1. Tarixi ya rəvayi (hədisi) bir mənbənin mötəbər olması, onda olan hər şeyin yüz faiz doğru və düz olması mənasında deyil. Tarixi- Təbəri də bu qaydadan istisna olunmayıb. Bundan əlavə, yuxarıda qeyd olunan xəbər şiə mənbələrində yoxdur.
2. Ravilərin bəzisi, bu xəbəri rəvayət edəni yəni Əli ibn Mücahidi doğru danışan saymırlar. Yəhya ibn Muin, Yəhya ibn Əli ibn Həsən Həsəncani onun yalançı və saxtakar adam olduğunu deyirlər.
3. Bu xəbərin doğru olmasını fərz etsək də, belə bir döyüşdə imam Həsən və imam Hüseyn (ə)- ın iştirak etməsi:
Birinci: Onlar üç xəlifənin hökumətinin müxaliflərindən olsalarr da, amma bu imam Əli (ə), övladları və onlar sevənlərin cəmiyyətdə baş verən hadisələrdən uzaq olmaları və vətəndaş qanunlarına əməl etməmələri mənasında deyil.
İkinci: Bu xəbərin doru olmasını fərz etsək də, onların bu döyüşdə digər qoşun qüvvələri ilə döyüşməsinin mədəniyyət cəhəti də ola bilər. Yəni onlar İslam qoşununun digər qüvvələrinin kənarında əsgər kimi, döyüşçüləri şəhərlərə girdikdə camaatın can və malına yersiz təcavüzlərinin qarşısını alırdılar.
Üçüncü: Hansı tarixdə İran əsgərləri və qoşunlarının iki imamın əli ilə öldürülməsi yazılmışdır ki, biz də onların haqqını isbat etmək istəyək.
Bu tarixi məsələni açıqlamağa neçə cəhətdən diqqət etmək lazımdır:
1. Bildiyiniz kimi tarixi ya rəvayi bir mənbəyin mötəbər olması, onda olan hər şeyin yüz faiz doğru və süz olması mənasında deyil. Tarixi- Təbəri də bu qaydadan istisna deyil. Tarixi- Təbəri Əhli- sünnənin mənbə və mötəbər tarixi kitablarından biridir ki, onda ikinci xəlifənin İrana qarşı etdiyi müharibədə imam Həsən və imam Hüseyn (ə)- ın iştirak etməsi xəbəri qeyd olubdur. Amma şiənin heç bir mötəbər kitabında belə bir şey gəlməyibdir. Bu xəbərin şiə kitablarında qeyd olunmaması, bu məsələni şiə tarixçiləri və alimlərinin qəbul etməsini göstərir.
2. Yəhya ibn Muin, Yəhya ibn Zəris və... kimi ravilərin bəzisi, bu xəbərin ravisi yəni Əli ibn Mücahidi doğru danışan saymırlar. Yəhya ibn Muin onun barəsində deyir: O hədis düzəldirdi. Yəhya ibn Zəris deyir: O yalançıdır və sənəd düzəldirdi. Əli ibn Həsən Həsəncani deyir: Əba Cəfər yəni Məhəmməd ibn Mehrandan Əli ibn Mücahid barəsində soruşdum. Dedi: O yalançıdır.[1] Buna əsasən, ravi alimlərinin də təsdiqlədiyi bir şəxsin xəbəri necə mötəbər ola bilər?
3. Fərz edək ki, belə bir xəbər doğru da olsa, yəni imam Həsən və imam Hüseyn (ə)- ın belə bir müharibədə iştirak etməsi məsələsi, neçə cəhətdən yozula bilər:
Birinci: Onlar imam Əli (ə) kimi bir şəxsiyyətin övladı olub və o həzrət hökumətə müxalif ilk şəxs kimi tanınıb və onun nəzərindən üç xəlifənin hökuməti qanuni olmasa da amma bu o həzrətin və övladlarının və onları sevənlərin cəmiyyətdə baş verən hadisələrdən uzaq olmaları və vətəndaş qanunlara əməl etməmələri mənasında deyil. Əksinə vətəndaşa aid vəzifələrdə onlar da digərləri kimi əməl edirdilər. İmam Əli (ə)- ın övladlarının İran müharibəsi ya hər hansı bir döyüşdə iştirak etmələrini fərz etsək, bu cəhətdən yozula bilər. Bu məsələ dünyanın hər yerində qəbul olubdur. Heç bir hökumət müxalifi, hökumətlə müxalifətlik bəhanəsi ilə hökumət qanunlarına tabe olmayıb və özünü cəmiyyətdəki hadisələrdən kənara çəkə bilməz.
İkinci: Belə bir xəbərin doğru olmasını fərz də etsək, onların digər döyüşçülərin kənarında bu döyüşdə iştirak etmələri, mədəni cəhəti də ola bilər. Yəni onlar əskər kimi digər İslam döyüşçülərinin kənarında, döyüşçüləri şəhərlərə girdikdə camaatın can və malına yersiz təcavüzlərinin qarşısını alırdılar. Necə ki, indi də, bütün hərbi qüvvələrin yardım və mədəni əsgərləri hətta mədəni və əqidə bölmələri də var. Necə ki, İmam Əli (ə) hökumətə müxalif olmaqla yanaşı, çox yerdə onlarla hökumət işlərini yaxşı idarə etmək üçün, həmkarlıq edərdi. Övladları da, bu döyüşdə işləri normaya salan rola malik ola bilərdilər nəin ki, döyüşən qüvvə.
Üçüncü: Hansı tarixdə İran əsgərləri və qoşunlarının o iki imamın əli ilə öldürülməsi yazılmışdır ki, biz onların haqqını isbat etmək istəyək. Hətta onların İrana qarşı müharibədə iştirak etdiklərini xəbər verən tarixi- tədbirdə də, kiminsə onların qılıncı ilə öldürülməsinə heç bir işarə olmayıbdır.
[1] - Əl- muzci, Təhzibul- kamal, cild 21, səh 118- 119 (Əl- məktəbətuş- şamilə) kitabşunaslıq əlamətləri olmadan.