Ətraflı axtarış
Baxanların
6802
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Dinin bəlası nədir?
Sual
Dinin bəlası nədir?
Qısa cavab

Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın dinlə əlaqədar fikirləri, onların dindən əldə etdiyi çıxarışlar, dini mərifətin növü və dindarlıq üslublarına qayıdır.

Dinin bəlalarının müxtəlif şaxələri vardır. Bu bəlalardan bəziləri dindar və imanlı şəxsin özünə qayıdır. Həmin afət və bəla (o cümlədən həsəd, ücb, fəxr və s.) bəzən dini mərifət mərhələsindədir (dini tədqiqatın bəlası), bəzən isə dinin vacib etdiyi ilahi göstəriş və hökmlərə əməl etməklə, hüquqlarla riayət etməklə əlaqədardır. Dinin bəzi bəlaları isə dinlə əlaqədar ictimai məsələlərdə irəli çəkilir, o cümlədən xurafat, təhrif, şəxsi səliqələrdən istifadə edilməsi. Bunlar dinin toxunulmazlığını və yayılmasını təhdid edir.

Ətreaflı cavab

Din bəşəriyyətin hidayəti üçün Haqqın ən gözəl rəhmaniyyət cilvəsindən, dindarlıq da bu rəhmaniyyətə üz gətirərək, hidayət yolunda seyr etməkdən ibarətdir. Bu yolda “dinin və dindarlığın bəlaları” ünvanı ilə insanı aldadan, haqq yoldan azdıran şeylər daim zahir olur. Onları tanımaq və dindarlığı ondan qoruyub saxlamaq bu mənəvi seyr yolunda ən mühüm ədəb qaydalarından biridir.

Əlbəttə, din çox yüksək səviyyəli həqiqət və qüdsi bir məsələ olduğuna görə afət və bəlanın fövqündə dayanır. Başqa sözlə desək, ilahi işlərdə xəta, səhv, bəla və afətə yol yoxdur. Xətaya və səhvə yol verilməsi bəşər işləri ilə əlaqədardır. Dinşünaslıq, dindarlığın bəlaları və afətləri ilə əlaqədar bəhslər də dinin həqiqətinə qayıtmır, əksinə camaatın dinlə əlaqədar fikirlərinə, insanın dindən əldə etdiyi çıxarışlara, dini mərifətlərə, necə dindarlıq etmələrinə qayıdır. Bu kimi işlər daim ixtilafla dolu olub bəla və afətə məruz qalır. Dindarlıq da mərifət, agahlıq və əməl mərhələsinə şamildir. Yəni təfəkkür, mərifət, dini iman və inanclardan, habelə iqrar, əməl, rəftar və dini davranışlardan ibarətdir.

Dindarlığa xəsarət dəyməsi ilə insani və ictimai normaların sərhədləri pozulur, çoxlu təcavüzlər baş verir, hörmətlər aradan gedir, anormal vəziyyət və eybəcərliklər zahir olur. Dindarlığın olmaması müxtəlif məsələlərdə xəyanətin zahir olmasında mühüm amili sayılır. Çünki dini məsələlərdən biri budur: din insanı müxtəlif sahələrdə qoruyub saxlayır, onun puça çıxmasının, məhv olmasının qarşısını alır. Əgər din sağlam olarsa, insanın toxunulmazlığını ən gözəl şəkildə təmin edər, onu düzgün yola hidayət edər, bəlalardan qoruyub saxlayar. Din nə qədər sağlam və qüvvəli olarsa, insanın öz həyatındakı mənəvi sağlamlığı və qüvvəsi də bir o qədər artar. Din və dindarlıq sərhədlərinin pozulması ilə insanın hər bir şeyi təhlükə ilə qarşılaşır.

Bu məsələlərə diqqət yetirməklə külli bir təsnifatda din və dindarlığın bəlalarını iki qismə bölmək olar:

1. Dindar şəxsin imanını hədəf tutan bəlalar.

Peyğəmbər (səlləllahu əleyhi və alih) ayrı-ayrı adamların şəxsi imanının tərifində buyurmuşdur: “İman – qəlbdə (Allahı) tanımaq, dildə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdən ibarətdir.”[1]

Bu mərhələlər, yəni təfəkkür, inanc və dini iman, habelə iqrar, əməl, rəftar, davranış və dini seyri-süluk hamıda bəlaya məruz qala bilər. Bu bəhslərdə bəla və ya afətlər – eyib və nöqsanın zahir olması, normal və təbii vəziyyətdən xaric olmaq və puçluğun yaranması mənasınadır. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, Əli (əleyhis-salam)-ın və sair imamların bəyanında bir çox məsələlər dinin bəlaları və afətləri sırasında qeyd olunmuşdur. İndi onların bəzilərini qeyd edirik:

a) Həvayi-nəfsə tabe olmaq. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Həvayi-nəfs (din üçün) afət və bəladır.”[2]

b) Dünyaya pərəstiş və ona aşiq olmaq: Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Dinin puça çıxmağı dünyapərəstlikdən ibarətdir.”[3]

v) Sui-zənn (bədgümanlıq): Əli (əleyhis-salam) buyurur: “Dindarlığın bəlası mütəal Allah barəsində bədgümanlıq etməkdir.”[4]

q) Yalan: Əli (əleyhis-salam) buyurmuşdur: “Yalanın çoxluğu dini puça çıxarır.”[5]

v) Həsəd və kin-küdurət: Həzrət Əli (əleyhis-salam) buyurur: “Həsəd, yalançılıq və kin-küdurətdən uzaq ol! Çünki onlar dini eyibli edən üç yaranmaz xislətdir.”[6]

z) Qürrələnmək və öyünmək: İmam Sadiq (əleyhis-salam) buyurur: “Dinin bəlası həsəd, ücb (özünü hamıdan üstün hesab etmək) və fəxrdir (öyünmək).”[7]

Aydındır ki, bu rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. Bu hədislərdə dinin bəlası ünvanı ilə qeyd olunanlar da hər hansı bir sayla xülasələnmir. Yəni İmam (əleyhis-salam)-ın məqsədi bu deyildir ki, yalnız sui-zənn, yaxud həsəd, yaxud ücb, yaxud fəxr dinin bəlası olmuş olsun. Əksinə, bu rəvayətlərdə qeyd olunanlar “dinin bəlasının nümunələri” ünvanı ilə qeyd olunur. Həqiqətdə dini təhlükə və məhv olma ilə təhdid edənlər dinin bəlasıdır və hədislərdə onların ən mühümlərinə işarə edilmişdir.

2. Dini ictimai sahələrdə təhlükə ilə qarşılaşdıran – dindən gerçək olmayan çöhrənin nümayiş etdirilməsi

Misal üçün, dindəki “zöhd” (dünyaya məftun və bağlı olmamaq) ilə əlaqədar düzgün məfhum və anlayışın olmaması insanın adi və təbii həyat şəraitindən çıxaraq ifrat və ya təfritə düşməsinə səbəb olur. Həmçinin qəza-qədər, təvəkkül, fərəcin intizarını çəkmək, səbir, şəfaət, təqiyyə və s. təlimlər barəsində düzgün çıxarış və anlayışın olmaması insanın dindarlığına zərbə vura bilər. Qeyd olunan mənada dinin bəlalarının müxtəlif mərhələləri, şiddətli və zəif halları vardır. Belə ki, aşağıdakı hallara diqqət yetirməklə onların mərtəbəsini, zəif və şiddətli olmasını təyin etmək olar:

Din və dindarlığın dərindən, düzgün şəkildə başa düşülməməsi, dini məfhumlardan yanlış çıxarışlar, dini rəftarın, davranışın və inancların zəifləməsi, əxlaq normalarının süstləşib əhəmiyyətsiz olması, dini təlimlərin dəyərdən düşməsi, din və dini işlərlə əlaqədar etiqadsızlığın yaranması, dində hər şeyi rəva görmək, hər növ dini işlərdən qaçmaq və s.

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Dinin bəlası üç şeydir: 1. Əməlsiz, fasiq və günahkar alim, 2. Zalım rəhbər, 3. Nadan müqəddəs.”[8]

Çünki dində müxtəlif bidət və xurafat icad edilməsi, dar dünyagörüşə malik olmaq, digər islam firqələrinin nəzərlərinə dözə bilməmək, onları azğınlıq, şirk və küfrdə müttəhim etmək, din barəsində gerçək olmayan, çox təhlükəli, kobud və qəddar çöhrələrin təqdim edilməsi bəşər cəmiyyətlərində dinin qalmasına, yayılmasına və genişlənməsinə maneçilik törədir.

Din və dindarlıqla əlaqədar bu bəlaları bir nəzərlə “din daxili” və “din xarici” olmaqla iki qismə bölmək olar. “Din daxili bəlalar” dini çıxarışlar, din barəsində nəzərlər, dini mərifət növləri, dindarlıq üslubuna aiddir. Misal üçün, dində icbar və ikrah emal edilməsi, dini düzgün başa düşməmək, hidayət və tərbiyədə imkansızlıq və sair. “Din xaricində olan bəlalar” dedikdə isə, dinlə əlaqədar olan o bəlalardır ki, ictimai, iqtisadi, siyasi amillərlə qaynayıb qarışmışdır.



[1] Şeyx Səduq (rəhmətullah əleyh), “Xisal”, 1-ci cild, səh. 178:

عَنْ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص الْإِیمَانُ مَعْرِفَةٌ بِالْقَلْبِ وَ إِقْرَارٌ بِاللِّسَانِ وَ عَمَلٌ بِالْأَرْکَانِ‏

[2] “Kənzul-ummal”, hədis 44121

[3] “Təhrirul-məvaizil-ədədiyyə”, səh. 21:

آفَةُ الدِّینِ الْهَوَى

[4] “Təsniful-ğurəril-hikəm və durəril-kiləm”, səh. 263, hədis 5669

قَالَ عَلِیٌّ (ع): آفَةُ الدِّینِ سُوءُ الظَّنِّ

[5] Yenə orada, səh. 221, hədis 4421

کَثْرَةُ الْکَذِبِ تُفْسِدُ الدِّینَ وَ یُعْظِمُ الْوِزْرَ

[6] Yenə orada, səh. 299:

دَعِ الْحَسَدَ وَ الْکَذِبَ وَ الْحِقْدَ فَإِنَّهُنَّ ثَلَاثَةٌ تَشِینُ الدِّینَ وَ تُهْلِکُ الرَّجُلَ

[7] “Əl-kafi”, 2-ci cild, səh. 307:

آفَةُ الدِّینِ الْحَسَدُ وَ الْعُجْبُ وَ الْفَخْر

[8] “Kənzul-ummal”, hədis 2895

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    7912 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Həyat və ölüm kəlməsi Quranda neçə dəfə işlədilmişdir?
    7438 Quran elmləri 2011/11/06
    Həyat, yaşamaq, mənasında və ölüm isə onun əks mənası kimi işlədilir. Həyat və ölüm hər ikisi Allahın yaratdıqlarındandırlar. Qurani kərim buyurur: O şəxs ki, ölüm və həyatı yaratdı, sizin imtahanınız üçün idi ki, sizlərdən hansı biriniz yaxşı əməl sahibi olacaq və o məğlub olunmaz və bağışlayandır.[1] ...
  • Cəmiyyətin dini dəyişdirilə bilərmi?
    6236 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. ...
  • Bir şəxsdən digərinə enerji mübadiləsi İslamda qəbul ediləndirmi? Bunun şəri hökmü nədir?
    5739 Nizamlar hüquq və əhkam 2012/04/18
    Hörmətli işçi: Bu hadisənin əsli və bu yolla müalicə və onun sayılmaqda olan təsirləri hələ də isbat edilməmişdir. Bir çox bu işdən fərasətlə istifadə edənlər öz- özlərinə xəyallara düşmüşlər. Buna görə bəzi mərcə təqlid alimləri bu suala hələ də gizli və naməlum olduğu üçün cavab ...
  • Вилајәти-фәгиһин дәлилләри нәдир?
    7158 Nizamlar hüquq və əhkam 2010/02/06
    “Вилајәт-фәгиһ” бәһсини мүхтәлиф јолларла исбат етмәк олар. Амма, бу бәһсдә биз јалныз, мәсәләни әгли вә нәгли илә дәлилләринә кифајәтләнәҹәјик:А) Әгли дәлил:Әгл һөкм едир ки, етигад вә мәнәвијјата сөјкәнән бир һөкумәтин ...
  • Allah insan beyni ilə tanınmağa qabil olmadığından, necə Onun barəsində mərifət əldə edə bilərik ki, şirkə səbəb olmasın?
    5601 Qədim kəlam 2012/04/18
    Allahı tanımaq üçün bənzətmə rəvayətlərdə rədd edilmişdir. Daha çox məlumat üçün ətraflı cavaba müraciət edin. ...
  • Вилајәт сөзүнүн әрәб дилиндә чохлу вә фәргли мәналарыны нәзәрә алараг лүтфән бу кәлмәнин һәгиги вә әсл мәнасыны ачыглајын?
    6412 Qədim kəlam 2010/09/29
    Вилајәт сөзү “вәлијә” сөзүнүн көкүндән олуб, мүхтәлиф мәналара маликдир. Амма бу бәһсдә нәзәрә алынан мәна ән чох “рәһбәрлик вә бәзи ишләрин мөвланын өһдәсиндә вә ихтијарында олмасы” мәнасыдыр. Мөвла бир нөв гүдрәти вә бир шејә әһатәси олана дејилир. Дини терминолоҝијада исә камил инсанын диҝәр инсанлара мүхтәлиф саһәләрдә ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    12857 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    7914 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...
  • Əli (ə) ın sözü
    6112 Hədis elmləri 2012/01/08
    Əllamə Məclisi bəharul Ənvarda bir rəvayət nəql edir ki, onda belə gəlib: Bir şəxs Həzrəti Əli (ə) dan istədi ki bu suallara cavab versin: Vacib nədir? Daha vacib hansıdır? Problem nədir? Daha problem hansıdır? Təəccüblü nədir? Daha təəccüblü hansıdır? Yaxın nədir? Daha yaxın hansıdır? Hələ sualı qurtarmamışdı və dilini ağzına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162995 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155337 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117885 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109904 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99342 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91483 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53449 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45632 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43873 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43058 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...