Please Wait
7340
Əql insanları kamala tərəf aparan və onlara rəhbərlik edən batini bir dəlildir. Şəriət isə insanı dünyanın çirkab və bataqlığından qurtarmaqdan ötrü onlara nicat verən bir zahiri dəlildir. Ona görə də zahiri dəlil və yolgöstərənlə batini dəlil və yolgöstərənin bir-birinə zidd olması qeyri-mümkündür.
Əqlin sonradan yaranmış bir varlıq olmasını və hər bir yaranmışın isə məhdud olmasını nəzərə almaqla demək olar ki, belə varlıq heç vaxt məhdudiyyətsiz şəkildə elmə malik ola bilməz. Deməli, əqlin də istedad və fəaliyyətinin əhatəsi məxluqatların hüdudları çərçivəsindədir. Buna görə də əqlin həddi-hüdudu olmayan Allah-Taala haqqında anlamı və məlumatı, Onun zatına olan elminin özü məhdud şəkildədir.
Əql, varlıq aləmində həm ilk yaradılış qanunları və həm də şəriət qanunları çərçivəsində fəaliyyət edə bilər və onlardan çox şeyləri anlaya bilər. Baxmayaraq ki, hər iki sahədə əqlin ilahi vəhyə ehtiyacı vardır. Qiyamətin xırdalıqları və şəriyət əhkamının fəlsəfəsi haqqında əqlin əli qısadır və ona görə də şəriətin hidayətinə ehtiyacı var. Nəticədə, İslamla əql arasında heç bir ziddiyyətli məsələ ola bilməz. Əlbəttə, bəzən əqli dəlillərin düzgun qanunlar və müqəddəmələr üzərində qurulmaması və ya əqldən xüsusi mənanın iradə edilməsi bizləri zahirdə də olsa, belə həmahəngliyin olmamasına tərəf sövq edir. Başqa bir məsələ də budur ki, sizin sual etdiyiniz iddiaya heç bir dəlil və nümunə qeyd olunmamışdır.
Elmi sahədə əql elə bir gövhərdir ki, insanlar onun vasitəsi ilə həqiqətləri ələ gətirirlər. Beləliklə, əql həqiqətlərin ələ gəlməsidir. Həqiqətləri ələ gətirməkdən əlavə, natiq nəfsi saxlayan və ona şərəf verəndir.[1]
Hikmət əhlinin terminlərində əqlin özünün növləri vardır: nəzəri əql və əməli əql; nəzəri əqlin işi həqiqətləri dərk etmək və onların haqqında düzgün mühakimə yürütməkdir.[2] Əməli əql isə insanda elə bir qüvvədir ki, onun vasitəsi ilə dərk etdikləri müqabilindəki rəftar və əks təsirlərinə nəzarət edir.[3] Yaxud, əqlin işi olar və olmazları dərk etməkdir. Əslində, əməli əql həyatın yaşayışının əsası