İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir.
Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və cismi təmizliyə məxsus deyil. Əksinə onun mənəvi cəhətinə daha çox diqqət olubdur. Ona görə də, qusl qerbət qəsdi ilə yerinə yetirilməlidir. Əks halda, hətta əgər zahiri nəcasət də olsa və qusl ilə aradan getsə, o qusl düzgün deyil. Qeyd etməliyik ki, quslun vacib olması, qadının heyz zamanı nəcis olması mənasında deyil. Necə ki, kişilərdə cənabətli olmaq, nəcis olmağı çatdırmıq. Dəstəmazı batil edənlərdə də, dəstəmazla aradan aparmaq üçün, heç bir nəcis vücuda gəlmir.
Bildiyimiz kimi, İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Qurani kərim bu barədə buyurur: "... ما يُريدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ... "[1] Allah sizi çətinliyə salmaq istəməz, Lakin o sizi pak və təmiz etmək istəyir. Bu ayə ümumi bir qanun açıqlamaq istəyir. O qanun budur ki, İlahi hökmlər heç bir yerdə, çətinliyə salan formada olan bir vəzifə deyil. "... لا يُكَلِّفُ اللَّهُ نَفْساً إِلاَّ وُسْعَها..."[2] Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər.
Bu girişlə, qadınların qusl fəlsəfəsi barəsində deməliyik: Quslun, o cümlədən heyz quslunun hikmət və sirləri, zahiri paklıq və ytəmizliyə məxsus deyil. Əksinə onun mənəvi cəhətinə daha çox diqqət olubdur. Ona görə də, qusl qürbət qəsdi ilə yerinə yetirilməlidir. Əks halda, hətta əgər zahiri nəcasət də olub və qusl ilə aradan getsə, o qusl düzgün deyil. İslam nəzərindən, heyzli qadın möhdis yəni dəstəmaz və quslu olmayan insanın hökmündədir. Bu vəziyyətdə namaz və orucdan məhrumdur. Heyz, cənabət, yuxu, sidik və... kimi digər yerlərdə olduğu kimi, hədəsə səbəbdir ki, birinci: Bu qadınlara məxsus deyil və ikinci, qusl və dəstəmazla aradan gedir.
Amma bu İlahi vəzifədə hər şeydən daha əhəmiyyətli olan, quslun mənəvi fəlsıfəsidir. Allah- Taala quslu, dəstəmaz və təyəmmümü açıqlayandan sonra buyurur: Bu əmrin sirri oldur ki, siz pak olasınız.
" ولکنْ یُرید لِیُطهِّرکم"[3] İnsan nə qədər ki, pak olmayıb, pak olan Allaha yetişməz. Bu paklığı Allah- Taala sevir.
Əgər insan paklıq məsələsinə bir az diqqət edib və onun barəsində düşünsə, bu nəticəyə yetişəcək: Təharət məsələsinə bu qədər sifariş edən və insan həqiqətinin zahiri kimi olan paklığa bu qədər əhəmiyyət verən bir din, batinin təharətinə laqeyd yanaşmayıb və ona xüsusi əhəmiyyət verir.
Qeyd etməliyik ki, quslun vacib olması, qadının heyz zamanı nəcis olması mənasında deyil. Necə ki, kişilərdə cənabətli olmaq, nəcis olmağı çatdırmır.
Dəstəmazı batil edənlərdə də, dəstəmazla aradan qaldırmaq üçün, heç bir nəcis yaranmır.
Daha çox məlumat əhdə etmək üçün, aşağıdakı cavabları oxuyun:
Quslun fəlsəfəsi, 13736 (sayt: 13450).
Fiqhi hökmlərin hikmət və fəlsəfəsi, 8593 (sayt: 9135).
İslamda yaşayış mühitinin təmizliyi və onu qorumaq, 333 (sayt: 320).
[1] - Maidə surəsi, ayə 6.
«يا أَيُّهَا الَّذينَ آمَنُوا إِذا قُمْتُمْ إِلَى الصَّلاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَ أَيْدِيَكُمْ إِلَى الْمَرافِقِ وَ امْسَحُوا بِرُؤُسِكُمْ وَ أَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ وَ إِنْ كُنْتُمْ جُنُباً فَاطَّهَّرُوا وَ إِنْ كُنْتُمْ مَرْضى أَوْ عَلى سَفَرٍ أَوْ جاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغائِطِ أَوْ لامَسْتُمُ النِّساءَ فَلَمْ تَجِدُوا ماءً فَتَيَمَّمُوا صَعيداً طَيِّباً فَامْسَحُوا بِوُجُوهِكُمْ وَ أَيْديكُمْ مِنْهُ ما يُريدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَ لكِنْ يُريدُ لِيُطَهِّرَكُمْ وَ لِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ»
Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərlə (birgə) yuyun. (yaş əlinizlə) başınızın bəzi hissəsini və hər iki bəndə qədər ayaqlarınızı məsh edin. Əgər cünub olmuşsunuzsa, paklanın (qusl edin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanızx, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin o sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istəyər ki, bəlkə, şükür edəsiniz".
[2] - Bəqərə surəsi, ayə 286.
[3] - Həmin.