Please Wait
Baxanların
15955
15955
İnternetə qoyma tarixi:
2015/04/13
Saytın kodu
fa5379
Arxiv kodu
76738
- bölüşdürülməsi
Sualın xülasəsi
Vəzifəsi cənabət qüslü olan şəxs, qüsl verdikdən sonra dəstəmaz da almalıdırmı?
Sual
Bəzi risalələrdə var ki, insan cənabət qüslünə düşdükdən sonra namazın vaxtı çatsa, qüsl verib dəstəmaz almadan namazını qıla bilər. Sual budur ki, qüsl verdikdən sonra dəstəmaz alamağın nə iradı var? Çünki, ola bilər qüsl verdikdən sonra insan bövl etmək üçün təharətxanaya getsin.
Qısa cavab
Əgər bir nəfər cənabət qüslu veribsə, nə qədər ki ondan böyük və kiçik hədəs vaqe baş verməyib (yəni, dəstəmazı və qüslü batil edən şeylər ondan baş verməyibsə) həmin qüsulla namazını qıla bilər və dəstmaz almağa ehtiyac yoxdur. Amma, əgər dəstəmazı və ya qüslü batil edən işlər baş vermədən, dəstəmaz alarsa, haram iş görmüş olur. Amma qüsl və namazı səhihdir.[1] Əgər hər hansı bir dəlilə görə qüslu batil olarsa, namaz üçün dəstəmaz almalıdır.[2]
Ayətullah Məhdi Hadəvi Tehranının verilən suala cavabı belədir:
Cənabət qüslundan sonra insanda dəstəmaz və qüslu batil edən şeylər baş verməyibsə namaz qülmaq üçün dəstəmaza ehtiyac yoxdur. Bəlkə, ehtiyat budur ki, dəstəmaza icazə verilmir. Buna baxmayaraq, əgər kimsə dəstəmaz alarsa, qüslu və namazı düzgündür. Amma, əgər qüsldan sonra insandan dəstəmazı batil edən işlər baş verərsə məsələn, bövl edərsə, namazdan və şərti dəstəmazlı olmağı vacib olan hər bir əməl üçün dəstəmaz almılıdır.

[1] Qüsldan sonra dəstəmazı və qüslu batil edən hadisənin baş verməsə, dəstəmaz alınması haramdır. Amma qüls və namazı səhihdir; Ürvətul-vüsqa, (Haşiyə), c.1; səh.479; Porseman (sual-cavab) disk proqramnının nəqlinə əsasən
[2] İmam Xumeyninin Tozihul-Məsaili, c.1; səh.227; Məsələ 391; Cənabət qüslu verən şəxs, namaz qılmaq üçün dəstəmaz almamalıdır. Amma, digər qüsullarla namaz qılmaq olmaz. O qüsullardan sonra namaz qılmaq üçün dəstəmaz alınmalıdır.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız