindən qəflət olunan surətlərdə müsəlmanların dünya və axirət səadəti və bir sözlə, insaniyyəti təhlükə ilə üzləşir. Quran da son dərəcə həssaslıqda bu məsələni diqqət mərkəzinə saxlayaraq xəbərdarlıq etmişdir. Bu səmavi kitab dini məsələlər barəsində yaranacaq fitnələri və mədəni hücumları hər bir başqa hücumdan daha böyük qələmə vermiş, müsəlmanları bu məsələ barədə qəflətdən ciddi şəkildə çəkindirmiş, onunla müqayisədə hərbi fitnə və müharibənin təhlükəsini çox az hesab etmişdir. “Bəqərə” surəsinin 191-ci ayəsində buyurulur: “Onları (heç bir cinayətdən əsirgəməyən bütpərəstləri) hər yerdə tapsanız, qətlə yetirin, sizi qovduqları hər yerdən (Məkkədən) onları qovun! Fitnə (bütpərəstlik) insanları öldürməkdən də pisdir.”
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bir hədisdə dünyapərəstlər tərəfindən dində icad edilən fitnənin üç növünə işarə etmişdir : “1. Mal-dövlətdə olan fitnə, 2. Etiqadda olan fitnə, 3. Yalançı yozum və izahlar.”[4]
İşarə edildiyi kimi, fitnələrdən biri də etiqadi məsələlərlə əlaqədar camaatın zehinlərində şübhə yaratmaqdan ibarətdir. Belə ki, bu, etiqad və təfəkkür tərzində olan müəmmalı bir şübhə ilə başlanır, dəyərlərə, hədəflərə hücum etməklə, üslubların barəsində münaqişə yaratmaqla, nəticə barəsində məyusluq icad etməklə, zillət və məğlubiyyəti qətiləşdirməklə batilin müqabilində geriyə qayıdıb təslim olmağı və zilləti qəbul etməyi asanlaşdırır. Fitnə yaradanlar zəif nöqtələrdən, tamahlandırmadan, qorxutmadan, təhdiddən..., müəyyən şeyləri gözəl cilvələndirməkdən, habelə ehtimal verilən və yəqin olunan çətinliklərdən və çarpışmalardan istifadə edirlər. İş o yerə çatır ki, cəmiyyətin fərdləri din və sünnətdən kənara çəkilir, bidət və azğınlıqla saziş edir, şeytanlara və tağutlara dözür, Allaha, Peyğəmbərə və Onun övliyalarına itaət etmirlər... İnsanlar şübhə və müəmmalar toruna düşür, dəyərlər barəsində yaranan müəmmalı qaranlıqlarda özlərini daha tez satır və bununla da dini satmaq fikri formalaşır.
Bəli, imtahan, sınaqlar və fitnələrin baş verdiyi zaman Allaha iman və onun tələbləri baxımından çox da güclü olmayan, iman nuru qəlblərində və ruhlarında layiqincə hopmayan insanlar öz nəfsani istəkləri ilə Allahın istəkləri və dini dəyərlər arasında ziddiyyət yaranan zaman dinə və dini dəyərlərə gözəl üz göstərmir, ruhi nəzərdən istəyirlər ki, dini hökmləri və dəyərləri öz meyllərinə əsasən və öz nəfsani istəklərinin xeyrinə izah etsinlər. Əgər din və Quranın təfsirində onların nəfsani istəklərinə müvafiq bir şey olsa, belə insanlar üçün sevindirici hal olacaqdır.
Əli (əleyhis-salam) "Nəhcul-bəlağə”də irəlicədən belə xəbər verir:
وَ إِنَّهُ سَیَأْتِی عَلَیْکُمْ مِنْ بَعْدِی زَمَانٌ لَیْسَ فِیهِ شَیْءٌ أَخْفَى مِنَ الْحَقِّ وَ لَا أَظْهَرَ مِنَ الْبَاطِلِ وَ لَا أَکْثَرَ مِنَ الْکَذِبِ عَلَى اللَّهِ وَ رَسُولِهِ
“Məndən sonra bir zaman gələcəkdir ki, o zamanda heç bir şey haqdan da artıq məxfi, heç bir şey batildən artıq aşkar olmayacaqdır. O zaman Allahın adından yalan danışıb iftira demək və Peyğəmbərinə yalan nisbəti vermək hər bir işdən artıqdır ki, (özünü alim kimi qələmə verən cahillər və dünyaya pərəstiş edən münafiqlər) öz hədəflərinə çatmaq üçün bunlardan istifadə edəcəklər.”[5]
Əli (əleyhis-salam) fitnələrlə qarşılaşmaq üçün belə tövsiyə edir: “Səy edin ki, fitnələrin bayrağı və bidətlərin nişanələri siz olmayasınız; İslam ümmətinin qırılmaz əlaqəsinə səbəb olan, itaətin əsaslarını möhkəmləndirən şeylərə iltizamlı olun, Allaha qarşı zalım kimi yox, məzlum kimi olun. Şeytanın tələlərinə düşməkdən uzaq olun, düşmən vadisində qərarlaşmaqdan çəkinin və haram tikə yeməkdən uzaq olun! Siz elə bir Allah qarşısında qərarlaşırsınız ki, O, günahları haram, itaət və bəndəçilik yolunu asan etmişdir.”[6]
Qeyd olunduğu kimi, hər bir əsrdə batil əhli və dinlə mübarizə aparanlar müxtəlif üslub və vasitələrlə haqq əhlinə zərbə endirmək, onlarla mübarizə aparmaq qərarına gəlmişlər. Xüsusilə hazırkı əsrdə biz özümüz sekolarizmin qarşı cəbhəsində qərarlaşmışıq.[7] Dini təfəkkürlərlə mübarizə aparanları da görürük: sekolarizm müxtəlif üslub və vasitələrlə dinlə mübarizəyə qalxır və dini inkar edir. O vasitələrdən bəzisi:
1 - Dinin əsaslarında şəkk-şübhə yaratmaq,
2 - Azğınçı cərəyanları himayə etmək,
3 - Müxtəlif sahələrdə dinlə mübarizə aparmaq, o cümlədən hicabın götürülməsi, əxlaqsızlığın yayılması, fəsadın artırılması, dinin əsasının təhrif edilməsi və s.
Həmçinin dünya ağalığına can atan istismarçılar sekolarizm ideologiyasının əsaslarına söykənməklə dini mədəniyyəti dəyişdirmək və dinlə mübarizə aparmaq üçün müxtəlif yollardan istifadə edirlər. Aşağıda onların bəzilərinə işarə edirik:
1. Mədəni-maarif, təlim-tərbiyə mərkəzlərinə nüfuz edib öz məqsədləri üçün yararlı olan ünsürlərin cəzb edilməsi;
2. Dinlə mübarizə və dini dəyərlərin səhnədən uzaqlaşdırılmasına səy etmək, dinin əsas mehvər olması və islamla ziddiyyət (belə ki, bu, dini cəmiyyətin əsasını təşkil edir)
3. Qərbə və istismarçı dövlətlərə bağlı olan ziyalı təbəqəsinin zahir olması;[8]
Demək olar ki, əgər bu mənfur tədbirlər həyata keçərsə dini təfəkkür, dini əməllər, dini qurumlar özünün ictimai əhəmiyyət və rolunu əldən verəcək, bu da dinin süquta uğramasına, dinin bütün sahələrdə cəmiyyət, mədəniyyət, incəsənət, təlim-tərbiyə, hökumət, idarəçilik, siyasət və s. zəifləməsinə gətirib çıxaracaqdır.
İmam Xomeyninin (r) din və mədəniyyət barəsində sözləri:
İmam Xomeyni İslam inqilabının sabiq rejimlə müxalifətinin əsas səbəbini iki bənddə qeyd edir: 1. Şahın iqtisadi, siyasi, ictimai sahələrdə xəyanəti, 2. Onun bu ölkənin mədəniyyət və dini ilə əlaqədar etdiyi xəyanətlər.
O cənabın nəzərinə əsasən, bütün xalqların və millətlərin ən ümdə nicat yolu – məhz mədəniyyətin islah olunmasıdır.[9]
Həmin məsələ barəsində Ayətullah Xamenei buyurmuşdur: “Cəmiyyətin mədəni sahədə islah edilməsinin lüzumu çox düzgün bir sözdür. Mənim özüm də təkrar olaraq mədəni məsələlər barəsində bu mənanı xatırlatmışam. Lakin hələ yolun əvvəlindəyik. Bizim cəmiyyətimiz təbii olaraq mədənidir, amma mədəniyyət tam mənada zühura çatmamışdır. İndi nə üçün deyirik ki, təbii olaraq mədənidir? Çünki, dini bir cəmiyyətdir və dini cəmiyyətin təbiəti budur ki, mədəni bir arzuya malik olsun. Amma dünyəvi cəmiyyətlərdə belə deyildir; onlar yalnız maddi həyat məsələlərini fikirləşirlər. O cəmiyyət həm mədəni ola bilər, həm də mütləq şəkildə olmaya bilər.”[10]
Nəticədə demək olar ki, cəmiyyətin dini dəyişdirilə bilər. Çünki, Quran, rəvayət və digər islami mənbələrdən aydın olur ki, batil əhli və dinlə düşmən olanlar daim dindarlarla, haqq əhli ilə mübarizə aparır, onların din və əqidələrini sarsıtmağa, məhv etməyə çalışırlar. Öz niyyətlərini həyata keçirmək üçün hər bir vasitədən, plandan, tədbirdən istifadə edirlər. Buna görə də Quran bu barədə xəbərdarlıq edib buyurur ki, əgər möminlər və İslam ümməti Quranın yol göstərməsini və ilahi hökmləri tərk edib iman və dinlərini gücləndirməsələr, düşmənin müxtəlif fitnələri və məkrli hiylələri, xüsusilə şeytanların yaratdığı şübhələr müqabilində məğlub olacaq, etiqadi nəzərdən sarsılacaq və yavaş-yavaş dini dəyərlər unudulacaq; dinarlar düşmənin, nəfsani və şeytani istəklərin tələsinə düşəcək, nəticə etibarı ilə ilahi din və Allahın göstərişləri müqabilində əks mövqe seçərək öz azğınçılıqlarını izah etməyə başlayacaqlar və tədrici olaraq istər-istəməz şeytanın, tağutun vilayəti dairəsinə daxil olaraq aşağıdakı ayənin nümunəsinə çevriləcəklər:
وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآؤُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ
“O kəslər ki, kafir oldular, onların vəliləri (rəhbərləri) tağutlardır ki, onları nurdan zülmətə doğru aparar.”[11]
Əlavə mütaliə üçün mənbələr:
1. Pol Tiliş, “Mədəniyyət ilahiyyatı”, tərcüməçi: Murad Fərhadpur, Fəzlullah Pakzad
2. “İyirminci əsrdə dini təfəkkür”, Abbas Şeyx Şücai və Məhəmməd Məhəmməd Rzanın tərcüməsi
3. “Cəmiyyət və mədəniyyət”, 1-ci cild
4. Cavadi Amuli, Əbdüllah, “Bunyanun mərsus”
5. Cavadi Amuli, Əbdullah, “Şəriət mərifət güzgüsündə”, 1370-ci il çapı
6. Xosrovşah, Əbdül-Hüseyn, “Yeni kəlam”, 2-ci çap
7. Dəşti, Məhəmməd, “Əl-mocəmul-mufəhrəs liəlfazi Nəhcil-bəlağə"
8. “Dini tədqiqatçılıq”, Mirca Əlyadə, tərcümə: Bəhauddin Xürrəmşahi
9. “Keyhan” qəzeti, 13/12/1383
10. Şərani, Mirzə Əbul-Həsən, “Nəsri Tuba, yaxud Quran kəlmələrinin ensiklopediyası”
11. Kaşifi, Məhəmməd Riza, “Din və mədəniyyət”
12. Laricani, Sadiq, “Qəbz və bəstdə olan digər qəbz və bəst”
13. Laricani, Sadiq, “Dini mərifət”
14. Misbah Yəzdi, “Quran – Nəhcul-bəlağə güzgüsündə”
15. “Mufrədat”, Rağib İsfahani
16. “İran cəmiyyətində din və mədəniyyətin münasibəti”, 1-2-ci cild
17. “Nüfuz və istihalə”, 1378-ci ili çapı, Vəliyyi-fəqihin nümayəndəliyinin dəftərxanası
18. Vaizi, Əhməd, “Dini cəmiyyət və mədəni cəmiyyətin tərifi”, 1381-ci ilin çapı
19. Hadəvi Tehrani, Məhdi, “İnanclar və suallar”
20. Hadəvi Tehrani, Məhdi, “İctihadın kəlam əsasları”
21. Hadəvi Tehrani, Məhdi “Vilayət və dinarlıq”
[1] Bax: Görünüş: “Din və dəyişiklik”, “İslam və yenilik”, “Din və ploralizm”, “Dinə olan ehtiyac”. Həmçinin bax: Mütəhhəri, Mürtəza, “İslam və zamanın tələbləri”; Cavadi Amuli, Əbdullah, “Şəriət – mərifət gürcüsündə”, Hadəvi Tehrani, Məhdi, “İctihadın kəlam əsasları”; Hadəvi Tehrani, “İnanclar və suallar”; Hadəvi Tehrani, “Vilayət və dindarlıq – dini mərifət”, Sadiq Laricani, “Qəbz və bəstdə olan digər bir qəbz və bəst” və s.
[2] Əhməd Vaizi, “Dini cəmiyyət və mədəni cəmiyyətin tərifi”, 1381-ci ilin çapı, səh. 89-90
[3] Cavadi Amuli, Əbdullah, “Bunyanun mərsus”, səh. 22
[4] “Biharul-ənvar”, 32-ci cild, səh. 241
[5] "Nəhcul-bəlağə", xütbə 147
[6] “Əl-mücəmul-müfəhrəs liəlfazi Nəhcil-bəlağə", xütbə 154
[7] Bax: Hadəvi Tehrani, “İnanclar və suallar”, səh. 37-40; Hadəvi Tehrani, “Vilayət və dindarlıq”, səh. 40-47 və s.
[8] “Nüfuz və istihalə”, Vəliyyi fəqihin “Sarullah” qərargahındakı nümayəndəliyinin siyasi şöbəsi, Tehran, 1378-ci ilin çapı
[9] “Keyhan” qəzeti, 13/12/1381
[10] “Nüfuz və istihalə”, 226, İslam İnqilabı Rəhbərinin 4/9/1371 tarixdə verdiyi bəyanat
[11] “Bəqərə” surəsi, 257