Ətraflı axtarış
Baxanların
9198
İnternetə qoyma tarixi: 2012/01/09
Sualın xülasəsi
Əli (ə) hansı xütbədə, özündən qabaq üç xəlifənin xilafətə (xəlifəliyə) yetişməsi keyfiyyətini izah edir?
Sual
Həzrəti Əli (ə) Nəhcül- bəlağənin hansı xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyətini izah edir? Bu xütbə hansı adla məşhurdur?
Qısa cavab

Əli (ə) Nəhcül- bəlağənin üçüncü xütbəsində özündən qabaq üç xəlifənin xilafətə yetişməsi keyfiyyəti barədə söz açır və o həzrətin (ə) (xütbənin sonunda) buyurduqlarından istifadə etməklə bu xütbə, "şiqşiqiyyə" adı ilə tanınıbdır.

Şiqşiqiyyə xütbəsi, xilafət barəsində imam Əlinin (ə) şikayətlərinə, onun (xilafətin) əldən getməsi qarşılğında İmamın (ə) səbrinə və sonda camaatın onunla beyət etməsinə şamil olur. Daha çox izahı ətraflı cavabda oxuyun.

Ətreaflı cavab

Nəhcül- bəlağənin "şiqşiqiyyə" xütbəsi adlanan üçüncü xütbəsi xilafət barəsində İmam Əlinin (ə) şikayətinə, onun əldən getməsi qarşılığında İmamın (ə) səbrinə və sonda camaatın onunla beyət etməsinə şamil olur.

O həzrət bu xütbədə buyurur: Allaha and olsun ki, o (Əbu Bəkr) mənim xəlifəlik üçün üçün dəyirmanın orta qütbü kimi (onsuz dəyirman fırlanmaz) olduğunu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi. (O bilirdi) elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa səbr edim. Səbretməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör- çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim.

Mirasımın tarac olduğunu görürdüm. Birincisi öz yolunun sonuna çatıb (və ölüm onu haqladı) xəlifəliyi özündən sonra Xəttabın oğluna (Ömərə) tapşırdı. Bunları bəyan etdikdən sonra Həzrət, məsəl olaraq şair Əşanın şerini oxudu. Məzmunu belədir: Əzab- əziyyətə qatlaşdığım bu günümdə naz- nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var. (Dəvənin donqar və palanı üstündə səfərin əzab- əziyyətinə qatlaşdığım bu günümlə Cabirin qardaşı Həyyanın dostu olaraq naz- nemət içrə keçirdiyim dünənim arasında nə qədər fərq var). Çox heyrətamiz və təəccüblüdür ki, sağlığında xalqdan beyətinin geri götürülməsini (mənim olmağım ilə) istəyir. Ancaq ölümünə bir neçə gün qalmış xəlifəliyə başqasını vəsiyyət edir və hər ikisi xilafətdən növbə ilə faydalanırlar. (Xülasə). Xilafəti elə bir adama tapşırdı ki, sərt və ardıcıl idi, səhvləri, etdiyi üzrxahlıqları saysız- hesabsız idi. Onmunla ünsiyyət, cilovunu bərk tutduqda burnunu yaralayıb dağıdan, cilovunu boş tutub, öz başına, buraxdıqda isə süvarisini həlak edən dikbaş, itaətsiz dəvəyə minmək kimi idi.

Allaha and olsun, onun vaxtında camaat çətinliyə düçar olaraq, səhvə yol verdi və doğru yola qədəm qoymadan haqqdan uzaqlaşdı. Mən də bu uzun müddətdə dözdüm və ağır möhnətlə, qəmlə yoldaş oldum. Axırda o (Ömər) da öz yolunu sonuna yetişdi və xilafət məsələsini, məni də onlardan biri güman etdiyi bir neçə adamın arasında ortaya qoydu. Pərvərdigara, təşkil olunmuş şuradan və etdikləri məşvərətdən sənə pənah gətirirəm. Camaat məni onların birincisinə bərabər tutub, mənə şəkk- şübhə ilə yanaşdı! İş o yerə çatdı ki, bu gün belə şəxslərlə (şura üzvü olan beş nəfərlə) bir sırada dayandım. Bununla belə eniş- yoxuşlarda onların ardınca getdim. (məsləhətə görə hər yerdə onlarla razılaşdım). Beləliklə, onlardan biri paxıllıq və kininə görə haqdan əl çəkərək batil yola qədəm qoydu, başqa birisi qohumluğu (həqiqəti) üstün bildi və məndən üz döndərdi. Başqa birisinin üz döndərməsinin səbəbi vardır ki, onu zikr etmək rüsvayçılıqdır. Nəhayət bir başqası ayağa qalxdı ki, çox yeyib- içməkdən şişən dəvə kimi idi. Və işi ancaq beytul- malı toplamaq və yemək idi. Onun atalarının övladları da onunla əlbir idilər. Onun dolaşıq ipi çözülənə qədər iştahlı dəvə bahar otlarının hamısını yediyi kimi Allahın malını yeyirdilər. Amma onun bəyənilməyən rəftarları onun işini xarab itdi və axırda mal- dövlət toplamağı və acgözlüyü əbədi nabud olmağına səbəb oldu. Sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan Həsən və Hüseyn az qaldı ayaq altında əzilsinlər. Paltarım və əbam hər iki tərəfdən cırıldı. Camaat qoyun sürüsü kimi məni dövrəyə aldılar (çobanın dövrəsində toplaşan, canavar görmüş qoyun sürüsü kimi). Beyətlərini qəbul edib xəlifəliyə başladıqda isə...[1]

 



[1] - Məkarim Şirazi, Nəhcül- bəlağəyə qısaldılmış şərh və aydın (səlis) tərcümə, cild 1, səh 65- 67 Hədəf mətbuatlığı, nəşriyyatı, birinci çap, Qum.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Donuz fermenti ilə düzəldilmiş çipsinin yeyilməsi caizdirmi?
    5516 Nizamlar hüquq və əhkam 2012/05/19
    Böyük Mərcə təqlidləri bu suala belə cavab verirlər: Həzrət ayətullah ul üzma Xamenei: Suala uyğun olaraq caiz deyil. Həzrət ayətullah ul üzma Məkarim Şirazi: Caiz deyil. Həzrət ayətullah ul üzma Safi Gülpayiqani: Nəcis bir şeyin ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    6700 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
    6198 Qədim kəlam 2012/06/23
    Qədir hadisəsi və o gündə Əli (əleyhis-salam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini və xilafəti ünvanı ilə təqdim edilməsi elə əzəmətli bir hadisədir ki, o tarixi hadisəni səhabələrdən 110 nəfər nəql etmişlər. Əlbəttə, bunun mənası o deyildir ki, o həzrətin bu xütbəsinə şahid olan böyük sayılı camaatın ...
  • Bir rəvayətdə deyilir ki, yaxşı əməl sahibi olan cinlər behiştə getməyəcəklər; əksinə onlara fasiq və günahkar şiələrin yanında – behiştlə cəhənnəm arasındakı bir məkanda yer veriləcəkdir. Bu barədə nəzəriniz nədir?
    6306 Hədis elmləri 2012/03/14
    Bir çox ayələr göstərir ki, cinlər də insanlar kimi ilahi vəzifələrə (şəriət təkliflərinə) malikdir, öz əməl, rəftar və davranışları müqabilində cavab verərək əməllərinin əvəzini alacaqlar.[1] Allah-taala “Ər-Rəhman” surəsində insanlara və cinlərə xitab edərək buyurur: وَ لِمَنْ خافَ مَقامَ رَبِّهِ جَنَّتان
  • İnsan Allahın sevimlisi necə ola bilər?
    8532 Əməli əxlaq 2011/03/06
    "Məhəbbət" "hubb" kəlməsindəndir və dostluq mənasınadır. Allahın bəndələrinə olan məhəbbəti ürfi mənanı daşımır. Çünki, ürfi məna nəfsin təsir altına düşməsidir ki, Allah ondan uzaqdır. Allahın bəndələrinə olan məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allah öz etdiyti işləri sevir. Yaratdıqları da onun etdiyi işin nəticəsi olduqlarına görə, onları da sevir. İlahi ...
  • İkinci iş barəsinə fətva vardırmı? Ümumiyyətlə ikinci işin olması dünyapərəstlikdir?
    6161 Nizamlar hüquq və əhkam 2012/01/16
    Şəriət baxımından ikinci iş (vəzifə) üçün heç bir maneə (qadağa) yoxdur. İslam dini və müqəddəs şəriət tərəfindən məzəmmət olunan dünyapərəstlik, dünyaya bağlılıq, mənəviyyat və axirətdən uzaqlıqdır. Belə bir şeyin bir işdə tapılması mümkündür. Bəzən bir iş və az gəliri olan insanlararast gəlinir ki, dünyaya daha çox bağlı olurlar. Bir halda ...
  • Нәјә ҝөрә Гуранын бәзи ајәләри илаһи пејғәмбәрләрин исмәти илә фәрглидир? Изаһ един?
    8365 Qədim kəlam 2010/06/22
    Јухарыдакы суалын ҹвабыны белә вермәк олар:1.“Исмәт” (ҝүнаһсызлыг) мәсум шәхсин хүсуси бир нәфси һаләтидир ки, инсанын ҝүнаһдан вә чиркин әмәлләрдән үз дөндәрмәсинә сәбәб олур вә инсанын ихтијарыны әлиндән алмадан, јахуд, ону мәҹбур етмәдән ону һәр ҹүр хәта вә ...
  • Haradan başa düşə bilərik ki, Allahdan istək və dualarımız bizim xeyrimizədir, ya yox?
    14212 Əməli əxlaq 2011/07/28
    Ayə və rəvayətlərdə deyilir ki, dua ibadət növlü işlərdəndir, onun çoxlu hökmləri, şərtləri, xüsusi ədəb qaydaları vardır. Duanın hökmlərindən biri də budur ki, insan Allahdan elə bir şeyi istəsin ki, haram olmasın, yaxud başqalarının zərərinə tamam olmasın və sair.
  • Şərab və ya donuz əti verilən restoranlarda, yaxud İsrailə kömək edən müəssisələrdə işlənmək haramdırmı?
    6912 Nizamlar hüquq və əhkam 2011/05/17
    İslam inqilabının rəhbəri “Donuz əti konservləşdirmə zavodlarında işləmək, eləcə də gecə kabaralarında və ya fəsad mərkəzlərində işləmək caizdirmi və ondan əldə olunan qazancın hökmü nədir?” sualına cavabda buyurur: “Haram işlərdə işləmək, o cümlədən şərab və donuz əti satmaq, gecə kabarları icad edib oradan qazanc əldə etmək (fırlatmaq), ...
  • Cin surəsinin 9- cu ayəsinin təfsiri
    8696 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayənin habelə buna oxşar digər ayələrin təfsirində, fərqli nəzərlər bəyan ediblər. Qabaqkı təfsirçilərin bir çoxu bu ayənin təfsirində ayənin zahirini qorumağa təkidli olublar. Amma Alusi öz təfsirində bu cür təfsirlərə bir çox iradlar edib və onların cavabında bəyan edibdir. "Təfsiri fi zilalın" yazıçısı ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162980 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155278 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117864 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109866 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99249 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91447 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53442 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45574 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43856 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43031 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...