Please Wait
5813
Bu ayə, islamda rüşvətin haram olmasına dəlalət edən ayələrdən biridir. Bu bəyanla ki:
1.Lüğət cəhətdən “soht” sözü bir şeyin aradan getməsi, məhv olması və kökündən qopardılmasına deyilir. Haram isə bəzi cəhətlərdən məhv və həlakətin ardınca olmaq, bərəkətin olmaması, mürüvvətin olmaması ... və s.. “soht” ünvanı ilə də adlandırılır. Rəvayətlərə əsasən, isə rüşvət də haram olub, sohtin mənalarından biridir. Deməli. soht sözü hər hansı haram qazanca və halal yolda istifadə olunmayan mala deyilir. Beləliklə, soht o mala və ya əşyaya deyilir ki, halal yolla qazanılmış olmasın.
2.Məsum İmamlardan (əleyhimussalam) nəql olunmuş rəvayətlərdə bu ayənin təfsiri açıqlanmış və soht kəlməsinə bir neçə nümunə kimi ünvanlar qeyd olunmuşdur. O ünvanlardan ən mühümündən biri rüşvətdir.
İmam Sadiqdən (əleyhissalam) soht sözü haqqında soruşurlar, Həzrət cavabında buyurur: «Soht, hökmdə rüşvət mənasındadır.”
3.Bütün deyilənləri nəzərə alaraq İslam alimləri və müfəssirlər rüşvətin haram olmasını bu ayə ilə əsaslandırırlar.
İslam qanunlarında ümumi olaraq, rüşvətin haram olması qəbul edilib. :“Onlar yalana qulaq asanlar və haram yeyənlərdir.”[1] Bu ayə, Quran müfəssirlərinin rüşvətin haram olması haqqında əsaslandıqları dəlillərdən biridir. Ayə bu mənadadır ki, onlar sənin sözlə