Ətraflı axtarış
Baxanların
8539
İnternetə qoyma tarixi: 2013/07/15
Sualın xülasəsi
ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? Ayəsinin təfsiri necədir? Bu ayəni sünnü alimlərindən hansı biri qüdrət, qüvvət, vasitəsiz yaradılış və əl mənasına təfsir etmişdir?
Sual
Salam əleykum! Cad surəsinin 75-ci ayəsində Allah buyurur: Adəm (ə.s)-ı əllərimlə yaratmışam. Bu və bunu kimi mütaşabih ayələri (yədun) əhli- sünnə alimlərindən kimlər qüdrətə,qüvvətə,vasitəsiz yaratmağa (qüvvət qüdrət) yozub təfsir ediblər? Əhli-sünnə alimlərinin adı nə qədər çox olsa, çox yaxşı olar.Surə və ayələridə deyin ki, elektron versiya ilə orjinalını tapaq. Qabaqcadan təşəkkür edirəm!
Qısa cavab
Sual olunan ayədə oxuyuruq:
« قال یا ابلس ما منعک ان تسجد لما خلقت بیدی استکبرت ام کنت من العالین[1] »
Bəzi sünnü təfsir alimləri[2] və mütəkəllimləri o cümlədən Əbul Həsən Əşəri[3] (biyədəy) kəlmısini onun zahiri mənasında yəni (əl) mənasında olduğunu bildirərək deyir Allah iki əli ilə həzrət Adəmi (ə) yaratdı. Bu cür təfsir Allahın cism olmasına dəlalət edir ki, həmin mücəssəmə və müşəbbəhə məzhəblərinin səhv düşüncələridir. Mücəssəmə və Müşəbbəhə məzhəbləri Allah təalanı oxşar bilərək onun yer və məkana ehtiyacı olduğunu bilir və deyirlər: Ərşdə yeri var və ayaqları kürsüdədir, baş, əl və bədən üzvünə sahibdir; və bir halda ki, yer və məkan yoxdur yəni heç bir həyatda yoxdur[4].
Əşairə məzhəbi inanır quran və rəvayətdə Allah üçün qeyd olunan hər bir sifət, zahirdə olan mənasında təfsir olmalıdır; baxmayaraq ki, cismi sifətlər kimi olsun, o cümlədən ayaq, əl, üz və digər üzvlər. Bu cür bir halda özlərini müşəbbəhə və mücəssəmə məzhəblərindən uzaq bilmək üçün (bila təşbih) və ya (bila kəyf) ibarətlərini bu cür sifətlərlə birlikdə deyirlər[5]. Lakin bu cür nəzəriyyələr düzgün deyil və Allah cism deyildir; çünkü cism məhduddur və Allahın varlığı üçün nöqsan sayılır; misal üçün əgər Allah cism olarsa lazımdır ki, xüsusi bir məkanda qərar tutsun və əgər Allah bir məkan və yerdə qərar tutarsa digər yerlər Allahın vücudundan boş qalacaqdır, bir halda ki, Allah hər bir yerdədir və hər bir yer onun nəzərindədir[6].
Bundan əlavə şiyə təfsir alimləri və mütəkəllimləri[7] və hətta sünnü məzhəblərindən bəzi təfsir alimləri[8] ayədə olan (yədəy) kəlməsindən məqsəd Allahın qüdrəti mənası olduğunu təfsir etmişdirlər.
Şübhəsiz ki, (yədəy) zahirdə olan iki əl mənasında deyil; çünkü O hər növ cism və bədən üzvlərindən uzaq və pakdır. Ayədə işarə olunan əl
(ləmma xələqtu biydəyi)- dən məqsəd Allahın qüdrətidir[9], lakin iki əl qeyd olunması, Adəmin yaranmasında Allahın kamil qüdrətinə işarə olunur. [10] Bəzi təfsirlərdə zikr olunmuşdur iki əldən məqsəd Allahın qüdrət və nemət əli (qüdrəti) deməkdir, yəni hansı şey sənə mane olsa səcdə edəsən o şeyə ki, onu qüdrət və nemət əlimlə yaratdım?!
İnsan öz qüdrət və gücünü həyata keçirmək üçün əlindən istifadə etdiyi üçün, insanlar arasında da bu mənada dana çox istifadə olunur. O cümlədən bəzi vaxtlar deyilir:- Müəyyən bir ölkə hər hansı bir dəstənin əli ilə işarə olunur və yaxud müəyyən bir məscid və ya bina bir şəxs tərəfindən tikilmişdir. Bəzi vaxtlar deyilir: -Mənim əlim çatmır sənin əlin doludur; bu cür yerlərdə bədən üzvü olan əl mənasında istifadə olunmur, bəlkə bütün bunlar qüdrət mənasından kinayədir. Lakin insan bütün işləri iki əli ilə həyata keçirdiyi üçün və iki əl vasitəsi ilə iş görmək də diqqət və nəzərə alınır; Ayədə də iki əl kəlməsinin zikr olunması Allahın insan yaradılışında xüsusi inayəti və diqqətindən kinayədir.[11] Bunun üçün də ayənin düzgün tərcüməsi ibarətdir: "dedi: Ey iblis! Sənə hansı şey mane oldu ki, öz qüdrətimlə yaratdığım məxluqa səcdə edəsən?! – Təkəbbür etdin, yoxsa layiqlilərdən idin?! (sənə əmr olunan səcdə hökmündən üstün idin!)".
 

[1] - Sad surəsi, ayə 75
[2] - Bax: Təbəri, Əbu Cəfər Məhəmməd ibn Cərir, Camiul- bəyan fi təfsiril- quran, cild 23, səh 119, Darul mərifət, Beyrut, birinci çap, 1412 qəməri. Surabadi, Əbubəkr Ətiq ibn Məhəmməd, Surabadi təfsiri, təhqiq: Səidi Sircani, Əli Əkbər, cild 3, səh 2147, Fərhənge nəşre no, Tehran, birinci çap, 1380.
[3] - Bax: Zəhəbi Şəmsuddin Məhəmməd ibn Əhməd, Əlğluv lil Əli əl- Ğəffar fi izahı səhihil əxbar və səqimiha, təhqiq, Əbu Məhəmməd Əşrəf ibn Əbdul Məqsud, səh 217, Məktəbətul əzva əl sələf, Riyaz, birinci çap, 1416; Alusi, Noman ibn Mahmud, Cəlaul Əynəyn fi muhakimətil Əhmədəyn, səh 253 və 463, mətbəətul mədəni, 1401 qəməri.
[4] - Məşkur, Məhəmməd Cavad,Fərhənge firəqe islamı, səh 390, Astan quds rəzəvi, Məşhəd, ikinci çap,1372 şəmsi.
[5] - Pejuheşkədeye təhqiqate islamı, Fərhənge Şiyə, səh 79, Zəmzəme hedayət, Qum, ikinci çap, 1386, Cami Əli, Əbu Əhməd Məhəmməd, Əl sifatul ilahiyyə fil kitab və əl- sünnə əl- nəbəviyyə fi zəvil isbat və əl- tənziyə, səh 160, əl- məclis əl- elmi bil camiətil islamiyyə, Əl- mədinətul munəvvərə, birinci çap, 1408 qəməri.
[6] - Bax: Allaha iman və təcəssum məsələsi, sual 1211, Quran nəzərində Allahın cism olmaması, sual 20147, Allahı tanımağın mümkün olması, sual 98, Şiyə və Sünnü və Allahı görmək, sual 8408.
[7] - Feyz Kaşani, Molla Möhsün, Əl- əsfa fi təfsiril quran, təhqiq, Dirayəti, Məhəmməd Hüseyn, Neməti, Məhəmməd Rza, cild 2, səh 1076, Təbliğate islamı, Qum, birinci çap, 1418 qəməri; Şərif Lahici, Məhəmməd ibn Əli, Təfsiri Lahici, təhqiq, Hüseyni Ərməvi (mühəddis) Mir Cəlaluddin, cild 3, səh 844, Nəşre dad, Tehran, birinci çap, 1373; Şeyx Səduq, Əl- Etiqadat, səh 23- 24, Əl- Mötəmirul Aləmi lil- Şeyx əl- Mofid, Qum, ikinci çap, 1414.
[8] - İbn Aşur Məhəmməd ibn Tahir, Əl- Təhrir və əl- tənvir, cild 23, səh 191; Nəvəvi Cavi, Məhəmməd ibn Ömər, Mərah libəydi likəşfi məna əl- quranil- məcid, təhqiq: Əl-Sənavi, Məhəmməd Əmin, cild 2, səh 322, Darul kitab əl- elmiyyə, Beyrut, birinci çap, 1417; İbn Ətiyyə Əndolosi, Əbdul- həqq ibk Ğalib, Əl – Muhərrərul – Vəciz fi təfsiri əl- kitabil- əziz, təhqiq: Əbdul- Şafi Məhəmməd, Əbdul- Salam, Darul kitab əl- elmiyyə,Beyrut, birinci çap, 1422.
[9] - Məkarim Şirazi Nasir, Numunə təfsiri, cild 19, səh 338, Darul kitab əl- islamiyyə, Tehran, birinci çap, 1374.
[10] - Bax: Lahici təfsiri, cild 3, səh 844, Kaşani, Molla Fətulla, Mənhəc əl- Sadiqin fi ilzamil müxalifin, cild 8, səh 69, Məhəmməd Həsən Elmi kitabxanası, Tehran, 1336.
[11] - Məkarim Şirazi Nasir, Numunə təfsiri, cild 19, səh 338, Darul kitab əl- islamiyyə, Tehran, birinci çap, 1374.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    5926 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • Həzrət Məryəm (əleyha salam)-ın aləm qadınlarından üstün edilməsinin (ayədə) qeydsiz-şərtsiz olmasına diqqət yetirməklə həmin ayəni rəvayətlə necə məhdudlaşdırmaq olar?
    7088 تاريخ بزرگان 2012/04/09
    “Aləmin” kəlməsinin Qurani-Kərimdə işlədilmə yerlərinə və müfəssirlərin bu barədəki nəzərlərinə diqqət yetirməklə məlum olur ki, bu kəlmə yalnız zamanın bir dövründə olan insanlara məxsus edilir. Əhli-sünnət kitablarının bir çox yerlərində də ayələrə rəvayət vasitəsi ilə qeyd vurulur. Həmçinin həm əhli-sünnət, həm də şiə təfsirlərinin bir çox yerlərində ...
  • Vəqf olunmuş yerdən istifadə etmək olar? Və yaxud onu satmaq olar?
    6118 Nizamlar hüquq və əhkam 2011/10/11
    Bu haqda təqlid mərcələrinin fətvalarına diqqət edin: Ayətullah Xaminei: Əgər yerin vəqf olunması sübut olarsa və yer əksinə yararlı olarsa əkindən başqa istifadə etmək caiz deyil. Əgər yer əkinə yararlı deyilsə şəri nümayəndə yeri icarəyə verə bilər onda bina tikilsin amma ...
  • Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya öncə?
    7588 تاريخ بزرگان 2012/09/01
    Həzrət Zəhranın (sa) evinin ömər tərəfindən yandırılması və fədəyin Əbubəkr tərəfindən qəsb olunması peyğəmbərin (s) vəfatından çox az müddət sonra baş vermişdir. Amma bunların hansı birinin daha tez olması barəsində onu qeyd etmək istəyrəm ki, həzrət Zəharın (sa) evinin Ömər tərəfindən atəşə verilməsi əhli- sünnət tarix kitablarında ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    7717 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...
  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    8186 Nizamlar hüquq və əhkam 2011/05/31
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Nə üçün Allah- Taala Quranda özü barəsində olan şəxs əvəzliklərini kişi cinsində qeyd etmişdir?
    7393 Quran 2011/04/16
    Qurani kərim ərəb dilində nazil olduğu üçün onun bütün ayələri ərəb dili qramatikasında yazılmışdır. Allah Taalanın Qurani kərimdə özü barəsində olan ayələri kişi cinsində gətirməsi də məhz ərəb dili qramatikasının tələblərindəndir. Ərəb dili qramatikası bütün dil və qramatikalardan fərqli olduğu üçün geniş izaha ehtiyacı vardır. Amma biz burada qısa surətdə ...
  • Quran surələrindən hansı birini oxumağın savabı daha çoxdur?
    18403 Təfsir 2011/07/02
    Quran əməl kitabıdır. İslam nəzərində Qurana bir həyat tərzini təyin edən bir kitab kimi və ya insan üçün həyat dərsləri kimi nəzər olunsun. O şəxslər ki, yalnız Quran surələrini və ya o surələr ki, onları oxumağın daha çox savabı vardır deyə bu fikirdədirlər, başqa surələrin bərəkətindən məhrum olarlar. Əlbəttə ...
  • İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
    11202 Təmkinin həddləri və şərtləri 2013/07/06
    İslam insan həyatının bütün sahələri üçün o cümlədən yaxınlıq barəsində qaydalar tənzimləyibdir ki, bu qaydalara riayət etmək, ər və arvadın ruhi və cismi, fərdi və ictimai sağlamlığında, onların uşaq sahibi olmasında uşağı sağlam olmasında, məhəbbətin çox olmasında və... təsirlidir. Rəvayətlərdə yaxınlığın ancaq yataqda olmasına işarə olmasa da, ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8815 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164554 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163123 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119617 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113402 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110014 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93829 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54774 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53636 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45956 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45627 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...