Please Wait
Baxanların
45070
45070
İnternetə qoyma tarixi:
2007/01/04
Saytın kodu
fa627
Arxiv kodu
55548
- bölüşdürülməsi
Sualın xülasəsi
Müvəqqəti evlənməinin sözləri nədir?
Sual
Müvəqqəti evlənməkdən ötrü siğənin oxunmasında qeyri-ruhanidən istifadə etmək olarmı və onun şəraiti nədir?
Qısa cavab
Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır:
1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır.
2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər qadın və kişinin özləri ərəb dilində dəqiq və düzgün ləhcədə oxuya bilməsələr, hər hansı dildə də olsa bu əqdin sözlərin inşa niyyəti ilə oxuya bilərlər və əqd düzgündür. Vəkil tutmağa də ehtiyac yoxdur. Amma, elə sözlər deyilməlidir ki, “zəvvəctu” (qadın: özümü fulan kişinin əqdinə gətirirəm) və “qəbultu” ( kişi: qəbul etdim) mənalarını özündə izhar etdirib çatdıra bilsin.
3.Əgər qadın və kişi qeyri-daimi (müvəqqəti) əqd oxumaq istəsələr, əqdin müddətini və mehriyyəsinin təyin etdikdən sonra qadın desə ki: “zəvvəctukə nəfsi fil-müddətil-məlumətə ələl-məhril-məlum” – mən özümü müəyyən müddətdə və təyin olunmuş mehriyyə ilə sənin həyat yoldaşın olmağa gətirdim.” Və fasiləsiz olaraq, kişi: “qəbultu” – desə (qəbul etdim) əqd düzgündür. Yaxud özləri bunu deyə bilməslər hər ikisi vəkil tutur və qadının vəkili: “məttətu müvəkkiləti müvəkkiləkə fil-müddətil-məlumə ələl-məhril-məlum” və kişinin vəkili dərhal: “qəbultu li müvəkkili hakəza” – desə yenə də bü əqd düzgündür.
4. Mehriyyənin təyin olunması və əqd zamanı adının çəkilməsi;
5.Kişi və qadın va yə onların vəkilləri əqd oxuyarkən bu evlənmənin inşasının niyyətini etməlidirlər. Yəni, əgər əqdi qadın və kişi özləri oxuyarlarsa, qadının “zəvvəctukə nəfsi” deməkdən məqsədi bu olsun ki, mən özünü sənin həyat yoldaşın qərar verdim və kişi də dərhal “qəbultu” – qəbul etdim deməsi və niyyəti kifayət edər ki, əqd düzgün olsun.
6. Müvəqqəti əqd oxuyan hədd buluğa yetən və aqil olmalıdır;
7.Əgər əqdi qadının və ya kişinin vəkili yaxud himayətçisi oxuyarsa, əqd oxuyarkən qadın və kişini niyytəində dəqiq təyin etməlidirlər;
8.Həddi buluğa çatmış və rəşidə qız; yəni, öz məsləhətini müəyyən etməyi bacaran qız, ərə getmək istəsə; əgər bakirə olsa, atasından və ya ata babasından icazə almalıdır. Amma, əgər bakirə olmasa və bakirəliyi qabaqcadan ərə getmək vasitəsi ilə aradan gedərsə, bu halda icazə almağa ehtiyac yoxdur.
9. Müvəqqəti (daimi əqd də eyni ilə) əqd etmək istəyən qadın, əqd zamanı başqasının əqdində olmamalı, həmçinin müvəqqəti və daimi əqdin iddə yəni, gözələmə halında da olmamalıdır;
10. Qadın və kişi bu evlənməyə (müvəqqəti və ya daimi) razı olmalı, zor, məcbur və ikrahla evlənməməlidirlər.[i] Əlbəttə, başqa şəraitlər də var ki, onadan ötrü fiqh və şəriət məslələrinin izahı kitablarına müraciət etmək lazımdır.[ii]
Nəql olunmuş məslələr mərhum ayətullah Xumeyninin fətvalarına əsaslanır. Digər müctehidlərdə ola bilsin məsələlərdə azca fərqlər də olsun. Ona görə də əgər sual edən şəxs ayətullah Xumeynidən təqlid etmirsə, yenidən təqlid etdiyi müctehidin nəzərini bilmək məqsədi ilə bizə müraciət edə bilər.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız