Ətraflı axtarış
Baxanların
52451
İnternetə qoyma tarixi: 2012/07/24
Sualın xülasəsi
Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
Sual
Salam. "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir? Onu öyrənmək istəyirəm
Qısa cavab

"Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".

Allah hamının duasını (şərait hazır olduqda qəbul etsə də, lakin ayədə "muztər" (çətinliyə düşən) kəlməsinə söykənilibdir. Ona görə ki, duanın qəbul olma şərtlərindən biri budur ki, insanın ümumiyyətlə səbəblər aləmindən gözün çəkib və bütün qəlb və ruhunu Allahın ixtiyarında qoyub, hər şeyin ona aid olduğunu qəbul edib və hər bir çətinliyin onun əli ilə həll olduğunu bilməlidir. Bu idrak çətinliyə və sıxıntıya düşən zaman baş verir. Belə bir hal bəzi şəxslər üçün, çətinlik olmayan yerdə də, olsa da, lakin ümumi camaat belə deyildirlər. Bəli, əgər insan belə bir mərhələyə çatsa, duanın qəbul olmasının ən mühüm şərtini hazırlamışdır.

Ətreaflı cavab

"Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- cu ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman, onun duasını qəbul buyuran".

İzahı belədir ki, İmam Baqir və İmam Sadiq (ə) bu ayənin izahında buyurublar: Müztərri qəbul edən Allah. Yəni çətinlik və sıxıntıların çoxluğundan Allaha sığınan şəxsi narahat edən hər nəyi aradan qaldırır.[1]

Allah hamının duasını (şərtlər hazır olduqda) qəbul etsə də, lakin yuxarıdakı ayədə, xüsusiylə "müztər" kəlməsinin üzərinə söykənilibdir. Ona görə ki, duanın qəbul olma şərtlərindən biri odur ki, insanın səbəblər aləmindən tamamilə gözünü yumub, bütün qəlb və ruhunu Allahın ixtiyarına qoymalı, hər şeyin ona məxsus olmasını bilib və hər bir çətinliyin onun əlilə həll olunmasını qəbul etməlidir. Buna idrak və baxış çətinliyə düşən zaman baş verir. Belə bir hal bəzi şəxslər üçün, çətinlik olmayan halda da olsa da, lakin ümumi insanlar belə deyildirlər.

Aləm, səbəblər aləmi olsa da, mömin bu sahədə əlindən gələni edir, amma heç vaxt səbəblər aləmində azmaz. Hər şeyi onun pak zatından bilir. Səbəblər pərdəsinin arxasında "səbəblər səbəbinin" zatını görür və hər şeyi ondan istəyir.

Bəli, əgər insan bu mərhələyə çatsa, duanın qəbul olmasının ən mühüm şərtini hazırlamışdır.

Maraqlısı budur ki, rəvayətlərin bəzisində bu ayə həzrət Məhdi (əc)- in qiyamı mənasına təfsir olunubdur. Rəvayətlərin birində İmam Baqir (ə) buyurur: "Allaha and olsun, sanki mən (Məhdi (ə)- ni görürəm ki, arxasını həcərül- əsvədə (qara daş) söykəyib və öz haqqına xatir Allahı çağırır. Sonra buyurdu: And olsun Allaha, müztər Allah kitabında "əmmən yucfibul- muztər" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ ...» ayəsində, odur. Digər bir hədisdə İmam Sadiq (ə) buyurur: "Bu ayə ali- Məhəmməd (ə)- dan olan Məhdi (əc) barəsində nazil olub. Allaha and olsun müztər odur. İbrahimin məqamında iki rükət namaz qılandan sonra, Allah dərgahında dua edən və Allah onun duasını qəbul edər, narahatlıqlarını aradan qaldırır və onu yer üzünün xəlifəsi qərar verər".[2]

Əlbəttə, məlumdur ki, bu təfsir ayənin mənasını yalnız Məhdi (əc)- in mübarək vücuduna məxsus etmək istəmir, əksinə ayənin geniş mənası vardır və onun aydın xarici mənalarından biri, Məhdi (əc)- nin vücududur. Fəsadın hər yeri bürüdüyü, qapıların bağlandığı, bıçaq sümüyə dirəndiyi və insanların çətin çıxılmaz bir vəziyyətə düşdüyü zaman, dünyanın hər yerində müztər (çıxılmaz və sıxıntı) halı özünü göstərər. O zaman yer üzünün ən müqəddəs nöqtəsində dua edər və sıxıntıların aradan getməsini istəyir. Allah bu duanı onun dünyəvi müqəddəs inqilabının başlanğıcı qərar verər və «وَ يَجْعَلُكُمْ خُلَفاءَ الْأَرْضِ» "və yəcəələkum xuləfaəl- ərz"[3] ayəsinə əsasən, onu və onun əshabını yer üzünün xəlifəsi qərar verər.[4]

Sonda bir məsələni xatırlarmaq zəruridir.

Böyük şəxsiyyətlərin bir dəstəsi, yaxşı olar insan çətinliyə düşən zaman bu ayəni oxusun[5] buyursalar da və ümumi camaatın dilində bu ayəyə dua kimi baxsalar da, lakin daha çox diqqət etdikdə görürük ki, bu ayə duaya bənzəmir.

Ona görə də, İmamlarımız bu ayədən dua kimi istifadə etmək istədikdə belə oxuyurdular:

«يَا مَنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء َ ارْحَمْنِي وَ اكْشِفْ مَا بِي مِنْ غَمٍّ وَ كَرْبٍ وَ وَجَعٍ وَ دَاء»[6]

(Ey çətinliyə düşənin (müztər) duasını qəbul edib və sıxıntıları aradan qaldıran, mənə rəhm et və mənim bütün narahatlıq, kədər, qəm, dərd və əziyyətimi aradan qaldır!)

 


[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 68, səh 118, vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

[2] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 51, səh 48

[3] - Nəml surəsi, ayə 62

[4] - Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 15, səh 520- 522. Naşir: Darul- kutubul- İslamiyyə, çap Tehran, çap birinci, 1374 hicri şəmsi.

[5] - Haci Mirzə Cavadağa, Mələki Təbrizi, Əl- muraqibat, səh 261

[6] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 92, səh 103

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İnsanın cinlə əlaqədə olması mümkündürmü?
    12543 Qədim kəlam 2011/04/14
    Qurani- məcid cinin olmasını təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır: Cin oddan yaranmış bir varlıqdırş. Əksinə insan isə torpaqdan yaranmışdır.[1] Elm, idrak, haqqı ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6347 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Hansı şeylər namazı batil edir?
    16077 Nizamlar hüquq və əhkam 2012/02/12
    12 şey namazı batil edir ki, onlara namazın mübtilatı deyirlər.1.             Namazın əsnasında onun şərtlərindən hər hansı birinin pozulması.2.             Namaz əsnasında dəstəmazı və ya qüslü batil edən şeylərin baş verməsi.3.            
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    6856 Qədim kəlam 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • İslam və imanın şərtləri nədir?
    16857 Nizamlar hüquq və əhkam 2011/10/03
    İman və islam müəyyən dərəcələrə malikdir.. Birinci dərəcə islamdır. Şəhadəteyni yəni, “ La İlahə İlləllah və əşhədu ənnə Məhəmmədən Rəsulullah”«اشهد أن لا اله الا الله" و اشهد أنّ محمداً رسول الله»deyən hər bir insan müsəlman hesab olunur və islam əhkamı ona aid edilir. Bədəni pak ...
  • Alimlərin nəzərincə siqaret çəkmək haramdırmı?
    15208 Nizamlar hüquq və əhkam 2011/09/06
    İslam dini insan sağlamlığına zərər vuran bütün yeyinti və içki məmulatlarını, habelə zərərli şeylərin istifadəsini qadağan etmişdir. Belə ki, zərərli olan şey daha təkidlə qadağan, zərərvermə baxımından üstün dərəcədə olanlar isə haram edilmişdir. Mərhum İmam Xomeyni (r. ə.) buyurmuşdur: "İnsana zərər verən şeylərin yeyilməsi haramdır."
  • Suyun baha olduğu şəraitdə cənabət qüslü üçün nə etmək lazımdır?
    5908 Nizamlar hüquq və əhkam 2011/09/12
    Cənabət qüslü öz-özlüyündə müstəhəbdir, lakin namaz qılmaq və bu kimi işləri yerinə yetirmək üçün vacib olur.[1] Amma əgər qüsl üçün su əldə olunması çox baha olsa və iqtisadi cəhətdən sizə çoxlu zərər vursa və ya dözülə bilməyəcək məşəqqət yaradarsa və ya ...
  • İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
    5567 Nizamlar hüquq və əhkam 2012/02/15
    Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq ...
  • Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
    9255 Quran elmləri 2011/11/24
    Quranın beş surəsindən hər biri bir heyvanın adı ilə bağlıdır: 1 - “Bəqərə” surəsi (dişi inək), 2 - “Nəhl” (bal arısı), 3 - “Nəml” (qarışqa), 4 - “Ənkəbut” (hörümçək) və 5 – “Fil” surəsi.[1]
  • “Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?
    6901 Təfsir 2012/07/22
    Bu şərif ayədə gələn الْمُقْتَسِمِينَ “əl-müqtəsimin” kəlməsi “ayrılıq salanlar və bölənlər” mənasınadır. Bu ayənin şəni-nüzulu (kimlərin barəsində nazil olması) ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir: 1. Kafir başçılar; belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164313 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161834 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119348 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112798 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    108703 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93365 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54598 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    52461 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45628 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45258 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...