Ətraflı axtarış
Baxanların
5887
İnternetə qoyma tarixi: 2007/11/29
Sualın xülasəsi
Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
Sual
Biz Allahın elm, qüdrət və hikməti barədə elmli olduğumuz halda nə üçün günah edir və Onun əmr və fərmanlarından boyun qaçırırıq?
Qısa cavab

Allah-taalanın bizim əməllərimiz barədə elmli, bizi cəzalandırmağa qadir və Öz işlərində hikmət sahibi olması barədə agahlığımız bizi itaətə vadar etmir. Necə ki, şeytan Allah-taalanın sifətlərini bilirdi, amma bununla belə Onun əmrlərinə qarşı üsyankarlıq etdi.

Allahın sifətləri barədə elm və agahlıq etiqad və imanla yanaşı olan halda insanı əmələ vadar edir. Amma əgər insan öz qəlbinin cilovunu tüğyançı nəfsin istəklərinə təhvil versə, artıq iman və etiqad üçün, nəticədə Allah-taalaya bəndəlik üçün heç bir yer qalmır.

Deməli, Allaha bəndəlik etmək üçün elm və agahlıqdan əlavə, Ona qəlbən iman gətirməliyik. Qəlbdə imanın vücuda gəlib sabitləşməsi üçün gərək onu zəiflədən, aradan aparan amillər (tüğyançı nəfsin istəkləri, dünyaya ifrat bağlılıq, şeytan vəsvəsələrinin qəlbə daxil olması və s.) aradan aparılsın. Həm də imanın yaranmasına qəlbdə şərait yaratmalıyıq (Allaha itaətin dünya və axirətdəki müsbət təsirləri, eləcə də itaətsizliyin ağır, acınacaqlı nəticələri barədə təfəkkür etmək və s.)

Ətreaflı cavab

Qurani-kərimdə və məsumların (əleyhimus-salam) rəvayətlərində Allah-taala üçün müəyyən mənada insanla əlaqəli olan sifətlər zikr olunmuşdur. Bu sifətlərdən biri xaliqiyyətdir ki, bütün aləmin və insanın vücuda gəlməsinə səbəbdir.

Rübubiyyət – Allahın sifətlərindən digər biridir ki, bəsləyən, tərbiyə edən mənasınadır.

Alim və qadir olmaq – yəni Allah-taalanın zatı hər bir şeyə alim (elmli) və hər bir işi görməyə qüdrətlidir.

Rəuf və mehriban olmaq. Yəni Allah-taala bəndəsinə hamıdan, hətta insanın özündən də artıq mehribandır. Bu sifətlər barədə elm nə qədər artıq və köklü olarsa, ilahi əmr və fərmanların yerinə yetirilməsində insana bir o qədər çox kömək edir.

Amma elm və agahlıq təklikdə insanı əmələ vadar etmir.[1] Fironçuların elmi var idi, buna baxmayaraq kafir oldular. Allah-taala bu barədə buyurur: “(Fironçular zülm və təkəbbür üzündən) qəlblərində yəqin olduğu halda Allahın ayələrinə qarşı kafir oldular.”[2]

Allahın nümunə ünvanı ilə zikr etdiyi şəxslərdən biri Bələm Bauradır. O, alim olsa da əməl məqamında özünü itirdi və yolunu azdı. Quran buyurur: “Onlara ayələrimizi verdiyimiz şəxsin (Bələmin) hadisəsini oxu, amma o (axırda) elmdən məhrum oldu, şeytan onun ardınca düşdü və azğınlardan oldu. Əgər istəsəydik, o ayələrin vasitəsi ilə onu yüksəyə qaldırardıq, lakin o, yerə yapışaraq öz nəfsinin istəklərinə tabe oldu.”[3]

Elm onun möhtəvasına iltizamlı olub əməl etməyə sadəcə şərait yaradır, lakin bu şərait o zaman təsirli olur ki, onun ardınca iman gəlmiş olsun. Elm və iman bilikdə olduqda əməl üçün şərait yaranır. Əlbəttə, bu yol üzərində mövcud olan maneələri də aradan qaldırmaq lazımdır. Quran həmin maneələri belə zikr edir:

a) Nəfsin istəklərinə tabe olmaq

Əqli və şəri yönləri nəzərə almadan nəfsin istəklərinə itaət etmək insanın düz yoldan azmasına, Allahın əmr və göstərişlərinə etinasız yanaşmasına səbəb olur. Quran belə insanlar barəsində buyurur: “Öz həvayi-nəfisni özünə məbud seçən bir şəxsi görmədimi?! Allah onu, elmli olduğu halda azğınlığa saldı, onun qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı. Allahdan başqa bir kəs onu hidayət edə bilərmi?! Buna diqqət yetirmirsinizmi?!”[4]

Başqa bir ayədə də buyurulur: “Əgər sənin çağırışına əməl etməsələr, bil ki, onlar yalnız öz həvayi-nəfslərinə tabe olurlar. Allah tərəfindən hidayət olmadan öz həvayi-nəfsinə tabe olanlardan da azğın bir şəxs varmı?!”[5]

b) Dünya həyatına məftun olmaq və ona xəta əsasında nəzərə salmaq

Əgər bir şəxs dünya həyatından sonra heç bir həyatın olmadığına inanaraq dünya həyatını özünün yekun hədəfi seçsə və bütün səylərini dünyəvi ehtiyaclarını təmin etməyə yönəltsə, axırda axirət həyatından və Allaha bəndəlikdən qafil olacaqdır.[6] Dünya barəsində bu cür təfəkkür və meyllər insanın Allaha iman gətirib mömin bəndə olmasına mane olur. Allah-taala belə insanları vəsf edərək buyurur: “Bizimlə görüşə (qiyamətə) ümidvar olmayan, dünya həyatına ürək bağlayan və onunla xatircəm olanların, habelə Bizim ayələrimizdən xəbərsiz olanların yerləri (yaramaz) əməlləri səbəbi ilə cəhənnəm odudur.”[7]

Başqa bir ayədə buyurur: “Siz dünya matahının ardınca gedirsiniz, halbuki Allah sizin üçün axirəti istəyir.[8]

v) Şeytani vəsvəsələrə uymaq

Şeytan insana qəlb yolu ilə vəsvəsə edərək[9] onun çirkin əməllərini zinətləndirib gözəl qələmə verir,[10] insana yalan vədələr verir,[11] insanı öz gələcəyindən qorxudur[12] və bu yollarla onun iman gətirib Allaha xalis bəndəlik etməsinə mane olur. Allah-taala bu barədə xəbərdarlıq edərək buyurur: “Ey Adəm övladları! Şeytan sizi aldatmasın, necə ki, sizin ata-ananızı (aldadaraq) behiştdən çıxartdı.”[13]

Qəlbdə iman və bəndəlik hissinin yaranması daxili bir mühərrikə ehtiyaclıdır. İnsanın rəftarlarında əsas hərəkətverici qüvvə kamallara və ləzzətlərə nail olmaq ümidi, xəsarət və zərərlərdən qorxub qaçmaq hissi olduğuna görə Quran həm iman və bəndəliyin dünya və axirət savablarına, həm də küfr və üsyankarlığın dünya və axirət cəzalarına işarə etmiş, peyğəmbərləri “ilahi nemətlərə müjdə verən və ilahi əzabdan qorxudanlar” kimi təqdim etmişdir.[14]

Əməllərin dünyəvi mükafatları

1. “Əgər abadlıqların əhalisi iman gətirib təqvalı olsaydılar, asimandan və yerdən xeyir-bərəkət qapılarını onların üzünə açardıq.”[15]

2. İman və bəndəliyin axirət savabları:

“Hər kişi və qadın mömin olan halda yaxşı iş görərsə, belə insanlar behiştə daxil olacaqlar.”[16]

3. Küfr və itaətsizliyin dünyəvi cəzaları

“Sizə çatan müsibətlər gördüyünüz (yaramaz və pis) əməllər səbəbi ilədir və Allah onların bir çoxlarını əfv edib bağışlayır.”[17]

4. Küfr və itaətsizliyin axirət cəzaları

“Onlar üçün dünyada xarlıq və axirətdə böyük əzab vardır.”[18]

Allah-taalaya bəndəlik etmək üçün ilahi və tövhid əsasında olan bəndəlikdən əlavə, iman və yəqin sahibi olmaq, maneələri aradan qaldırmaq və yaxşı əməllər görmək də lazımdır.

 


[1] Elm ilə iman arasındakı fərq barədə əlavə məlumat almaq üçün bax: “Qırx hədisin şərhi”, İmam Xomeyni, səh. 37; “Quranda əxlaq”, Misbah Yəzdi, səh. 140

[2] “Nəml” surəsi, ayə: 14

[3] “Əraf” surəsi, ayə: 175-176

[4] “Casiyə” surəsi, ayə: 23

[5] “Qəsəs” surəsi, ayə: 50. Bu barədə aşağıdakı ayələrə bax: “Əraf” 176, “Kəhf” 28, “Taha” 16, “Furqan” 43, “Sad” 26, “Məhəmməd (səlləllahu əleyhi və alih)” 16, “Nəcm” 23

[6] Aydındır ki, əgər dünya həyatı olmasa, axirət həyatı, behişt və cəhənnəm də olmayacaqdır. Dünya Allahın xəlq etdiyi varlıqlardan biri ünvanı ilə məzəmmətə layiq görülməməlidir. Əslində bu nemətdən düzgün istifadə edilməməsi məzəmmət olunur.

[7] “Yunis” surəsi, ayə: 7-8

[8] “Ənfal” surəsi, ayə: 67

[9] Şeytanın ümdə işi qəlbdə vəsvəsə yaratmaqdır: “Taha” surəsi, ayə: 120

[10] “Nəhl” surəsi, ayə: 63 , “Nəml” surəsi, ayə: 24

[11] “Nisa” surəsi, ayə: 120

[12] “Bəqərə” surəsi, ayə: 268

[13] “Əraf” surəsi, ayə: 27

[14] “Nisa” surəsi, ayə: 165

[15] “Əraf” surəsi, ayə: 96

[16] “Nisa” surəsi, ayə: 124

[17] “Şura” surəsi, ayə: 30

[18] “Bəqərə” surəsi, ayə: 114; Behişt və cəhənnəmin vəsfi barədə bax: Misbah Yəzdi, “Əqaid təlimləri”, 3-cü cild, səh. 90-91

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Üzüyün sağ ələ taxıması zəruridirmi?
    19339 Nizamlar hüquq və əhkam 2011/08/09
     Peyğəmbər (s) və imamların (ə) sünnələrindən biri də ələ üzük taxmaqdır. Rəvayətlərimizdə onun növü, quruluşu və şəkli haqda məlumat verilmişdir. Əlavə olaraq üzüyün sağ ələ taxılması rəvayətlərdə tövsiyə olunmuşdur. İslam dininin üzük taxmaq barədə bəyan etdiyi bütün hökmlər müstəhəb hökmlərdir. Yalnız kişilərin qızıl ...
  • Əgər iki elçi ola biri mömin tünd xasiyyət və başqası qeyri mömin yumşaq xasiyyətli, hansının üstünlüyü var?
    5754 Əməli əxlaq 2012/06/13
    Evlənmək işi bəşərin ən mühüm məsələlərindən biridir ki, xüsusi diqqət tələb edir. Ailənin möhkəmliyi üçün lazım olan şəraitlər və əsaslar iki hissəyə bölünür: O əsaslar və şəraitlər ki, dini kökü vardır ailəlik əsilliyi[1] kimi, imanlı olmaq, sədaqət, əmanətdarlıq, halal harama ...
  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    5378 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • İmamın məsum olması niyə zəruridir və imamın məsum olması necə məlum olur?
    7764 Qədim kəlam 2011/02/14
    Şiə əhli- sünnənin əksinə olaraq, bu dikirdədir ki, imam bütün işlərdə (vəhy məsələsindən başqa) Peyğəmbərlə eyni və ona uyğun olmalıdır. Buna əsasən, Peyğəmbərlə eyni və uyğun olmalıdır. Buna əsasən, Peyğəmbər kimi səhv və günahdan məsum olmalıdır. Necə ki, islam Peyğəmbəri (s) və digər ilahi Peyğəmbərlər belə olublar. Amma əhli- ...
  • Başqasının malından vəqf etməyin hökmü nədir?
    5776 Nizamlar hüquq və əhkam 2011/10/11
    Vəqf etmək o vaxt düzgün olar kivəqf edən özü sahib olduğu maldan vəqf etsin.[1] Nəticədə zorla aldadmaqla və nahaq başqalarından mal ilə verilmiş vəqf batildir vəqf edən o mala zamindir və boynunda həqqunnas var başqa sözlə desək bu vəqf etməklə boynundan həqqunnas götürülmür.
  • Səhraların yaranmasının fəlsəfəsi nədir?
    5797 Qədim kəlam 2012/04/09
    1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların ...
  • Pişiyin tükünün hökmü nədir?
    35882 Nizamlar hüquq və əhkam 2011/05/31
    Əgər sizin bu sualı verməkdə məqsədiniz, pişiyin tükünün fiqh nəzərindən hansı hökmü olmasıdırsa, onda deməliyik ki, heyvanların arasında, yalnız quruda yaşayan it və donuz nəcisdirlər.[1] Ona görə də, diri pişik və onun tükü pakdır. Bəli onun fərləsi[2] nəcisdir və bu hökm pişiyə ...
  • Ölü amma, hələ də dəfn olunmayan insanın qəbr sıxıntısı varmı? Ondan sual-cavab olunmur?
    5351 Qədim kəlam 2014/05/20
    Rəvayətlərin əksəriyytəində qəbr sözündən məqsəd bərzəx aləmidir. Qəbr sxıntısı, sorğu-sual, Nəkir və Münkirin cavabı, birinci qəbr gecəsindən insanın bu aləmdən Bərzəx aləminə köçməsi nəzərdə tutulur. Nəticədə, insanın dünyadan köçdüyü birinci gecəsi Bərzəx aləminin (qəbr) birinci günüdür. İnsanın bütün çətinlikləri. Sorğu-sual, əzab və sıxıntı və sair..birinci qəbr gecəsinə ...
  • Ehtiyaca yetişməyə səbəb olan ən təsirli nəzr hansıdır?
    5951 Nizamlar hüquq və əhkam 2011/07/02
    Ehtiyacların yerinə yetirilmə yollarından biri xüsusi qaydaları olan nəzr etməkdir. O cümlədən nəzrdə siğə oxunmalıdır. Amma ərəbcə olması lazım deyil. Məsələn əgər desə ki, nəzr edirəm əgər xəstəm sağalsa Allaha xatir yüz tümən fəqirə verəcəm, onun nəzri düzgündür. Nəzrin şərtlərindən biri budur ki, nəzr edən mükəlləf, ağıllı və öz ...
  • Гуран үч ҹәһәтдән мөҹүзәдир: а) сөз; б) мөвзу; в) Гураны ҝәтирән; бунларын һәр үчүнүн илаһи олмасына нә гәдәр дәлаләт едир?
    6524 Quran elmləri 2010/04/22
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162973 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155237 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117858 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109853 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99213 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91437 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53430 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45536 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43843 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43023 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...