Please Wait
10458
Şiə və sünni mənbələrinin hamısı bu fikirdə yekdildirlər ki, İmam Zaman (ə) zühuru, bu zühur üçün zəmin hazırlayan hərəkatdan sonra baş verəcəkdir. Bu hərəkatda İrandan olan qara bayraq sahibləri onun hakimliyinin müqəddiməsini hazırlayarlar.[1] İranlıların zəmin hazırlayan hökuməti müəyyən olunmuş iki mərhələyə ayrılır:
1. Onların hərəkatının başlanğıcı Qum əhlindən olan bir kişinin əli ilə baş verər ki, ola bilər onun hərəkatı zühurun başlanğıcına səbəb olsun, çünki rəvayətdə vardır ki, O həzrətin (ə) hərəkatının başlanğıcı məşriq tərəfindəndir.[2]
2. İranlılar arasında vəd edilmiş iki şəsiyyətin, seyyid Xorasani və Şüeyb ibn Saleh adına onun qoşun komandırinin zühuru.[3]
Bəyan olunduğu kimi Qumdan bir kişinin qiyam etməsi, zühur haqqında olan rəvayətlərdəndir. Rəvayət belədir:
«...عَنْ عَلِیِّ بْنِ عِیسَى عَنْ أَیُّوبَ بْنِ یَحْیَى الْجَنْدَلِ عَنْ أَبِی الْحَسَنِ الْأَوَّلِ ع قَالَ رَجُلٌ مِنْ أَهْلِ قُمَّ یَدْعُو النَّاسَ إِلَى الْحَقِّ یَجْتَمِعُ مَعَهُ قَوْمٌ کَزُبَرِ الْحَدِیدِ لَا تُزِلُّهُمُ الرِّیَاحُ الْعَوَاصِفُ وَ لَا یَمَلُّونَ مِنَ الْحَرَبِ وَ لَا یَجْبُنُونَ وَ عَلَى اللَّهِ یَتَوَکَّلُونَ وَ الْعاقِبَةُ لِلْمُتَّقِینَ»[4]
İmam Kazim (ə) buyurub: Qum əhlindən bir kişi camaatı haqqa tərəf çağırar, iradə və imanları dəmir parçaları kimi möhkəm olan bir dəstə onun ətrafında toplaşarlar. Onları, dəhşətli küləklər və tufanlar öz yerlərindən tərpədə bilməz, döyüşdən yorulmaz və geri çəkilməzlər, Allaha təvəkkül edərlər və müttəfiqlərin yaxşı aqibəti olar.
Buna əsasən zühur üçün çətin hazırlanmasında İranlıların rolu inkar edilməzdir. Daha çox mütaliə və məlumat əldəetmək üçün ustad Əli Kuraninin yazdığı Zühur əsri kitabına müraciət edə bilərsiz.