Please Wait
5569
İslam nəzərində musiqi və oxumaq ki, bir növ hesab olunur haramdır yeni oxuyub icra etmək, qulaq asmaq və ona pul verib oxutdurmaq haramdır. Bu növdə olan musiqiçilər istər qadın istərsə də kişi məclislərində və yaxud ad günlərində olsun heç bir fərqi yoxdur. Ğinadan məqsəd o musiqidir ki, səsi ucaldaraq zildə və ya bəmdə oxumaq deməkdir ki, insanda oyanmaq əhvalı yaradıb kef məclislərində uyğundur.
Haram ğinada, xanəndəliklə vəsf aradında ki, şer və nəsr kimi oxunur, və ya Quran kimi haqq söz, dua və batil söz arasında fərq yoxdur. Yalnız bir yerdə istisna olunmuşdur[1] ki, qadın məclisində qadının oxumasıdır. Vacibdir ki, toy gecəsində belə ehtiyata riayət olunsun: İstər ilk gecədən əvvəl istərsə də sonra olsun nəin ki, toy məclisində haramdır bəlkə kişilər məclisində tamamıyla haramdır.[2]
Ayətullah Xamineyi bu barədə buyurur:
Musiqi alətindən kef məclislərində istifadə etmək (caiz) deyil; icazə verilmir. Amma toy məclislərində nəzərə çarpmır ki, qadınların oxumasına icazə verilsin.[3]
[1] - Məlumdur ki, bu məsələdə öz müctəhidinə müraciət etsin. Aşağıda qeyd olunan nəzəriyyə mərhum İmam Xumeyninin (rəh) və Ayətullah Xamineyinin nəzəriyyəsidir.
[2] - Nicatul- ibad (İmam Xumeyni) Mutaliate- Muhərrəmə, səh 222, məsələ 9.
[3] - Tozihul- məsail (Əl- məhşi- lil imam əl- Xumeyni) cild 2, musiqi və ğina, səh 962, sual 1134. Toy məclislərində qadının dəf (nağara) ifa etməsinin hökmü nədir?