Ətraflı axtarış
Baxanların
8276
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Yeni inqilabi nəğmələrə (pap) qulaq asmağın hökmü nədir?
Sual
İnqilabi nəğmələrə və mahnılara (müharibə marşları və nəğmələri) qulaq asmağın işkalı olmamasına diqqət yetirməklə yeni inqilabi ahənglərə və nəğmələrə (pap) qulaq asmaq haramdırmı?
Qısa cavab
Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин.
Ətreaflı cavab

Cavabda ilk növbədə mərcəyi-təqlidlərin bu barədəki fətvalarına nəzər yetiririk, sonra isə çox qısa şəkildə musiqinin haram olma səbəblərini araşdıracağıq.

Həzrət Ayətullah Xamenei:

“Əyyaşlıq, kef və əyləncə məclislərinə uyğun olan hər növ ləhv yönlü mütrib (tərb yaradan) mahnılar haramdır.”

Həzrət Ayətullah Fazil Lənkərani (r):

“Musiqi əgər mütrib, təhrik edici, ləhv və ləib (əyyaşlıq) məclislərinə münasib olarsa, haramdır. Bundan qeyri sürətlərdə eybi yoxdur. Efirə buraxılma mərkəzinin də hökmdə heç bir təsiri yoxdur.”

Həzrət Ayətullah Behcət (r):

“Əgər musiqi mütrib olsa, ona qulaq asmaq, eləcə də  alveri haramdır.”

Həzrət Ayətullah Safi Gülpayqani:

“Camaat arasında “musiqi” hesab olunan şeylərə qulaq asmaq, düzəltmək, öyrənib öyrətmək və onun alətlərinin alveri haramdır.”

Həzrət Ayətullah Məkarim Şirazi:

“Ləhv və fəsad ilə münasib olan bütün səslər və musiqilər haram, bundan qeyriləri isə halaldır. Onun (hansı növdən olması) ümumxalq ürfünə (nəzərinə) müraciət etməklə ayırd edilir.”

Həzrət Ayətullah Təbrizi (r):

“Əyyaşlıq və kef məclislərinə münasib olan ləhv yönlü musiqiyə qulaq asmaq caiz deyildir. Həmçinin ləhv yönlü musiqi alətlərinin hazırlanması, öyrədilməsi və alveri caiz deyildir.”

Həzrət Ayətullah Sistani:

“Əgər musiqi əyyaşlıq məclislərinə, ləhv-ləib (əyləncə) yönlü məclislərə münasib olmazsa, haram deyildir.”[1]

Deməli, ləhv-ləib, mütrib və əyyaşlıq məclislərinə münasib olan musiqi və ahənglərə (mahnılara) qulaq asmaq haramdır. Amma bunun nümunələrinin hansı növdən olmasının, yəni hər hansı xüsusi bir növ musiqinin, misal üçün “pap”ın haram musiqi növlərindən, yoxsa caizlərdən olmasının ayırd edilməsinə gəldikdə isə, bu iş mükəlləf şəxsin öz öhdəsinə düşür. Çünki musiqi ilə azacıq tanışlıqları olanlar mütrib, ləhv-ləib və əyyaşlıq məclislərinə münasib olan musiqi ilə ondan qeyrisini ayırd edə bilər.[2] 

Buna görə də hətta əgər inqilabi, hərbi marşlar və nəğmələr mütrib, ləhv-ləib və əyyaşlıq məclisləri ilə münasib olarsa, onlara da qulaq asmaq haramdır.

“Pap” adlı musiqi də bu qaydadan müstəsna deyildir; əgər onda ləhv-ləib və əyyaşlıq şeyləri varsa haramdır və ona qulaq asmaq caiz deyildir.

Amma mütrib, ləhv-ləib və əyyaşlıq məclisləri ilə münasib olan musiqilərdən qeyrisinin nə üçün haram olmadığına gəldikdə isə, bu, ayrıca bir məsələdir. Ümumi şəkildə demək olar ki, şəri hökmlər Allahın hikməti və elmi, eləcə də hər bir hökm ilə əlaqədar məsləhət və zərərin əsasında qərar verilir və bəyan olunur. Bundan da Allahdan başqa heç kəs agah deyildir. İnsanların ixtiyarında və imkanında olan şeylərlə əlaqədar hökmlər, onların (həqiqi səbəbi yox) fəlsəfə və hikmətinin cüzi bir miqdarıdır.

Musiqi ilə əlaqədar da bunu deyə bilərik ki, insanı hidayət, mənəvi yüksəliş, düzgün təfəkkür, normal və asudə həyat yolundan saxlayan amillər məcmuəsi, eləcə də insanda əsəb narahatçılığı yaradan, ruhunu sarsıdaraq müvazinət vəziyyətindən çıxaran, ağıl qüvvəsinin nöqsanına səbəb olan şeylər, habelə şəhvətin təhrik olunması, ötəri və süni xoşluqlar, bir sözlə, insanın gerçək həyatdan ayrılmasına səbəb olan bütün şeylər qadağan olunmuşdur.

İfratçı, ruhi həyəcan yaradan və ya ləhv-ləib, əyyaşlıq məclisləri ilə münasib olan musiqiləri dinləmək nəticəsində yaranan ruhi xəstəliklər və narahatçılıqlar xüsusunda çoxlu kitablar və məqalələr yazılmışdır. Onlardan bəziləri “musiqinin ruha və əsəb tellərinə mənfi təsiri” adı altında nəşr olunmuşdur ki, maraqlananlar həmin kitablara müraciət edə bilərlər.

Ləhvi-ləib və mütrib musiqilərə şamil olan məclislərin çoxlu digər mənfi təsirləri də vardır ki, burada onların hamısını sadalamağa imkan yoxdur.



[1] “Mərcəyi-təqlid və alimlərin nəzərindən yeni məsələlər”, Seyid Möhsün Mahmudi, 1-ci cild, səh. 53 və 54

[2] Musiqinin haramlığının fəlsəfəsi və dəlilləri ilə əlaqədar əlavə məlumat almaq üçün bax: Görünüş: “Musiqinin haramlığı və onun dəlilləri”, sual 932; “Musiqini dinləmək”, sual 1595; “Musiqinin haramlığı və fitrət”, sual 1078; “Musiqinin haram və halal olmasının dəlilləri”, sual 388

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar