Ətraflı axtarış
Baxanların
6191
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Əhli-beytin (əleyhimus-salam) yerə məxsus olan məqamları onların mələkuti və cəbəruti məqamları ilə hansı nisbətdədir?
Sual
Bu qızıl fürsətdən istifadə etməklə öz suallarıma müfəssəl cavab əldə edəcəyimə ümid edirəm: Əhli-beytin (əleyhimus-salam) yerə məxsus olan məqamları ilə mələkuti və cəbəruti məqamları arasındakı nisbət necədir? Məqsəd budur ki, Əhli-beytin ərşə məxsus və yüksək aləmlərlə mütənasib olan məqamlarından bəziləri bu məhdud dünyaya sığa bilməz. Məsələn, onların Allahın bütün “əsmai hüsna”sının (ən gözəl adlarının) cilvəgahı, habelə, onların elmlərinin artmasına mütənasib olaraq Allahın “əlim” (hər şeyi bilən) və mühit (hər bir şeyə əhatəli olan) kimi adlarına məzhər (göstərici) olması kimi. Necə ki, “Kafi” kitabında bu barədə rəvayətlər nəql olunmuş, yaxud, “Şura” surəsinin 52-ci ayəsinin təfsirində deyilmişdir. Xahiş edirik ki, Əhli-beytin yerə məxsus olan məqamları ilə ilahi və mələkuti məqamları arasındakı əlaqəni bəyan edəsiniz.
Qısa cavab

Məsumların (əleyhimus-salam) rəvayətlərdə də qeyd olunan yüksək məqamlarının bəzisinə diqqət yetirməklə mülahizə edirik ki, maddi dünyanın tutumu məhdud olduğuna görə bu məqamlardan bəziləri bu dünyada gerçəkləşə, büruz edə bilməz və bu dünyaya sığmaz. Məsələn, imamın ilahi sifət olan xilafət ünvanı ilə “bütün vücud aləminə əhatə” məqamı kimi. Təbiidir ki, bu məqamlarda vücud mərtəbəsinin hər bir nəş’əsində olan diri imamın şəxsi və zahiri məqamı deyil, imamın batini məqamı nəzərdə tutur. Onlar həmin nəş’əyə uyğun olaraq əməl edirlər və bu da onların vücudi mərtəbələrinin hökmləri ilə təzad yaratmır. Əlavə məlumat üçün ətraflı cavaba baxa bilərsiniz.

Ətreaflı cavab

a) Diri imam bəşərə məxsus olan xislət və sifətlərlə ilahi sifətləri özündə cəm edən bir mövqedədir

İmamətdə (ümumi imamətdə) ali və yüksək məqamlar elə kamil insanın məqamlarıdır. Onlar (Allaha doğru olan) mənəvi seyr-süluk səfərlərini qət etdikdən və kamalın yüksək mərtəbəsinə çatdıqdan sonra insanların arasında qayıdırlar. Kamil övliyaların barəsində deyilən həmin irfani mətləbin oxşarı məsum imamların (əleyhimus-salam) barəsində də (xüsusi imamət) daha kamil şəkildə zikr olunur. Necə ki, ziyarətdə oxuyuruq:

خَلَقَكُمُ اللَّهُ أَنْوَاراً فَجَعَلَكُمْ بِعَرْشِهِ مُحْدِقِينَ حَتَّى مَنَّ عَلَينَا بِكُمْ فَجَعَلَكُمْ فِي بُيوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يذْكَرَ فِيهَا اسْمُه

“Allah-taala sizi Öz  ərşinin ətrafında olan nurlar şəklində yaratmışdı, nəhayət bizə minnət qoyaraq sizi, “Allahın adının yüksəldiyi və zikr olunduğu evlərdə” qərar verdi.”[1]

Deməli, imam özünün ən yüksək məqamlarında, bəşərə məxsus zahiri formasında olmaqla eyni zamanda, batində haqqa nail olmuş şəxsdir (ya indi, ya da əvvəldən bu məqama çatmış, sonradan felə çevrilmiş, yaxud seyri-sülukdan sonra bu vüsala nail olmuşlar). Buna görə də imam zahirdə və batində kamalın bütün mərtəbələrinə malikdir. İmam, ona mərifəti axtaran bir şəxs üçün – mərifət məqamının əvvəl mərhələsində məkan və zaman mərhələsində qərar tutan, zahirdə müşahidə olunan həmin məhdud imamdır ki, camaatı hidayət etmək üçün bu məhdudiyyətləri qəbul etməli olur. Halbuki, onun batini yönləri bütün bu məhdudiyyətlərdən yüksəkdə, ehtiyacsızlığın son və zirvə həddindədir. Deməli, imam batini nəzərdən adi və məhdud bir insan deyildir. Başqa sözlə, adi insan bu məqama çatdıqdan sonra artıq adi insan olmur. Yəni zaman və məkanda hüzurun təsirlərini qəbul etməklə eyni zamanda, batində bu hüdudlardan çox-çox yüksəkdədirlər.

Kafirlərin peyğəmbərlərə və imamlara iman gətirməmələri və düz yoldan azmalarının səbəbi də məhz həmin məsələdir: onlar güman edirdilər ki, imam Allahın məzhəri olmasını iddia etdiyindən maddi qalibdə də gərək bütün məhdudiyyətlərdən yüksəkdə olsun. Həqiqətdə həmin cürdür, amma imamın bəşərə məxsus olan qalibləri bu məhdudiyyətləri öz ixtiyarı ilə qəbul edir, möcüzə şəraiti istisna olmaqla həmin məhdudiyyətlər çərçivəsində də əməl edir. Bundan qeyri hallarda nə bir kəs imamın məqamına əzab-əziyyət çatdıra bilər, nə onu əsarətə ala, nə də  qətlə yetirə bilər və s.  Zahir əhli bunu bilməsələr də, ilahi qürb hüdudlarını, ərşi və behişti öz ixtiyarı ilə maddi çətinliklər və problemlərə iltizamlı olmaqla dəyişmək imamın ən yüksək kamalıdır ki, insanların xilaskarı ola bilsinlər və bu, imamın əzəmətini daha da artırır, nəinki onun əzəmətini azaltmış olsun. Məhz həmin səbəbdən bəziləri Allahı və həqiqəti inkar edib kafir olmuşlar. Onlar zahirdə imamın ən fəqir insanlardan olduğunu, sair insanlar tərəfindən müxtəlif bəlalara, zindanlara, tənhalığa və s. düçar olduğunu görür və kafir olurdular.

Digər tərəfdən, imamların batini məqamları ilə müxtəsər şəkildə agah olanlar da ifrata vararaq güman etmişlər ki, imamın cismi bəşərə məxsus olan əzab-əziyyətlərdən heç vaxt təsirlənmir, bəşərə məxsus olan xüsusiyyətlər onlarda yoxdur. Bununla da imamların seçki və ixtiyar məqamının əzəmətini inkar etmiş olurlar.

b) İmamın zaman və məkan daxilində yaşamaqla eyni zamanda zaman və məkanın fövqündə dayanaraq bunlara tam əhatəli olması.

Rəvayətlərdə qeyd olunduğu kimi, məsumların bəzi yüksək məqamlarına diqqət yetirməklə məlum olur ki, bu məqamlardan bəziləri dünyanın tutumuna sığa və bu dünyada gerçəkləşə bilməz. Məsələn, imamın ilahi sifətlərin canişinliyi ünvanı ilə malik olduğu “vücudi əhatə” məqamı. Təbidir ki, bu məqamlar imamın zahiri və şəxsi yönlərinə yox, batini məqamına nəzər yetirir. Vücud mərtəbələrindən olan hər bir nəş’ədə öz-özünə həmin nəş’əyə uyğun olaraq əməl edir, vücud mərtəbələrinin hökmləri biri-digərinə tədaxül etmir (pozmur). Misal üçün, imamın cismi (fiziki bədəni) camaat arasındadır, amma özünün ruhi məqamı ilə maddi kəsrət (çoxluq) hüdudlarından yüksəklərə qalxmışdır. Onun eyni zamanda hər birinin özünə məxsus hökmləri olan bir neçə yerdə olması mümkündür. Baxmayaraq ki, bu mərtəbələrin hamısı imamın vahid vücudundan olan kamil bir vəhdətdə gerçəkləşir.

İmamı o kəslər həqiqi mənada tanıyırlar ki, onun batini mərtəbələri ilə də əlaqə yaratmış olsunlar, imamın hiss olunan bədəndə məhdud olmadığına inansınlar. Bunlar da həqiqi şiələrdir. Rəvayətdə qeyd olunur ki, imamın qeybət dövrü onlar üçün eynilə müşahidə dövrü kimidir.[2] Çünki yüksək mərifət və irfan sayəsində imamın batini yönlərinə agah olmuş və bu yönlə əlaqə bərqərar etmişlər.

v) Əraf əhli və mələkuti məqamla yerə məxsus məqamın arasında cəm etmək

وَ عَلَى الْأَعْرافِ رِجالٌ يعْرِفُونَ كُلاًّ بِسيماهُمْ وَ نادَوْا أَصْحابَ الْجَنَّةِ أَنْ سَلامٌ عَلَيكُمْ لَمْ يدْخُلُوها وَ هُمْ يطْمَعُونَ وَ إِذا صُرِفَتْ أَبْصارُهُمْ تِلْقاءَ أَصْحابِ النَّارِ قالُوا رَبَّنا لا تَجْعَلْنا مَعَ الْقَوْمِ الظَّالِمينَ

“Ərafda elə insanlar vardır ki, o iki dəstədən (cəhənnəm və behişt əhlindən) hər birini üzlərindən tanıyır, behişt əhlinə nida edib deyirlər: “Sizə salam olsun! Behiştə daxil olun!” Onlar hələ behiştə daxil olmamışlar, amma daxil olmaq arzuları vardır. Nəzərləri cəhənnəm əhlinə düşən zaman: “Pərvərdigara! Bizim mənzilimizi bu zalımlarla bir yerdə qərar vermə!” deyərlər.”[3]

Bir çox rəvayətlərə uyğun olaraq əraf – məsum imamlardan ibarət olan kamil ariflərin məqamıdır; onlar behiştlə cəhənnəm arasında, hətta behişt və cəhənnəmdən daha yüksəkdə duraraq hər ikisinə nəzər edirlər.

Bəzi rəvayətlərdə “əraf” kəlməsi “irfan” və “mərifət” mənasına işlənmişdir. Yuxarıdakı ayə ərafda dayanmağı o kəslərə məxsus bilir ki, camaatın üzlərində olan əlamətlər barəsində onların mərifətləri vardır. “Məcməul-bəyan” təfsirində deyilir ki, Bikr ibni Əbdüllah Məzni, Həsənə dedi: “Mən eşitmişəm ki, əraf əhli yaxşı və pis əməlləri eyni səviyyədə olan qrupdur. Buna görə də behiştlə cəhənnəm arasında dayanmışlar.” Həsən əlini onun buduna vuraraq dedi: “Əraf əhli o kəslərdir ki, Allah onları behişt və cəhənnəm əhlini tanımaq üçün o yerdə qoymuşdur ki, camaatı bir-birindən ayırıb seçsinlər. Allaha and olsun! Axı nə deyim; bəlkə də onlardan bəziləri bu evdə bizimlə birlikdədir.”[4]

Həmçinin imam Baqir (əleyhis-salam) buyurur: “Əraf əhli – Ali-Məhəmməddir. Bir kəs behiştə yalnız o zaman daxil olar ki, onları tanısın və onlar da həmin kəsi tanısınlar. Cəhənnəmə yalnız o kəs daxil olar ki, onları tanımasın və onlar da həmin şəxsi tanınmaz hesab etsinlər.”[5]

Əyyaşi də Somalidən, o da imam Baqir (əleyhis-salam)-dan “Və ələl-ə’rafi ricalun yə’rifunə kullən bisimahum – ərafda elə insanlar vardır ki, hamını öz üzündən tanıyır” ayəsi barəsində soruşduqda, həzrət buyurdu: “Əraf bizik! O kəslərik ki, Allah-taala yalnız bizim vasitəmizlə camaata tanınar. Bizik Əraf! Behiştə yalnız o kəslər daxil olar ki, bizi tanısınlar (qəbul etsinlər) və biz də onları tanıyaq. Cəhənnəmə yalnız o kəslər daxil olar ki, bizi inkar etsinlər, biz də onları inkar edək. Çünki, əgər Allah-taala heç bir vasitə olmadan Özünü camaata tanıtdırmaq istəsəydi, əlbəttə tanıtdırardı. Lakin O, bizi (Allahı tanımaq üçün) bir qapı və vəsilə qərar vermişdir ki, gərək (bəndələr) o qapıdan daxil olsunlar.”[6]

Əyyaşi, Salman Farsinin belə dediyini nəql edir: Əli (əleyhis-salam)-ın barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in on dəfədən artıq belə buyurduğunu eşitdim: “Ya Əli! Sən və səndən sonrakı vəsilər behiştlə cəhənnəm arasındakı “Əraf”dırlar. Behiştdə yalnız o kəslər daxil olacaq ki, sizi tanısınlar, siz də onları tanıyarsınız. Cəhənnəmə yalnız o kəslər daxil olacaqdır ki, sizin haqqınızı inkar etsin və siz də onu (rəsmi olaraq) tanımayasınız.”[7]

Bu rəvayətlərin hamısı göstərir ki, diri imam elə bu dünyada məxluqat üçün irfan və əraf məqamındadır və elə bu dünyadan behiştlə cəhənnəmə nəzər edir. Deməli, behiştlə cəhənnəm arasındakı sərhəddə, bu iki mərtəbənin fövqündə dayanmaq və bu iki mərtəbəyə nəzarət etmək imamın həmin “əhatə” məqamıdır. Bu da irfanı əsaslarda ariflərin Haqqın məhzərindən camaatın arasına qayıdışından ibarət olan səfərin son mərhələsi  hesab olunur. Məsum imamlar bu məqama nail olmuşlar və ondan mütləq şəkildə (heç bir qeyd-şərt və məhdudiyyət olmadan) bəhrələnirlər.

Quran əsaslarında imamın həm yerə, həm də asimana məxsus olan məqamları “əraf əhli” kimi bəyan edilir. Bu dəyərli Quran bəhsində daha artıq tədqiqata ehtiyac duyulur.

Deməli, imam bütün maddi aləmə, hətta cəhənnəm əhlinə belə, əhatəli olmaqla eyni zamanda onun pis təsirlərindən uzaqdır. Bununla belə, bu məqamı qəbul etmək bir çox bəlalara sinə gərməyi, məhdudiyyəti qəbul etməyi tələb edir. Bu da imamın ən böyük ilahi məqamından ibarətdir.

 


[1] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 613, “Camieyi müdərrisin”in nəşriyyatı, Qum

[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 5-ci cild, səh. 122, “Vəfa” müəssisəsi, Beyrut, 1409

اَلْمُنْتِظرونَ لِظُهورِهِ اَفْضَلُ اَهْلِ كُلِ زَمانٍ لِاَنَّ اللهَ تَعَالَي ذِكْرُهُ اَعْطاهُمْ مِنَ الْعُقولِ وَ الْاَفْهامِ وَ الْمَعْرِفَةَ مَا صَارَتْ بِهِ الْغَيْبَةُ عِنْدَهُمْ بِمَنْزِلَةِ الْمُشَاهَدَةِ وَ جَعَلَهُمْ فِي ذَلِكَ الزَّمَانِ بِمَنْزِلَةِ الْمُجَاهِدِينَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ بِالسَّيْفِ اُولَئِكَ الْمُخَلَصونَ حَقّاً وَ شِيعَتُنَا صِدْقاً وَ الدُّعَاةُ اِلَي دِينِ اللهِ سِرّاً وَ جَهْراً

[3] “Əraf” surəsi, ayə: 46-47

[4] Təbərsi, “Məcməul-bəyan”, 4-cü cild, səh. 653, “Nasir Xosrov” nəşriyyatı, Tehran, 1372-ci şəmsi il

عَنِ ابْنِ عَبَّاسٍ وَ ابْنِ مَسْعُودٍ وَ ذَكَرَ أَنَّ بِكْرَ بْنَ عَبْدَ اللهِ الْمَزِنَّي قَالَ لِلْحَسَنِ بَلَغَنِي أَنَّهُمْ قَوْمٌ اسْتَوَتْ حَسَنَاتُهُمْ وَ سَيِّئَاتُهُمْ فَضَرَبَ الْحَسَنُ يَدَهُ عَلَى فَخِذِهِ ثُمَّ قَال هَؤُلاَءِ قَوْمٌ جَعَلَهُمُ اللهُ عَلَى تَعْرِيفِ أَهْلِ الْجَنَّةِ وَ النَّارِ يَمِيزُونَ بَعْضَهُمْ مِنْ بَعْضٍ وَ اللهِ لاَ أَدْرِي لَعَلَّ بَعْضَهُمْ مَعَنَا فِي هَذَا الْبَيْتِ وَ قِيلَ إِنَّ اْلاَعْرَافَ مَوْضِعٌ عَالٍ عَلَى الصِّرَاطِ

[5] "Biharul-ənvar", 8-ci cild, səh. 331:

قاَلَ أَبُوجَعْفَرٍ الْبَاقِرُ عَلَيْهِ السَّلاَمُ: هُمْ ءَالُ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلاَمُ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَهُمْ وَ عَرَفُوهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلاَّ مَنْ أَنْکَرَهُمْ وَ أَنْکَرُوهُ

[6] “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 19, “Elmiyyə” çapxanası:

نَحْنُ اْلاَعْرَافُ الَّذِينَ لاَ يُعْرَفُ اللهُ إِلاَّ بِسَبَبِ مَعْرِفَتِنَا. وَ نَحْنُ الْاَعْرَافُ الَّذِينَ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَنَا وَعَرَفْنَاهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلَّا مَنْ أَنْکَرَنَا وَ أَنْکَرْنَاهُ. وَ ذَلِکَ بِأَنَّ اللهَ لَوْ شَآءَ أَنْ يَعْرِفَ النَّاسُ نَفْسَهُ لَعَرَفَهُمْ وَ لَکِنَّهُ جَعَلَنَا سَبَبَهُ وَ سَبِيلَهُ وَ بَابَهُ الَّذِي يُؤْتَي مِنْهُ

[7] Yenə orada, 2-ci cild, səh. 18:

إِنَّکَ وَ اْلاَوْصِيَاءَ مِنْ بَعْدِکَ أَعْرَافٌ بَيْنَ الْجَنَّةِ وَالنَّارِ لاَ يَدْخُلُ الْجَنَّةَ إِلاَّ مَنْ عَرَفَکُمْ وَ عَرَفْتُمُوهُ، وَ لاَ يَدْخُلُ النَّارَ إِلاَّ مَنْ أَنْکَرَکُمْ وَ أَنْکَرْتُمُوهُ

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    9025 Nəzəri əxlaq 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən duanın mühüm sənədi nədir?
    8022 Təfsir 2014/05/22
    Varlığın və mövcudun vəhdəti nəzəriyyəsi məhşur ariflərin nəzəriyyəsinə qayıdır. Bu mənada ki, Allah-taalanın pak zaatından, xarici aləmdə zühur etmiş pak adlarından, sifət və felindən baş həqiqət yoxdur. Digər varlıqların da həqiqəti yalnız, Allah-taalanın sifət və fellərinin zahir olunmasından başqa bir şey deyillər. Amma, varlığın vəhdəti və mövcudun ...
  • Vəhdəti-vücudda məqsəd nədir?
    13403 İslam fəlsəfəsi 2010/01/25
    Arif və filosofların vəhdəti-vücudda məqsədi bütöv varlıq aləminin Allah olması deyil. Çünki bu bütövün həqiqi varlığı və vəhdəti yoxdur. Məqsəd Allahın digər varlıqlarla birgələşməsi (eyniləşməsi) də deyil. Çünki birgələşmək (yəni iki şeyin öz əşyalığını və ikiliyini əldən verərək yeni bir ...
  • Şeytan nə vaxt və neçə dəfə fəryad və nalə çəkdi?
    7202 Qədim kəlam 2011/06/18
    Bu sualın cavabını verməmişdən əvvəl bu nöqtəyə diqqət etmək lazımdır ki, şeytan insanın and içmiş ən böyük düşməni və onun səadətə və Allahın razılığını əldə etməyin qarşısını almaq üçün həmişə insanın pusqusunda əyləşir. Bəs ilk mərhələdə bu varlıqla qarşı- qarşıya durmağın yollarını əldə etmək lazımdır. "Şeytan" lüğətdə "şər" ...
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    6987 Nəzəri irfan 2011/10/08
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
    6038 Əməli əxlaq 2011/11/19
    Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və ...
  • Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir. Bu məsələnin ölüm səkrətləri (anları) ilə ziddiyyəti vardırmı?
    7769 Təfsir 2012/03/14
    “Vaqiə” surəsinin 83-87-ci ayələrində ölümdən qabaqkı vəziyyətə işarə olunur. Amma behişt və cəhənnəmlə əlaqədar olan sonrakı ayələr ölümdən sonrakı aləmlə əlaqədardır və ölüm anları ilə əlaqəsi yoxdur ki, onunla da ziddiyyəti olsun. ...
  • Quslun fəlsəfəsi nədir?
    8386 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • "Əhli-beyt" kimə deyilir?
    20542 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • Mən bilmək istərdim ki, hazırkı dövrdə “qızıl noxud”un meyarı necə hesablanır? Yəni neçə qram qızıla bərabərdir?
    6425 Nizamlar hüquq və əhkam 2012/02/13
    Əgər haizin adət günlərini üç hissəyə bölsək və birinci hissədə onunla qubuldan (qabaqdan) cima olunsa, ehtiyat vacib budur ki, 18 noxud qızıl kəffarəni fəqirə versin. Əgər ikinci hissədə baş verərsə 9 noxud, əgər üçüncü hissədə baş verərsə, gərək 4,5 noxud qızıl versin.[1] Hər 18 noxud ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162980 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155279 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117864 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109867 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99252 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91447 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53442 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45578 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43856 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43031 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...