Please Wait
10463
Namazın salamından sonra təkbir deyib başı sağa və sola döndərmək müstəhəb əməllərdən biridir və hədis kitablarında da ona işarə olunmuşdur. Onu düzgün yerinə yetirmək bu cürdür:
1. Əgər namaz qılan .əxs, camaat namazında imamdırsa, qiblədən dönməmiş sağ gözüylə sağ tərəfə nəzər salır.
2. Amma əgər namaz qılan şəxs camaatla birlikdə olduğu zaman, imamın salamının cavabına bir cavab və iki salamın birini sağa və digərini isə sola verməkdir, əlbəttə o halda ki, sol tərəfində də namaz qılan olsun və ya divar olsun, amma hər bir halda sağ tərəfə salam vermək tərk olunmasın; istər sağ tərəfində bir şəxsə olsun istərsə də olmasın.
3. Əgər namaz qılan təklikdə namaz qılır, həmin halda üzü qibləyə bir dəfə desin "Əssəlamu ələykum" və azca üzünü sağa çevirsin o qədər ki, burnu sağ tərəfə dönsün.[1]
Yuxarıdakı bəhsdən məlum olur ki, təklikdə namaz qılan şəxs üçün müstəhəb olan şey, başını döndərməkdir, o qədər ki, burnu sağ tərəfə dönsün; amma camaat namazı qılan şəxs üçün başını sağa və sola döndərmək işarə olunduğu miqdarda müstəhəbdir.
Demək lazımdır ki: Üç dəfə Allahu əkbər və əlləri yuxarı qaldırmaq namazdan sonrakı əməllərdən sayılır və əhkam kitablarında qeyd olunmuşdur.[2]
Bu sualın ətraflı cavabı yoxdur.