Please Wait
6572
Bir neçə nöqtəni diqqətinizə çatdırmaqla sizi cavab tapmağa istiqamətləndirmək olar:
A. Bu bir fiqhi məsələdir və fəqihlərin (müctehidlərin) bu barədə fikrləri müxtəlifdir.
Baxmayaraq ki, qadınlar altmış (qəməri illə)[1] yaşdan sonra gördükləri qanın (hərçənd heyzin nişanələri ondan var və əlli yaşı tamam olmamışdan qabaq görülübsə) heyz hökmündə olmamasında bütün müctehidlər müttəfiqdirlər, heyzin nişanələri onda olsa heyz hökmündədir.
Amma qadının əlli yaşdan altmış yaşa qədər (qəməri illə)[2] gördüyü qanın hökmü barədə fəqihlərin nəzərləri belədir:
1)- Seyyidə qadınlar altmış yaş (qəməri illə) tamam olmamışdan qabaq yaisə[3] olurlar. Yəni, heyz qanı görmürlər. Seyyidə olmayan qadınlar isə əlli (qəməri) yaş tamam olandan sonra yaisə olurlar. İmam Xomeyninin, Ayətullah Ərakinin, Gülpayaqaninin və Fazil Lənkəranin nəzərləri (r.ə.) belədir.
2)- Seyyidə olmayan qadınlar əlli yaş tamam olandan sonra yaisə olurlar. Seyyidə qadınlar isə əlli yaşdan sonra altmış yaş tamam olana qədər heyzin nişanələri olmaq şərtilə adət günlərində qan görülərsə, ehtiyat vacibə əsasən hayizə haram olan şeyləri tərk edib istihazəliyə lazım olan işləri yerinə yetirməlidirlər. (ehtiyat etməlidir). Bu Ayətullah Xoyinin (r.ə.) nəzəridir.
3)- Qadınlar qəti şəkildə altmış yaşında yaisə olurlar. Qüreyş nəslindən olmayan qadınların, əlli yaşından sonra altmış yaşının tamam olmasına qədər əlli yaşından qabaq gördükləri təqdirdə mütləq olaraq heyz hökmündə olan bir qan görülərsə hayizə haram olan şeyləri tərk edib istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbdir. Ayətullah Sistaninin nəzəri belədir.
4)- Qadınlar əlli yaşından sonra yaisə olurlar. Yəni, qan gördükləri təqdirdə heyz qandan hesab olunmur. Qüreyş qəbiləsinə mənsub olan qadınlar isə altmış yaşından sonra yaisə olurlar. Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən.[4]
B. Gördüyünüz kimi dini hökmlər dəlil və sübuta əsaslanır. Bundan əlavə bu qanunlar mənfəət və ziyan əsasında yazılmışdır.
Bəs bunu necə anlamaq olar? Cavabında deyilməlidir:
Birincisi: Hərçənd belə temalar haqqında soruşmağın heç bir eybi yoxdur və İslam dini sorğu soruşmağı qadağan etməmiş, əksinə təşviq etmişdir, amma yaddan çıxarmamaq lazımdır ki, belə hökmlərin səbəb və fəlsəfəsini anlamaq hər kəs üçün asan deyildir. Bəlkə bu sahədə ixtisasa ehtiyac vardır.
İkincisi: Bütün şəri hökmlərin izahı və fəlsəfəsi bizə aydın deyil. Misal üçün, İslam qanunlarında sübh namazının iki rükət olması tutarlı dəlillərlə sübuta yetirilmişdir. Buna baxmayaraq Allah-Taalanın sübh namazını niyə üç yox iki rəkət qərar verməsini hətta müctehidlər belə bilmirlər. Ola bilər bu barədə fərziyyələr irəli sürələr amma bu fərziyyələrin heç biri qəti deyil.
Üçüncüsü: Dini məsələlərdə və hökmlərdə ixtisasa sahib olmayanlar, yəni müqəllidlər "mütəxəssisə müraciət" əsasında şəri hökmləri qəbul etməli, bu hökmlərin dəlil və fəlsəfəsini çoxda araşdırmamalıdır. Necə ki, insan həkimə müraciət etdiyi zaman onun diaqnozlarını araşdırmağın fikrində olmur.
Dördüncüsü: Əməlin mənfəət və ziyanları dini hökmlərlə nizama salınmışdır, baxmayaraq ki, insan onların təsirlərindən xəbərsizdir. Misal üçün, həkimin nüsxəsinə əməl edən xəstə nəticədə sağlamlığına qovuşur. Hərçənd ki, istifadə etdiyi dərmanların təsirini və ya həkimin niyə bu dərmanları məsləhət gördüyünü bilməsin.
Buna əsasən "niyə Qüreyş nəslindən olan qadınlar belədir?" və ya "Niyə digər qadınlar belə deyil?" kimi suallara cavab tapmaq mütəxəssis olmayan kəslər üçün zəruri deyil.
Fəqih və müctehidlər bu hökmü İmam Sadiqdən (ə) nəql olunan hədisdən çıxarış ediblər:
«اذا بلغت المرأة خمسین سنةً لم تر حمرة الاّ ان تکون امرأة من قریش»
"Qüreyş nəslindən olan qadınlar istisna olmaqla, qadınlar əlli yaşdan sonra (heyz) qan görmürlər".[5]
Bu məsələdə Qüreyş qadınları ilə digər qadınların fərqi ola bilsin fiziki quruluşunda yaxud cismi potensialındadır. Necə ki, irqlər və millətlər rəng, fiziki potensial baxımından fərqlidirlər. Misal üçün, Sibirdə yaşayan qadınlarla Ərəbistan və Afikada 50 dərəcə isti havada böyüyən qadınlar büluğa çatmaq baxımından fərqlidirlər.
Bundan əlavə günümüzdə də belə məsələlərə rast gəlmək olur; Tədqiqatçıların verdiyi məlumatlara görə yaisəlik yaş dövrü artmış və bir çox qadınlar əlli yaşından sonra belə yaisə olmurlar. Gigiyena və sağlam qidalanmaya görə əksər qadınlarda yaisəlik dövrünün vaxtı gecikmişdir.[6]
[1] - Qəməri tarixlə altmış il, 58 il, 77 gün, 12 saat şəmsi ilinə bərabərdir. "Cami əl-məsail" Ayətullah Fazil, səh. 62, sual: 179
[2] - Qəməri tarixlə əlli il, şəmsi tarixlə 48 il, 179 günə bərabərdir. "Cami əl-məsail" Ayətullah Fazil, səh. 62, sual: 179
[3] - "Yaisə"nin mənası: "Yaisə", "yəs" maddəsindən tutulmuş, ümidsiz olmaq mənasındadır. Yaisə qadın hayiz olmaqdan və hamilə qalmaqdan ümidsizdir.
[4]- Tozih əl-məsail mərace", Məsələ: 435; "əl-Ürvət əl-vusqa", cild. 1, "fəsl fi əl-heyz".
[5] - "Əl-Kafı", cild.3, səh. 107; "ət-Təhzib", cild.1, səh. 397, hədis: 1236
[6] - Geniş məlumat üçün www.sefaty.net saytına müraciət edə bilərsiniz.