Müqəddəs İslam dinindən öncə bu məsələnin insanlar arasında heç bir əhəmiyyəti yox idi və insanlar bu məsələ üçün konkret olaraq heç bir qanun fikirləşməmişdilər. Yəni hər kəs ürəyi istəyən qədər ərə gedə bilər və evlənə bilərdi. Amma İslam dini, insan həyatının zəruri qanunları çərçivəsində bəzi məsələləri ağır şərtlərlə qanunlaşdırdı. İslam dininin qanunları insanların istedadları və ehtiyacları çərçivəsində hər bir qanunun icrasını tələb edir. Çünki insan həyatında aşğıdakı qeydlər inkar olunmazdır:
1). Kişilər həyatın müxtəlif hadisələri nəticəsində qadınlarla müqayisədə daha tez canlarını itirirlər. Xüsusən də döyüş zaman ilk canın qurban verən məhz kişilərdir.
2). Kişilərin cinsi istəkləri qadınlarla müqayisədə uzun sürür.
3). Qadınlar heyz (aybaşı) və hamilə olarkən onlarla yaxınlıq etmək olmaz. Bir halda ki, kişilər üçün belə qadağa yoxdur.
4). Bəzi qadınlar müxtəlif hadisələr səbəbi ilə öz kişilərini itirirlər. Əgər kişilər üçün bir neçə qadın almaq icazəsi olmasaydı öz ərlərini itirmiş qadınlar gərək ömürlərinin sonuna kimi ərsiz qalsınlar.
Bu səbəblər qadın və kişi həyatının nizamının pozulmasına səbəb olur: Bunun üçün də ictimai sağlamlığın qorunması üçün aşağıdakı üç yoldan birini seçmək məcburiyyətində qalırıq.
A). Kişilər bir qadınla evlənməli və dul qadınlarda ömürlərinin sonuna kimi ərə getməməlidirlər. Həmçinin öz daxili istəklərini də boğmağa çalışmalıdırlar.
B). Kişilər yalnız bir qadınla evlənməli və digər subay və ərsiz qadınlarla qeyri qanunu sevişməlidir.
C). O kəslər ki, bir qadından artıq bir neçə qadın da saxlamağa oul cism, (övladlar və qadınlar arasında ədalət) baxımından hər bir məsələyə riayət etməyə qüdrətləri çatır evlənməyə icazələri vardır.
Müqəddəs İslam dini bu üç yoldan üçüncüsünü seçib məsləhət bilmişdir. Amma qadınların da bu hüquqdan istifadə etməmək məsələsini belə izah edir:
Birincisi neçə ərlilik insanın təbiətin ziddinə olan bir məsələdir.
İkincisi belə olan halda gigiyena məsələri tam pozulur və gələcək nəsli xəstəlik təhdid edir.
Üçüncüsü bu minvalla nəsillərin tanınması aradan gedir.
İslam dinindən öncə ərəb ictimaiyyətin araşdırsaq ailə məfhumunun insanlar arasında heç bir məna kəsb etmədiyinin şahidi olarıq. Yəni evlənmək və ərə getmək məsələlərinin sıfr dərəcəsində olduğunu müşahidə edərik. Belə ki, evlənmək və ərə getmək məsələsi heç bir qanun çərçivəsində məhdudlaşmırdı. Amma İslam dini zühur edəndən sonra bütün bu məsələlər dinin ağır qanunları çərçivəsində müəyyən şərtlərlə icraya qoyuldu. Yəni bütün istəklər insanlara zəruri olan qədər icazə verildi.
İslam dininin qanunları insanların ehtiyacları əsasındadır. Əgər bütün ictimai məsələləri diqqətlə nəzərdən keçirsək və hisslərimizi kənara qoysaq kişilərin çoxevlilik məsələsi aydınlaşar.
Kişilərin bütün ictimai və xətərli hadisələrlə üz- üzə qalması və bəzilərinin bu hadisələrdə həyatlarını itirməsi inkar olunmazdır. Yəni ictimaiyyətin əsas qurbanlarını təşkil edən kişilərdir.
Həmçinin kişilərin cinsi istəklərinin qadınlardan çox olması aydın məsələdir. Həmçinin qadınlar müəyyən yaş həddinə çatdıqda cinsi hazırlıqlarını itirirlər. Bir halda ki, kişilərdə belə deyildir.
Həmçinin qadınların heyz zamanı və hamiləlik dövürlərinin bir müddəti kişilər üçün qadağandır. Yəni kişilər bu müddət ərzində qadınlara yaxınlaşa bilməzlər. Amma kişilər üçün bu hallar baş vermir.
Bunlardan əlavə bəzi qadınlar həyatın müxtəlif hadisələri nəticəsində öz həyat yoldaşların itirirlər. Əgər kişilərə bir neçə qadın almaq icazəsi verilməsə, bu qadınlar ömürlərinin sonuna kimi subay qalmaq məcburiyyətində qalmalıdırlar.
Əgər bunları nəzərə almasaq ictimai nizam pozular və fəsadın qarşısını almaq mümkün olmaz.
Bu səbəbdən də aşağıdakı seçimlərdən birini seçmək ona əməl etmək məcburiyyətində qalırıq.
A). Kişilər yalnız bir qadınla evlənməli və dul qadınlar da ömürlərinin sonuna kimi ərə getməlidirlər. Bununla yanaşı öz cinsi istəklərini həbs etməlidirlər.
B). Kişilər yalnız bir qadınla kifayətlənməli və ərsiz qadınlarla qeyri qanuni şəkildə sevişməlidirlər.
C). Amma o kəsin ki, bir qadından artıq bir neçə qadınında saxlamaq imkanı var ona bu işi yerinə yetirmək imkanı verilir. Amma bu məsələdə cism və sərvət cəhətindən kişinin qüdrətli olması əsas şərtdir. (Həmçinin əxlaq və insanlıq dəyərləri də öz yerində olmaq şərti ilə). Bundan əlavə qadınların və uşaqların arasında ədalətin bərpa olunması və buna əməl olunması əsas şərtlərdən sayılır.
Əgər birinci yolu seçsək insanların ruhi və cismi istəkləri ilə mübarizəyə hazır olmalıyıq. Həmçinin bu mübarizədə qadınların bütün hislərini ayaq altda qoymalıyıq. Amma bunu da qeyd edək ki, mübarizədə heç kəs qalib deyil. əgər bunun mümkünlüyünü təsəvvür etsək insanlıq dəyərlərindən xaric əməl etməyimiz də gizlin deyildir.
Əgər bir neçə qadın almaq zəruri hala çevrilərsə bu yerdə birinci qadın, ikinci qadın məsələsi önə gəlir. Bu elə bir məsələdir ki, tərəf müqabil mövcud olan şəraitdə düzgün hökm etməlidir.
Amma ikinci yolu seçəriksə bu zaman ictimai fəsadın nə yerdə olcağını da düşünməliyik. Yəni ictimai pozğunluğu rəsmən tanımalıyıq. Bundan əlavə sevgili ünvanında istifadə olunan qadınların nə təminatı vardır, nə də gələcəkləri. Əlbəttə bu elə bir məsələ deyil ki, aqil insan bunun mümkünlüyünə imza çəksin.
Bu iki yoldan sonra ümid üçüncü yola qalır. Üçüncü yolda həm qadınların daxili istəklərinə (ehtiyaclarına) müsbət cavab verilir, həm də ictimai fəsadın qarşısı tamami ilə alınır. Yəni ictimaiyyət günahın ağuşundan nicat tapır.[1]
Qərb aləminin heyvanlara məhəbbət göstərməsinin əsas sirri də bundadır. Nəinki, onlarda insanlıq hissi daha güclüdür. Sizin nəzərinizə tarix boyunca insanları vəhşicəsinə qətlə yetirən insanlarda belə hissin olması mümkündürmü?
Amma "nə üçün qadınlara çox ərlilik olmaz"? Sualına belə cavab veririk ki:
1). Bu qadının psixologiya və təbiətinə uyğun bir istək deyildir. Psixoloji baxımdan qadın və kişinin yaradılışında ümdə fərqlərdən biri də bu məsələdir. Psixoloqların nəzərinə əsasən qadınlar "təkərliyi" daha çox sevirlər. Qadınlar zatən bir ərin himayəsi altında yaşamağa daha çox üstünlük verirlər. Amma kişilər tam bu məsələnin əksinə əməl edirlər. Yəni kişilər "çoxarvadlılığı" daha çox sevirlər. Bu səbdən də İslam dini bütün qanunlarını insanların təbiətinə uyğun olaraq ölçüb- biçmişdir.[2]
2). Əgər bu məsələ mümkün olsa gələcək nəslin sağlamlığı təhlükədə olacaqdır.
3). İnsanları tanımaq və nəsilləri ayırmaq mümkün olmayacaqdır. Bundan əlavə bütün ailə, qohumluq və nəsil dəyərləri aradan gedəcəkdir. Çünki, ailə, övlad sevgisi o vaxt öz dəyərini tapır ki, ailədə hamının kimliyi aydın olsun. Amma belə olan halda hamı ailədə bir- birinə şəkk edər və ailədə olan uşaqların kimliyidə aydın olmaz. Bir halda ki, ata və ya ana bilmir ailədə olan uşaq kimindir, sizcə ona məhəbbətlə yanaşarlarmı?[3]
Bütün bu məsələlər və İslam dininin bu yolda düzgün qərar verməsi bu müqəddəs dinin sirlərindəndir.
Bu səbəbdən də kişilərə çox evlənməyi məsləhət bilmiş və qadınlara bunu qadağan etmişdir.
[1] - Bax: Məkarim Şirazi, Nümunə təfsiri, cild 3, səh 256- 260. Mürtəza Mütəhhəri, Məcmueye asar, cild 19- səh 357- 361. Təfsire əl- mizan, cild 4, səh 319.
[2] - Mürtəza Çütəhhəri, Məcmueyi asar, cild 19, səh 302.
[3] - Bax: Mürtəza Mütəhhəri, Nizam hüquqi zən dər İslam, Cavad Amuli, Abdullah, Zən dər ayineye cəlal və cəmal, Təba- təbayi, seyyid Mühəmməd Hüseyn, Təfsir əl- mizan, cild 4.