Please Wait
5201
İbtidai və əməldən əvvəlki təqliddə iki və ya daha artıq müctəhidin elmləri bərabər olan halda təbiz (bəzi məsələlərdə bir müctəhidə, bəzilərində isə başqa müctəhidə təqlid etmək) caizdir. Amma diqqət yetirmək lazımdır ki, bir-biri ilə əlaqəli olan məsələlərdə bir müctəhidə tabe olmaq lazımdır. Misal üçün, bədənin və paltarın nəcis olması hökmlərində bir müctəhidin, namaz qılanın paltarının hökmlərində isə başqa bir müctəhidin fətvasına əməl etmək olmaz.
Amma (bir müctəhidin fətvasına) əməl etdikdən sonra başqa bir müctəhidin fətvasına keçmək məsələsinə gəldikdə isə, bu hal özünə “üdul etməyin hökmü”nü alır.
Aydındır ki, təqliddə üdul etmək və mərcəyi-təqlidi dəyişmək ikinci mərcəyi-təqlidin daha elmli olmasına dair elm və yəqin hasil olan halda, bu iş lazımdır (vacibdir). Amma onların (ikinci müctəhidlə birincinin) elminin bərabər olduğu hallarda üdulun caiz olub-olmamasına gəldikdə isə, bəzi mərcəyi-təqlidlər buyurmuşlar: “Əvvəllər həmin məsələ xüsusunda öz müctəhidinin fətvasına əməl etməmiş olsa, bu işin işkalı yoxdur.” Deməli, əgər siz bu məsələ xüsusunda hələ öz müctəhidinizin fətvasına əməl etməmişsinizsə, başqa bir müctəhidin fətvasına əməl edə bilərsiniz.[1]
[1] Məkarim, “İstiftaat”, 2-ci cild, sual 11 və 14, səh. 26; Nuri, “İstiftaat”, 2-ci cild, sual 11, 1-ci cild, sual 4; “Tələbə risaləsi”, səh. 49