Please Wait
Baxanların
4444
4444
İnternetə qoyma tarixi:
2020/03/01
Sualın xülasəsi
İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
Sual
Salam, İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi daima əldə tutmağın nə kimi bərəkət və təsirləri vardır?
Qısa cavab
- Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapıbdır. Bu barədə, 3015, 30279 və 83 rəqəmli cavabları mütaliə edə bilərsiniz.
- Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: Şiələrimiz dörd şeydən ehtiyacsız qalmazlar: Üzərində namaz qıldıqları həsir, barmaqlarına taxdıqları üzük, dişlərini fırçaladıqları misvak və otuz üç dənəsi olan Seyyid əl-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh.Hər vaxt bu təsbehlə zikr desə,Allah o zikrin müqabilində dörd savab yazar.Hər zaman zkr etmək yadından çıxsa və adət etdiyindən dolayı təsbehi zikrsiz çevirsə belə,Allah onun müqabilində iyirmi savab yazar. [1]
Bu hədisin maraqlı tərəfi budur ki, İmam Hüseynin (ə)türbətindən hazırlanmış təsbehi hətta zikr demədən əldə saxlamağın belə savabı vardır.
Başqa bir rəvayətdə O Həzrətdən (ə) soruşulur: Bir insanın İmam Hüseynin (ə) türbətiylə təsbeh demək caizdir? Türbət hansısa bir fəzilətə malikdirmi? İmam (ə.s) cavabında buyurur: Seyyid əs-Şəhadənin türbətindən daha fəziləti nə ola bilər ki, əgər bir şəxs əlində türbətdən hazırlanmış təsbeh varsa və onu zikr etməyi unudaraq, yalnızca əlində çevirsə onun üçün zikr savabı yazılacaqdır.[2]
[1] Şeyx Hürr Amuli,Vəsailuş-şiə,Cild,14,Səh,536,Qum,Alu-Beyt muəssisəsi,Qum,birinci çap,1409 qəməri
[2] Həmin mənbə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız