Please Wait
7279
Həzrət Zəhranın (sa) evinin ömər tərəfindən yandırılması və fədəyin Əbubəkr tərəfindən qəsb olunması peyğəmbərin (s) vəfatından çox az müddət sonra baş vermişdir. Amma bunların hansı birinin daha tez olması barəsində onu qeyd etmək istəyrəm ki, həzrət Zəharın (sa) evinin Ömər tərəfindən atəşə verilməsi əhli- sünnət tarix kitablarında qeyd edilmişdir:
«... ثم إن أبا بكر بعث عمر بن الخطاب إِلى علي و من معه ليخرجهم من بيت فاطمة رضي الله عنها، وقال: إِن أبوا عليك فقاتلهم. فأقبل عمر بشيء من نار على أن يضرم الدار، فلقيته فاطمة رضي الله عنها و قالت: إِلى أين يا ابن الخطاب؟ أجئت لتحرق دارنا؟ قال: نعم، أو تدخلوا فيما دخل فيه الأمة...»
“Əbubəkr Öməri və onunla olanalrı Əlinin üzərinə göndərdi ki, onları fatimənin (sa) evindən çölə çıxartsinlar. Ona belə dedi: Əgər onlar səninlə müxalifətçilim etsələr onlarla döyüş! Ömər özü ilə atəş aparırdı və Fatimənin (sa) evini yandırmaq üçün evə tərəf yönəldi! Sonra Fatimə ilə üzbəüz gəldi. Fatimə ondan soruşdu: ey Xəttabın oğlu hara gedirsən? Bizim evimizi yandırmaq üçün gəlmisən? Ömər dedi: Bəli, ya camaatın qəbul etdiyini (Əbu bəkrin xilafətini) qəbul edərsiniz ya da...”[1]
Həmçinin fədəyin qəsbinin vaxtı barəsində qeyd edilmişdir:
«عَنْ حَمَّادِ بْنِ عُثْمَانَ، عَنْ أَبِي عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ قَالَ: لَمَّا بُويِعَ أَبُو بَكْرٍ وَ اسْتَقَامَ لَهُ الْأَمْرُ عَلَى جَمِيعِ الْمُهَاجِرِينَ وَ الْأَنْصَارِ، بَعَثَ إِلَى فَدَكَ مَنْ أَخْرَجَ وَكِيلَ فَاطِمَةَ بِنْتِ رَسُولِ اللّه مِنْهَا»
“Camaat Əbubəkrə beyyət etdikdən sonra o bütün mühacir və ənsara hakim oldu. Bir nəfəri fədəyə tərəf göndərdi ki, həzrət Zəhranın (sa) vəkilini ordan çıxartsın.”[2]
Bu mətnlərdən aydın olur ki, fədəyin qəsb edilməsi evin yandırılmasından sonra bir neçə gün ara ilə baş vermişdir. Fədək hadisəsi barəsində daha atıq məlumat üçün “sual 3425 (sayt: 4214), göstərici: “Həzrət Əlinin övladlarına onun xilafəti dövründə fədəyin qaytarılması”- na müraciət edin.
[1] - Əbul Fəda, əl- muxtəsru fi əxbaril bəşər (tarixun Əbul fəda), cild 1, səh 107, əxbaru əbi Bəkril Siddiq və xilafətuhu. İbn Əbd Rəbə, əqdil fərid, cild 2, səh 73 (adres: məktəbul şamilə nərm əfzarı)
[2] - Bəharul ənvar, cild 29, səh 127, hədis 27, (məcəmi mozui bəharul ənvarın nsxəsi).