Böyük günahlar barəsibdə ayə və hədislər böyük əzabların olacağını vədə veriblər. (Bundan əlavə meyarlarda vardır) Həmçinin kiçik günahların təkrar oolunması böyük günahlara çüvrilir.
Allah Taala tövbəkarlara bütün günahlarının bağışlanmasını söz vermişdir. Allahın haqqı barəsində (namaz, oruc, və sair) insan tövbə etməli və onların qəzasını yerinə yetirməlidir. Amma insanların haqqında (dava- dalaş, oğurluq, qüşvət və sair) isə tövbə etməklə yanaşı onların haqqını özlərinə qaytarmalıdır. Əgər belə olunarsa Allah- Taala hamının günahını bağışlayar.
Böyük günahların ölçü vahidi nədir? Biz onu necə tanıya bilərik?
Bu suallar barəsində bir neçə nəzər vardır ki, biz onların bəzilərini aşağıda qeyd edirik:
1). O günahlar ki, Quranda və hədisdə böyük günahlar sırasında qeyd olunmuşdur.
2). O günahlar ki, Quranda və hədisdə onların müqabilində cəhənnəm əzabı vədə verilmişdir.
3). Quranda və hədislərdə çox böyük və bağışlanmaz cilvələnən hədislər.
4). O günahlar ki, mömin və müctəhidlərin nəzərində böyük sayılar; Amma bir şərtlə ki, bu günahın böyük olmasını İmamlar (ə) demiş olsun.[1]
5). Bütün günahlar böyükdür. Çünki, hədisdə buyurulmuşdur ki, heç bir günah kiçik sayıla bilməz. Çünki, hər bir günah Ulu Tanrının müqabilində baş verir. Əgər biz onun müqabilində, onun əmrindən çıxırıqsa bu özü böyük günah saylır.[2] İmam Sadiq (ə) buyurur: "Günahların kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinizə baxın"[3]
Günahları böyük və kiçik dəstəyə bölənlər aşağıdakı kiçik günahları böyük sayırlar: [4]
1). Kiçik günahları etməklə israrlı olsun; Peyğəmbərimiz buyurmuşdur: İstiğfar etməklə böyük günahlar bağışlanmaz. Kiçik günahlara təkrar surətdə əməl etdikdən sonra tövbənin mənası yoxdur. (Yəni o artıq böyük günaha çevrilmişdir).[5]
2). Günahları kiçik saymaq: İmam Əli (ə) buyurmuşdur: "Ən böyük günah odur ki, onun sahibi o günahı kiçik saysın".[6]
3). Günahdan sonra xoş hal olmaq: Peyğəmbərimiz (s) buyurub: "Günah edən kəs günah halında gülərsə, (qiyamətdə) ağlayan halda cəhənnəmə daxil olar".[7]
Allah Taala böyük günahların bağışlanması barəsində müqəddəs Qurani- kərimdə buyurmuşdur: "Ey kar bəndələrim! Mənim rəhmətimdən naümid olmayın. Allah- Taala bütün günahları bağışlayandır.[8]
Əllamə Təba- təbai İmam Baqir (ə)- dan nəql edir ki, bu ayə ən çox ümid verən ayələrdəndir.[9]
Bu ayədə "bütün günahların" bağışlanmasından söhbət açılır. Amma biz yaxşı bilirik ki, Allaha şərik qoşmaq və bu kimi günahlar bağışlanmır. Bu yerdə gərək əsil tövbəni şərt olaraq qəbul edək. Yəni belə də deyil ki, Allah Taala hər kəsi necə gəldi bağışlasın. Hər bir bağışlanmaq üçün səbəb lazımdır. Bu səbəblərin ən ümdəsi isə tövbədir. Amma Qurani kərim bağışlanmaq üçün iki əsas yol qoymuşdur. Birincisi şəfaət, İkincisi isə tövbədir.
Yuxarıda qeyd etdiyimiz ayədə bütün insanlar nəzərdə tutulmuşdur. Bu yerdə şəfaətin mənası yoxdur. Çünki Quran ayəsinə istinad edərək deyə bilərik ki, müşriklər üçün şəfaət qəbul olunmayacaqdır. İkinci məsələ isə tövbə anlamıdır. Ayə tövbə məsələsinə aid edilir. Çünki, Quran ayəsi tövbə vasitəsi ilə bütün günahların bağışlanmasını söyləyir.[10]
Amma bu yerdə belə bir sual irəli gəlir ki, Allah Taala necə bir tövbə ilə müxtəlif günahları bağışlayır. Axı bu günahların sırasında insanların da haqqı var?
Allahın haqqı olan günaglardan tövbənin vasitəsi ilə bir şərtlə bağışlanırsan ki, bir daha o günaha tərəf getməyəsən və yerinə yetirmədiyin əməllərin qəzasını yerinə yetirəsən. O cümlədən qılınmayan namazları qəza niyyəti ilə qılasan, orucları tutasan və sair. Amma insanların haqqı olan böyük günahların bağışlanması üçün peşimançılıqdan və tövbədən əlavə haqqı boynunda olan insanlardan halallıq almaq vacibdir. Yəni günahın əsas bağışlanmaq şərti budur.
İmam Baqir (ə) buyurmuşdur: Allah yolunda şəhid olanların bütün günahları bağışlanar.
Amma şəhidlikdən öncə onun boynunda kiminsə borcu var idisə gərək pul sahibindən halallıq alınsın və ya o pulun miqdarı ödənilsin".[11] Şəhid Döstğeyb ayə və hədislərə istinad edərək buyurub: "Əgər insan Allahın haqını o cümlədən orucu, namazı və sair yerinə yetirməyibsə tövbə etməklə yanaşı onların rizasını yerinə yetirməlidir. Yox əgər kiməsə zülm edibsə, haqqını yeyibsə tövbə ilə yanaşı halallıq almalı və mənimsədiyi əmlakı sahibinə qaytarmalıdır. Amma əgər boynunda qisas varsa (kimisə öldürübsə) özünü onun sahibinə təslim etməlidir. Qisas sahibi ondan qisas tələb edə və ya qan pulu da ala bilər. Əgər bunların heç biri olmasa onu bağışlamaqla ona bu günahın əzabından nicat verə bilər.[12]
Deməli Allahın köməkliyi ilə qeyd olunan şərtlər əməl olunsa bütün günahlar bağışlanar.
[1] - Dəstğeyb, əbdül- Hüseyn, böyük günahlat kitabı, cild 1, səh 26.
[2] - Ləvame Sahib qərani, cild 2, səh 368.
[3] - Mizan- əl hikmə, 6602- ci hədis.
«لا تنظرو الی صغر الذنب و لکن انظروا الی من اجتر أثم. »
[4] - Dəsğeyb, Yenə də ora, cild 2, səh 373- 279.
[5] - Mizan- əl hikmə, Rey şəhri, 6617- ci hədis.
«لا کبیر مع الاستغفار و لا صغیر مع الاصرار»
[6] - Yenə də ora, 6562- ci hədis.
«اشدا لذنوب عندالله سبحانه ما استهان به راکبه»
[7] - Böyük günahlar, səh 280, Bihar, cild 6 səh 36.
«من اذنب ذنباً و هو ضاحک دخل النار»
[8] - Zümər surəsi, ayə 53.
«یا عبادی الذیناسرفوا علی انفسهم لا تقنطوا من رحمة الله ان الله یغفر الذنوب جمیعاً»
[9] - Əl- mizan təfsirinin tərcüməsi, cild 20, səh 526.
[10] - Yenə də ora, cild 17, səh 425.
[11] - Böyük günahlar, cild 2, səh 6, Kafi, cild 5, səh 94, din bab, səh 93.
«کل ذنب یکفره القتل فی سبیل الله الا الدین لاکفاره له الا ادائه او یقضی صاحبه او یعفوا الذی له الحق»
[12] - Yenə də ora, cild 2, səh 434.