Please Wait
17482
- bölüşdürülməsi
Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur.
Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:
Kişilər üçün hətta suvarılma nəticəsində rəngi ağarsa da qızıldan istifadə etmək, məsələn, sinəyə qızıl zəncir (boyunbağı, sep) asmaq, ələ qızıl üzük taxmaq, qola qızıl saat bağlamaq və s. haram və onlarda namaz qılmaq batildir. Lakin platindən olan şeylərdən istifadə etməyin eybi yoxdur.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Kişilər üçün qızıl ilə zinətlənmək hər rəngdə olsa (hətta ağ qızılla) belə, caiz deyildir və onunla namaz qılmaq batildir. Lakin başqa bir filiz olan platindən istifadə etməyin eybi yoxdur.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər həqiqi mənada qızıl olsa, amma rəngi ağarmış olsa, caiz deyildir. Amma əgər başqa bir filiz olan platin olsa və (sadəcə) adı ağ qızıl olsa, eybi yoxdur.
Ayətullah Hadəvi Tehraninin (damət bərəkatuh) bu suala cavabı belədir:
Kişilər üçün zinət məqsədi ilə qızıldan hər növ istifadə haramdır, istər nişan üzüyü olsun, istər boyunbağı, hətta saatın bağının örtüyü olsa belə. Ağ qızıl da elə həmin adi qızıl olsa, belə ki, sarı qızılla eyni qiymətdə olan və həqiqətdə suvarıldığına görə üzünün rəngi dəyişilən sarı qızıldırsa, kişilər üçün haramdır. Amma əgər az qızıl dedikdə məqsəd adi qızıldan baha olan platindirsə, kişilər üçün ondan istifadə etmək halaldır.