Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi (təbiət və cəmiyyət) və insanın Allahla əlaqəsi – insan üçün proqramı var. İslam dini ən kamil din ünvanı ilə bəşərin hidayət barəsindəki bütün ehtiyaclarına - Əhli-beytin (ə) təsis etdiyi ictihad adlandırılan üslub vasitəsilə – cavab verir. Amma texnologiya hissiyyat, təcrübi elmlər həddində yaradılışdan məxluqatda qərar verilən gizli talantların kəşfi ilə məşğuldur. Həmçinin Allahın nemətlərindən ən yaxşı istifadə üçün şəraitlərin ixtirasına çalışırlar. Bəli, texnologiyanın inkişafı ilə dinin proqramlaşdırma əhatəsi və qanun tətbiqi genişlənir. Eyni zamanda İslamda zəngin fiqhi mənbələrdən ictihad və istinbat vasitəsilə yeni mövzuların hökmləri aydınlaşır.
Bəzilərinin din və elmi iki əks yol bilmələrinin səbəbi ilahi dinləri xüsusilə aşkar İslam dinini düzgün tanımamaları və məsuliyyət dairəsini bilməmələridir. Bilmirlər ki, elm və texnologiyanın əleyhinə olmayan dində məqsəd hansı dindir.
Din kəlməsi ümumi anlamdadır və bütün dinlərlə; səmavi və ya qeyri-səmavi, təhrif olunmamış (İslam) və ya olmuş və s. aid olur. Bütün zamanlarda səmavi dinlər Allah-Taala tərəfindən insanların hidayəti üçün gəlmiş və öz zamanındakı insanların ehtiyaclarına cavabdeh olmuşlar. Amma bizim etiqadımıza əsasən (İslamın zühurundan sonra) bütün zamanlarda müsbət təsirlərə malik ola bilən yalnız İslam dinidir və digət dinlər belə qüdrətə malik deyil. Çünki yalnız İslam dini ən kamil və sonuncu dindir.
Dinlə elm və texnologiyanı bir-birinə zidd olduğunu güman edənlər dinin təsir sahəsinin elm və texnologiyanın təsir sahəsindən əsaslı şəkildə fərqli olduğuna diqqət etməlidirlər. Elm və texnologiyanın təsir sferası maddi hiss və təcrübi elmlər həddindədir ki, yaradılışdan məxluqatda qərar verilən gizli talantların kəşfinə və Allahın nemətlərindən ən yaxşı istifadə üçün şəraitlərin ixtirasına çalışırlar. Amma insanın dinə möhtac olmasına sübut insanın ağıl, hiss və təcrübəsi ilə çata bilmədiyi şeylərin mövcudluğudur. Bu məzmun yəni fəlsəfi bəhslərdə dərk vasitələrimizin məhdudluğunu ağıl təsdiq edir, həmçinin Quran da buna işarə edərək buyurur:
«... علّمکم ما لم تکونوا تعلمون...»
"... sizə bilmədiyiniz şeyləri öyrətdi..."[1] Yəni bilmədiyiniz şeyləri sizə öyrətdi. Bu tərifə əsasən bəşər heç vaxt dindən ehtiyacsız deyildir.
Din insan üçün üç bəxşdə proqram hazırlamışdır. Həmçinin üç cür rabitənin islahı üçün səy göstərir: a) İnsanın özü ilə əlaqəsi. b) İnsanın başqaları ilə əlaqəsi (təbiət və cəmiyyət). c) İnsanın Allahla əlaqəsi. Buna görə həm dünyaya həm də axirətə diqqət edir. İslam axirətin abadlaşmasına səbəb olan dünyanı abadlaşdırmağı təmsil edir. Belə bir şey dünyəvi əxlaqın, elm və texnologiyanın öhdəsi xaricindədir.
Din həm qəlbə həmdə ağıla diqqət edir. Bugünədək bəşəri hərtərəfli tanımamış elm necə ola bilər ki, onun səadətini təmin edəcək mükəmməl bir proqram tərtib etsin. Baxmayaraq ki, bəşər elmi işləkdir, bu elmlər yalnız münasib qrafikli qurucu işlərdə dərdimizə dəyir. Amma məktəb, fəlsəfə, sistem yaratmaqda acizdirlər və bəşər hər şeydən əvvəl proqram və məktəbə sonra isə qurub-yaratmağa möhtacdır. İslamda qurub-yaratma qrafikası insanın özünə həvalə edilmişdir. Din elmin tək başına öhdəsindən gələ bilmədiyi işlərə zamindir.
Texnologiyanın inkişafı ilə dinin proqramlaşdırma əhatəsi və qanunvericiliyi genişlənir. Yeni temaların zühuru ilə İslam fəqihləri sözügedən mövzuların hökmlərini İslamın fiqhi mənbələrindən istinbat və çıxarış edirlər. İctihad dairəsinin genişliyi sayəsində İslam mədəniyyətində İslam hökmlərinin modern əsrdəki bəşərin ehtiyaclarına tətbiqinə şübhə yeri qalmır. Buna əsasən bəşər hər hansı elmi təkamül mərhələsində olursa olsun, heç vaxt dindən və peyğəmbərlərin ilahi təlimlərindən ehtiyacsız olmayacaqdır.
Digər tərəfdən elm və texnologiyanın inkişafı dindən ehtiyacsızlığa səbəb olduğu qənaəti düzgün olarsa, İslamın zühurundan bir neçə əsr sonra bəşər dindən ehtiyacsızlığa nail olmalı və öz ağlının sayəsində yolu davam etdirməli idi. Müasir tarix bu iddianın puç olmasına ən gözəl şahiddir. Bəşər nəinki dindən ehtiyacsızlığını hiss etmədi bəlkə dinə qarşı üsyandan, resans dövründən və bu yolda çekdikləri acılardan sonra günümüzdə anbaan dinə yaxınlaşır, hər an özünü daha ehtiyaclı hesab edir.
Ətraflı mütaliə üçün mənbələr:
1. Elm, ağıl və din – Quran və elmlər, sual: 111
2. Elmlə dinin müqayisəsi, sual:210
3. Din və elm, sual: 210
4. İslam dininin sonunculuğunun sirri, sual:399
5. Din və dəyişkənlik, sual: 206
6. İslam və bir qrafikanın zərurəti, sual: 253
7. İslam və "mədun" fikir nəzəriyyəsi, sual: 217
8. Hadi Tehrani, Mehdi, "Vilayət və dəyanət", səh. 13-56, "Ağıl evi" mədəniyyət mərkəzi
9. Hadi Tehrani, Mehdi, "İnanclar və suallar", Kitabın məcmuəsi, "Ağıl evi" mədəniyyət mərkəzi
10. Hadi Tehrani, Mehdi, "İlahiyyatın ictihad əsasları", Kitabın məcmuəsi, "Ağıl evi" mədəniyyət mərkəzi
[1] - "Bəqərə surəsi", ayə 239