Ətraflı axtarış
Baxanların
9901
İnternetə qoyma tarixi: 2011/01/15
Sualın xülasəsi
Bəzi övliyaların, keçmişdə, indi və gələcəkdə olanlardan xəbərdar olmasından məqsəd nədir?
Sual
Bəzi övliyaların, keçmişdə, indi və gələcəkdə olanlardan xəbərdar olmasından məqsəd nədir?
Qısa cavab

İnsanın məlumatı müxtəlif yollardan insan üçün, yaranır. Bu yollardan biri, qeyblə əlaqədir ki, bunun özünün müxtəlif formaları var. və insanın əqli və ruhi böyüklüyünə və onun Allahın feyz mənbəyinə bağlılığına uyğun olaraq, fərqlənir və geniş və dar olur.

İnsanlar adətən özlərini elm təhsilinin adi və təbii yolları çərçivəsində məhdudlaşdırırlar. Ona görə də, onların məlumatı da, adətən "indiki" mətumatlarla məhdud olur. onların keçmiş barəsindəki elmləri tarixi və arxioloji qazıntılara bağlı olur. Onların gələcək barəsindəki elmləri, yalnız indiki zamanla əlaqəli olan proqnozlardır.

Amma təbiət və maddə zəncirlərdən azad olan və vücudlarını genişləndirib və təbiət aləmindən yuxarı aləmdə əlaqə yaradan insanlar, keçmiş, indiki və gələcəkdə olan məlumatlardan da geniş məlumatları, özü də dəqiq və səhv olmadan əldə edə bilərlər.

İlahi övliyalar bu dəstədəndirlər. Onların məlumatları müxtəlif formada, vəhy, qəlbə ilham, doğru yuxular, kəşf və müşahidə və yuxarı aləmlərə səfər etməklə, onlara çatdırılırmış.

Bəzən də irsi yoldan ya xüsusi bir əlaqə ya yazı yolu ilə cəfr kitabları kimi, onun əhlinə çatdırılıbdır.

Ətreaflı cavab

İnsan elə yaradılıb ki, müxtəlif yollarla, bəzi məlumatlara əl tapa bilər. o cümlədən:

1.      Onun cisminin təbii ehtiyaclarından xəbərdar edən, daxili meyl, qərizə və şəhvətlər.

Məsələn: acmaq, susamaq, ağrı hiss etmək, yorğunluq və s... varəsində olan elm.

2.      Fitrət:

Onu uca qalxmalarda xəbərdar və onlara doğru çəkir. Məsələn: Uca varlığa bağlılıq hissi (məzhəbi ya pərəstiş hissi) həqiqət axtarmaq hissi, təkamül istəmək və gözəllik istəmək hissi və sair...

3.      Sağlam ağıl:

Onu ilk bədihi olan şeylərdən xəbərdar edir. Məsələn iki ziddin cəm olması və heç birinin olmasının qeyri mümkün olması, kiçiklik, böyüklük, bərabərlik, oxşarlıq və s... qanunu. İnsan bu ilk bədihiləri əsas qərar verir və bunların vasitəsi ilə dəlil gətirir və nəticə alır və yeni məlumatlar əldə edir.

4.      Beşlik hissiyyat ki,

insanın öz cismi və öz ətrafı ilə əlaqə yaratmaq üçün cismani bir vəsilədir. Texniki vasitələrdən istifadə etməkdən və ya bu vasitələrdən istifadə etməklə. İnsanın məlumatlarının çoxu bu yolla əldə olunur. O həddəcən ki, bəziləri digər yolları inkar edib və yalnız bu məlumat yoluna inanırlar. Onları hissgəralar ya hissçilər və ya təcrübəçilər adlandırırlar.

5.      Bəsarət:

Məlumatların bəzisi irsi formada və məxsus bir gen vasitəsilə insana keçir və gizli çəkildə qalır və ehtiyac vaxtlarında, aşkarlanır.

Necə ki, bəzi xüsusiyyət və hallar da belədirlər.

6.      Kahinlik və ulduzların hərəkəti

ya sehr və cadu və ya cinlərin bəzisi ilə əlaqə yaratmaq və indiki dövrdə nötizm və həmçinin yuxu və onu yozmaq yolundan məlumat əldə etmək. Bu yol baxmayaraq ki, bir miqdar qeyri təbii və qeyri adidir, amma çox vaxt dünyəvi işlərlə məhdudlaşır.

Yuxarıdakı məlumat yolları insanlar arasında müştərək və öyrənə və öyrədilə bilərlər. Elmi nəfs, mərifət .şünaslıq, və fəlsəfə alimləri, bunları iki ümumi və husuli qismə bölüblər. bunlar haqqında geniş məlumatlar öz yerində gəlibdir və bu məqalədə bunları araşdırmaq fürsəti yoxdur.

7- İlahiyyatçılar

"qeyblə əlaqə" adlı digər bir məlumat yoluna da inanırlar. Amma maddə və təcrübə tərəfdarları ki qeyb və təbiətdən yuxarı aləmləri inkar edirlər. (tam ciddi və qətiyyətlə) bu məlumat yolunu inkar edirlər. onun iddasında olanları sehr, kahinlik və dəlilik və ... ittiham edirlər. bu yolu isbat və inkar etmək, ən mühüm mübahisə olubdur ki, həmişə peyğəmbərlik iddiasında olanlar bir tərəfdən və inkar edənlər digər tərəfdən onunla mübarizədə olublar və elm texnologiya və inkişaf dövrünə aid deyil.[1]

İslam təhqiqatçıları nəzərindən bu yolun özü müxtəlif formalarda əldə oluna bilər:

1)- Qəlbi ilhamlar. Musa (ə)- ın anasının onu sandığa qoyub, nilə atıb və Allaha təvəkkül etməsində aldığı ilham ki, ta Allah Musa (ə) nı ona qaytarıb və rəsulu etsin.[2]

2)- Sadiq yuxular: Necə ki, həzrət İbrahim (ə)- ın oğlu İsmail (ə)- ın başını kəsməsi barəsində buyurur: "İbrahim (ə) İsmailə dedi: Ey oğlum! Mən yuxuda sənin başını kəsdiyini görmüşəm, sənin fikrin nədir?

Dedi: Ey ata! Əmr olunduğu şeyi yerinə yetir. İnşaallah məni səbr edənlərdən görərsən!"[3] Həmçinin peyğəmbər (s)- in yuxuda, gələcəkdə Məkkənin fəth olunmasından xəbərdar olması.[4]

3)- Vəhy dörd formada baş verir: A). İlahi kəlam vasitə olmadan onu eşidənin qəlbinə ya qulağına yetişir. B). Mələk həqiqi formasında görsənib və o vəhyi xitab olunana çatdırır. C). Xitab olunan yalnız mələyin səsini eşidir və xəbəri alır, amma onu görmür. D). Mələk insan formasında görsənir və öz xitab olunanına çatdırır.[5]

Amma diqqət etmək lazımdır ki, bu əlaqənin olması, onun xitab olunanı üçün peyğəmbərlik ya imamlıq məqamını isbat etməyi lazım tutmur. Baxmayaraq ki, heç bir rəsul ya imam bu əlaqə olmadan təsəvvür olunmur. Başqa sözlə, bütün peyğəmbər və övsiyalar bir formada bu əlaqəyə malik olublar. Hətta bəziləri əziz peyğəmbər (s) kimi, o üslubların hamısından müxtəlif zamanlarda faydalanırdılar. Amma hər kəsin bu əlaqəsinin olması, onun peyğəmbər ya vəsi olması demək deyil. Deməli peyğəmbər ya imam (ə)- ın peyğəmbərlik və imamlığı, digər yolardan (peyğəmbərlik və imamlıq iddası, möcüzə göstərmək, qabaqkı peyğəmbərlərin xəbər verməsi ya peyğəmbərin vəsi barəsində xəbər verməsi və digər sübut və şahidlər kimi) isbat olmalıdır.[6] Ona görə də, həzrət Zəhra (s) və həzrət Məryəm (ə) və ... Cəbrailin müxatəbi olmalarına baxmayaraq, bunlar peyğəmbər ya imam deyillər.

4)- Təbiətdən yuxarı aləmlərdə seyr etmək, mukaşifə və tam ayıq və xəbərdar olan vaxtda, peyğəmbər (s)- in meracı kimi.[7]

5)- Öz əhlinin ixtiyarında qərar tapan sənədlərə müraciət etmək. Məsələn məsumların vasitəsi ilə Quranın daxili mənalarına, və Quranın ayələrinin təfsirlərinə olan elm və imam Əli (ə)- dan digər imamlara (ə) ötürülmüş ümumi cəfr elmi (hərflər barəsində olan elm.)

6)- Digərlərinə məlumatların ötürülməsi, ilahi birinin ağız suyu ya yemək qalığı yolu ilə ya ilahi övliyalardan birinin nəsiyihiyai nəfəsindən bəhrələnməklə, məsələn Kərbəlayi Kazım Saruqidən baş verən və Quran hafizi olduğu kəramət.[8]

Yuxarıda qeyd olunanların şərhi, maarif kitablarının çoxunda, peyğəmbərlik və vəhy bəhsində gəlibdir. Bəzi ilahi övliyaların və din alimlərinin mükaifələrini tarix kitablarında axtarıb, tapmaq olar. Amma "Cəfr cami" (ümumi cəfr) barəsində aşağıda qısa izah veririk:

İmam Əli (ə) Nəhcül- bəlağənin 93- cü xütbəsində şərh verdikləri kimi, uşaqlıqdan Allah rəsulu (s) ilə birgə olub (tapşırılmış məmuriyyətləri çıxmaqla) və Allah rəsulundan heç vaxt ayrılmırlar və həmişə onun təlim və tərbiyəsində idilər. İmam Əli (ə) özünün qeyb elmi barəsində buyurur: "Peyğəmbər (s) məni qucaqlayaraq sıxdı, sonra dilini mənim ağzıma qoydu və mənim üçün o həzrətin ağız suyundan, elimdə min qapı açıldı ki, hər qapıdan da daha min qapı açılır."[9]

"Əbu Hamid Qəzzali yazıbdır ki, Müttəqilərin imamı (Əli ib əbu Talib)- ın bir kitabı var, cəfri camiud- dünya- vəl- axirət adlanır. O kitabda bütün elmlər, həqiqətlər, dəqiqələr, sirlər, qeyblər, əşyaların xassələri, dünyada olan varlıqlar və isimlər və həriflərin xüsusiyyətləri hamısı mövcuddur. O həzrət (ə) və on bir övladından başqa ki, imamət və vilayət məqamını nəss formasında peyğəmbər (s)- dən alıblar, heç bir şəxsin onlardan xəbəri yoxdur və onlara irsi olaraq yetişmişdir."[10]

"O kitabda bütün olan şeylər və qiyamətəcən bütün olacaq şeylər yazılmışdır. Hətta onların dost və düşmənlərinin övlad və nəsillərinin adları və qiyamət gününəcən onların hər birinin başına gəlcək bütün hadisələr, o kitabda qeyd olunubdur...

Bu cəfri cami rəmzi həriflərlə yazılıbdır və onu başa düşməyin açarı irsi olaraq imamlara yetişibdir və onlardan başqa heç şəxs, onu dərk edə bilməz... din imamlarının mühüm hadisələr və əhvalatlardan xəbər verdiklərinin çoxu, o kitabdandır. Bütün işlərin ümumi və xırdalığından xəbərdar idilər. Özləri, əhli beytləri və şiələri üçün baş verən müsibətləri o kitabdan üzə çıxardılar. Necə ki, hədis kitablarında kamil və geniş şəkildə qeyd olubdur..."[11]

Bu cəfr, Cəbrayılın əmri ilə kəsilib, dərisi hazırlanıb və ayrılmış bir keçinin dərisidir.[12]

Qeyb xəbərləri Cəbrail vasitəsilə peyğəmbər (s)- ə çatdırılıb və o da imam Əli (ə)- a imla edib. İmam Əli (ə) o qədər yazdı ki, dərinin hamısı, hətta onun əl- ayaq hissələri doldu və gələcək və keçmişin bütün xəbərləri onda qeyd olundu və irsi olaraq imamlara ötürülübdür. Əlbəttə imamların elmi bu came cəfrdən istifadə etməklə məhdudlaşmayıb, əksinə onların hər biri qeybi ilhamlardan da faydalanıblar və mələkut aləmilə xüsusi əlaqə və mükaşifələrə də malik olublar. Necə ki, İmam Hüseyn (ə)- ın Kərbəlaya səfəri hadisəsində, müxtəlif yerlərdə və Kərbəlada olanlar məşhurdur. Necə ki, sadiq yuxulardan da, qeybi xəbərlər və hadisələri baş verməmişdən qabaq əldə edirlər və gələcəkdə baş verəcək hadisələrdən, gözləri önündə olan aydın bir hadisə kimi xəbər verirlər.

Digər bir məsələ budur ki, qeybdən xəbərdar olmaq, qeybi Allaha məxsus bilən ya peyğəmbərin elmi qeybi olmamasını çatdıran ayələrlə,[13] heç bir ziddiyyəti yoxdur. Çünki bu ayələr, Allahın özünün bəzi bəndələrini müəyyən qədər qeyb elmi ilə tanış etməsinə[14] dəlalət edən digər ayələrlə, xüsusiləşir.

Başqa sözlə, Allahın qeyb aləminə olan elmi, zati və əzəli bir elmdir. Amma ilahi övliyaların qeybə (olub, indi mövcud və olacaq şeylərə) olan elmi, ərəzi və husuli (Allahdan alınan) və Allahın izn və icazəsindən götürülmüş və Allahın onları məlumatlandırdığı elmlə məhdudlaşır, bundan çox deyil.

Digər tərəfdən, qeyb elminin olması, onlar üçün heç bir şeyin gizli olmaması mənasında deyil. Məsələn təbuk yolunda peyğəmbər (s)- in dəvəsi itdi və ondan xəbəri yox idi. Bir nəfər etiraz edib dedi ki, sən necə peyğəmbərsən ki, öz dəvənin harda olduğunu bilmirsən? Peyğəmbər (s) buyurdu: And olsun Allaha mən yalnız Allahın mənə öyrətdiyi şeyləri bilirəm.

İndi Allah məni onun yerindən xəbərdar etdi. O dəvə flan yerdə ilişib, yüyəni ağaca dolaşdırıbdır, gedin onu gətirin."[15] Buna oxşar əhvalat imam Sadiq (ə) və onun kənizi barəsində də gəlibdir.[16]

Xülasə budur ki, ilahi övliyaların baş vermiş, baş vermək halında olan və baş verəcək şeylərə olan elmi, qeyb aləminə (təbiətdən yuxarı) ilə əlaqəsi yolu ilədir. Və düşüncənin adi yolundan yuxarıdır. Qeyblə olan bu əlaqənin özü, müxtəlif formalarda baş verə bilər. onların bəzisi üçün onların hamısı baş verir və müxtəlif zaman və məkanlarda ondan faydalanırlar. Bir dəstə üçün də, onlardan birinin baş verməsi mümkündür. Mühüm budur ki, bunların baş verməsi və onların müxtəlifliyi, şəxslərin ruhi gücü və qəlbinin səfalığına bağlı və ona münasibdir.

Bu şey diqqətə layiqdir ki, varlıq aləminin (dünya və axirət) hadisələri, onlar baş verməmişdən öncə, yazılıbdır (insanı ixtiyarsız etmədən) və bütün varlıq aləminə, o cümlədən insana hakimdər. dünya dağılandan sonra da, o hadisələr (saxlanılmış və müəyyən) qalandırlar və hər bir insana aid olan işlər, onun name əməli formasında ona təhlil veriləcək. Bu məsələlərə diqqət etməklə, qeyblə əlaqə və keçmiş, indiki və sonra ilə bağlı olan dəqiq məlumat, mənalanır və təsvirlənir.[17]

İstifadə olunmuş mənbələr:

1. Biriya, Nasir, İnkişaf psixologiyası, cild 1, Səmt (həmkarlıq idarəsi), çap 1, 1375, Tehran.

2. Cavadi Amuli, Abdulla, Təhriri təmhidul- qəvaid, Əz-zəhra, çap 1, 1375, Tehran.

3. Cavadi Amuli, Abdulla, imam Əli (ə)- ın arifanə həyatı, İsra, çap 1, 1380, qum.

4. Cavadi Amuli, Abdulla, Fitrət Quranda, İsra çap 2, 1379, Qum.

5. Cavadi Amuli, Abdulla, Quranda mərifət Şunaslıq, İsra, çap 2, 1379, Qum.

6. Hüseyni, Nemətulla, Elm adamları əməl meydanında, islam nəşri idarəsi, 1375, Qum.

7. Subhani, Cəfər, İslam tarixindən bir- neçə kəlam. Məşər, ç 1381, Tehran.

8. Sultanul- vaizin, Şirazi, Pişavər gecələri, səh- 861- 940. Darul- kutubul- islamiyyə, çap 4, 1378 h. q. Tehran.

9. Kiya Şimşəki, Əbul- fəzl, vilayət irfanda, Darus- sadiqin, çap 1, 1378, Tehran.

10. Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşi əqaid, cild 1- 2. İslam təbliğatı təçkilatı, çap 6, 1370, Qum.

11. Misbah Yəzdi, Məhəmməd Təqi, Maarifi Quran, sild 4- 5, İmam Xumeyni (rh) təlim və araşdırma müəsisisəsi, çap 1, 1376.



[1] - Qəsəs surəsi, ayə 7, Taha surəsi, ayə 37- 40

[2] - Zariyat surəsi, ayə 52, Hicr surəsi, ayə 10- 15

[3] - Saffat surəsi, ayə 102- 106

[4] - Fəth surəsi, ayə 27

[5] - Şura surəsi, ayə 51- 52

[6] - Müraciət edin: Subhani, Cəfər, əl- ilahiyyat, cild 3, səh 65 və 218

[7] - İsra surəsi, ayə 1-2, Müraciət edin; bu ayə barəsində olan təfsirlər,

[8] - Müraciət edin: Məhəmməd Rey şəhri; Məhəmməd, Kərbəlayi Kazım, Haq yolu müəssisəsi

[9] - Müraciət edin: Şirazi, Sultanul- vaizin, Pişavər gecələri, səh 861- 972

[10] - Müraciət edin: Şirazi, Sultanul- vaizin, Pişavər gecələri, səh 931- 938

[11] - Müraciət edin: Şirazi, Sultanul- vaizin, Pişavər gecələri, səh 931- 938

[12] - Müraciət edin: Şirazi, Sultanul- vaizin, Pişavər gecələri, səh 931- 936

[13] - Ənam surəsi, ayə 50 və 59, Kəhf surəsi, ayə 110, Əraf surəsi, ayə 188, Hud surəsi, ayə 33 Nəml surəsi, ayə 66, Ali- imran surəsi, ayə 174 və ...

[14] - Kəhf surəsi, ayə 64, Cin surəsi, ayə 26, Ali- imran surəsi, ayə 43- 174, Hud surəsi, ayə 51, Şura surəsi, ayə 53

[15] - Subhani, Cəfər, İslam peyğəmbərinin tarixi, səh 480.

[16] - Usuli kafi, cild 1, səh 257, Müraciət edin; Amuzeşi əqaid, dərs 39, səh 368- 374

[17] - Müraciət edin: Göstərici: Quranda kitabi mubin və rətb və yabis, sual 187.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163759 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158601 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118631 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111673 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104969 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92432 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54040 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48863 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44798 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44220 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...