Ətraflı axtarış
Baxanların
6508
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
İmam Zaman (əleyhis-salam)-ın at və qılınca qiyam edəcəyi barəsində izah verin: bu məsələ düzdürmü? Müharibə təyyarələri ilə necə döyüşə bilər?
Sual
İmam Zaman (əleyhis-salam)-ın at və qılınca qiyam etməsi barəsində izah verin: Bu məsələ düzdürmü? O həzrət müharibə təyyarələri ilə necə döyüşə bilər?
Qısa cavab

Rəvayətlərdə gələn şahidlərə diqqət yetirməklə imam Zaman (əleyhis-salam)-ın at və qılıncla qiyam etməsi kinayə mənasını – qəhr və qələbə mənası daşıyır. Necə ki, Quranda deyilən “at ilxılarından olan qüvvə ilə silahlanın” cümləsi insanın güclənərək düşmənə hücum etməsinə səbəb olan hər növ silaha şamildir: istər nizə olsun, istərsə də raket və s. Buna əsasən, at və qılınc dedikdə hər hansı bir ünvan və xüsusiyyət nəzərdə tutulmur ki, hazırkı inkişaf etmiş döyüş silahları müqabilində yetərsiz olduğu təsəvvür olunsun.

Ətreaflı cavab

Mövzunun aydın olunması üçün gərək əvvəlcə imam Zaman (əleyhis-salam)-ın at və qılınc ilə qiyam edəcəyini göstərən rəvayətləri təhlil edib araşdıraq ki, o həzrətin müasir silahlarla necə qarşılaşması ağlasığan bir məsələ olsun.

Ravi deyir: Mən İmam Sadiq (əleyhis-salam)-ın yanında olanda Müəlla ibni Xüneys o həzrətdən soruşdu: “İmam Zaman (əleyhis-salam)-ın tutduğu yol və rəftar Əli (əleyhis-salam)-ın üslubunun əksinə olacaqdırmı?” Həzrət buyurdu: “Bəli! Çünki Əli (əleyhis-salam)-ın tutduğu yol (müxaliflərə) minnət qoymaq və onlardan əl çəkmək idi. O həzrət bilirdi ki, özündən sonra şiələr düşmənlər qarşısında məğlub olacaqlar. Lakin Qaim İmam (əleyhis-salam) qiyam edən zaman onlara (müxaliflərə) qarşı qılıncla rəftar edəcək və onları əsir tutacaqdır. Çünki o həzrət bilir ki, özündən sonra şiələri heç vaxt düşmənə məğlub olmayacaqlar.”[1]

Həmçinin, imam Sadiq (əleyhis-salam) buyurur: “Həzrət Məhdi qiyam edən zaman Bədr müharibəsində müsəlmanların köməyinə gələn mələklər o həzrətə kömək edəcəklər. Onların üçdə biri ağ ata, üçdə biri əbləq (ala-bula) ata, digər üçdə biri isə qırmızı atlara minmiş olacaqlar.”[2]

Bu rəvayətlərə diqqət yetirməklə aşağıdakı məsələləri araşdırmaq lazımdır:

1. Rəvayətlərdə mövcud olan şahidlərə əsasən “qılıncla qiyamın” mənası qələbə çalmaq və hakim kəsilməkdir. Necə ki, Quranda müsəlmanların düşmənlər qarşısında (hərbi) hazırlığı ilə əlaqədar buyurulur: “Düşmən qarşısında bacardığınız qədər qüvvə və qüdrət tədarük görün (hazırlayın): düşmənlə müharibə üçün təlim görülmüş atlar hazırlayın ki, həm özünüzün, həm də Allahın düşmənlərini qorxudasınız.”[3]

Alimlər ayədəki “min qüvvətin” kəlməsinin təfsirində demişlər ki, “qüvvə” dedikdə məqsəd insanın güclənməsinə və düşmənə hücum etməsinə səbəb olan hər növ silahdır: istər nizə olsun, istər raket, istərsə də başqa şey. Bu ayədə “qüvvə” kəlməsindən istifadə edilməsinin səbəbi bəlkə də bu ola bilər ki, qiyamətə qədər istehsal olunan hər növ müdafiə qüvvəsinə və müharibə (döyüş) silahına şamildir. Çünki Quranın nazil olduğu dövrdə müharibə qüvvəsinin ən böyük nümunəsi ayədə aşkar deyilən döyüş atları idi.

İmam Zaman (əleyhis-salam)-ın qiyamında atdan istifadə olunması da kinayə mənası daşıyır. Çünki imam Sadiq (əleyhis-salam)-dan nəql olunan rəvayətdə deyilir ki, Bədr müharibəsində iştirak edən (müsəlmanlara kömək edən) mələklər atlara minmiş halda o həzrətin köməyinə gələcəklər. Burada məqsəd Allahın qüdrətidir.

2. Peyğəmbərlər və övliyalar (əleyhimus-salam) ilahi maarifi camaatla çatdırmaqda onların öz əql səviyyələrində danışmağa vəzifəli idilər. İmamın qiyamı barəsində də məhz belə bəyan olunur və camaatın döyüş vasitələri barəsində düşüncə səviyyəsi nəzərə alınır.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbər (səlləllahu əleyhi və alih) camaatla, onların əql səviyyəsinə münasib söhbət edir və buyururdu: “Biz peyğəmbərlərə göstəriş verilmişdir ki, camaatla, onların əqli səviyyəsində danışaq.”[4]

Deməli, o dövrdə döyüş vasitələri at və qılıncdan ibarət idi, yeni silah növləri ixtira olunmamışdı. Yeni silahlar barəsində camaatın zehnində təsəvvür olmadığına görə o həzrətin qiyamı belə bəyan olunmuşdur.

İslam mənbələrində gələnlərə uyğun olaraq Allah-taalanın imam Zaman (əleyhis-salam)-a verdiyi ixtiyarlar və imkanlar qılınc və atla bitmir ki, “belə cüzi imkanlarla hazırkı inkişaf etmiş silahlara necə qarşılaşmaq olar?” deyə şübhə yaranmış olsun. Rəvayətlərdə mövcud olan şahidlərə əsasən, hazırkı döyüş sursatlarından o həzrətin hədəflərinin irəli aparılmasında istifadə olunması mümkündür. Çünki Allahın iradəsi bu əsasda olmuşdur ki, haqq-ədalət hökuməti bütün dünya səviyyəsində yalnız o həzrətin vasitəsi ilə bərqərar edilsin. Allah istədiyi işi görür, bəşərə aid olan vasitələrlə Öz hədəfini həyata keçirir.

3. Hazırkı dünyada elm və texnologiyanın inkişafı ilə hər növ müharibə vasitəsi ixtira edilsə də, bəzi ölkələrdə  ictimai asayişi bərqərar etmək üçün hələ də ibtidai vasitələrdən: at və qılıncdan istifadə olunur. Buna görə də imamın zühur dövründə inkişaf etmiş silahlara yanaşı  at və qılıncdan  istifadə edilməsi mümkündür ki, Peyğəmbər dövründə mövcud olan silahları təcəssüm etdirən bir simvol olsun.

 


[1] Tusi, Məhəmməd ibni Həsən. “Təhzibul-əhkam”, 6-cı cild, səh. 154, hədis 2, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[2] Nomani, Məhəmməd ibni İbrahim, “Əl-ğeybət”, səh. 244, hədis 44, “Səduq” nəşriyyatı, Tehran, 1397-ci qəməri il

[3] “Ənfal” surəsi, ayə: 60.

[4] Kuleyni, Məhəmməd inbi Yəqub, “Kafi”, 1-ci cild, səh. 23, hədis 15, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114913 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Allah təalanın məkrinin mənası nədir?
    9699 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Həzrət Məryəm (s) üçün “aləm qadınlarının ağası (seyyidəsi)” deyilmişdir. Məgər bunun Həzrət Zəhra (s) üçün işlədiləməsinin eybi yoxdur?
    7743 Qədim kəlam 2012/04/17
    “Aləm qadınlarının seyyidəsi (başçısı)” cümləsi müstəqil şəkildə Quranda qeyd olunmamışdır. Bu cümlə Al İmran surəsinin 42- cü ayəsindən götürülmüşdür. Allah təala həzrət Məryəmə (s) müraciət edir: «و اصطفاک علی نساء العالمین» “Allah təala səni aləm qadınlarının arasından seçdi”. Bu ayədə məqsəd, Allah təalanın ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47149 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Musiqinin haram olmasının dəlillərini açıqlayın?
    37165 Nizamlar hüquq və əhkam 2011/09/18
    Fiqh terminində musiqiylə ğina bir- birindən fərqlidirlər. Ğina o səsə deyilir ki, insan boğazında bir neçə not şəklini alaraq səslənsin və dinləyicidə sevinc və fərəh halının yaranmasına səbəb və oyun və rəqs məclislərinə münasib olsun.Amma musiqi, bir səsdir ki, musiqi alətindən eşidilir.Bir çox ayə və rəvayətlərə və bir ...
  • Məsihilərlə evlənməyin şərt və hökmləri hansıdır?
    8517 Nizamlar hüquq və əhkam 2011/06/27
    İslam nəzərindən, məsihilər kitab əhlindəndirlər. Şiənin təqlid mərcələrinin nəzərinə əsasən, müsəlman qadın onlarla evlənə bilməz. həm daimi evlilik həm də müvəqqəti evlilik. Müsəlman kişi də kitab əhlindən olmayan kafir qadınlarla daimi ya müvəqqəti evlənə bilməz. Amma müsəlman kişilərin kitab əhli qadınlarıyla müvəqqəti evlənməsi barəsində möhkəm nəzər icazəli olma və daimi ...
  • İmam Əlinin(ə) Allahın bəzi hökmləri haqqında sakit qalmasından məqsədi nədir? Və nə üçün buyurdu onları tapmaq üçün özünüzü zəhmətə salmayın?
    6632 Təfsir 2012/02/12
    İmam Əli (ə) bu sözündə buyurur: Allahın hökmlərindən və maarifdən bəyan etdiyi şeylər, həqiqətin hamısı deyil, bəlkə bir şeylər var ki, Allah onları vəzifə olaraq insanlar üçün təyin etməyib və onlar barədə sakitliyi seçibdir; axirət üçün faydasız olan dəqiq məlumatların vəzifəsi kimi: Çünki Allah unutqanlıq üzündən, sakitçiliyə təyin etməyib; ona ...
  • Quran surələrindən hansı birini oxumağın savabı daha çoxdur?
    18749 Təfsir 2011/07/02
    Quran əməl kitabıdır. İslam nəzərində Qurana bir həyat tərzini təyin edən bir kitab kimi və ya insan üçün həyat dərsləri kimi nəzər olunsun. O şəxslər ki, yalnız Quran surələrini və ya o surələr ki, onları oxumağın daha çox savabı vardır deyə bu fikirdədirlər, başqa surələrin bərəkətindən məhrum olarlar. Əlbəttə ...
  • Bizim niyə yalnız on iki imamımız olmalıdır? Qeybdə olan imamın zamanında necə nicat tapa bilərik?
    10262 Qədim kəlam 2011/10/03
    İlahi bir məqam və mənsəb olduğuna görə, İmamı və İmamların sayını təyin etmək Allahın əlindədir. Bizim bundan xəbərdar olmağımızın yeganı yolu, Peyğəmbər (s)- in dediyi sözlərdir. Peyğəmbər (s) müxtəlif yerlərdə İmamların kimliyini və sayını bəyan etmişdir. O cümlədən sünnilərin böyük alimlərinin nəql etdiyi rəvayətdir ki, Peyğəmbər (s) buyurdu: On iki ...
  • Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
    6815 Hədis elmləri 2012/01/08
    İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166408 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165397 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120433 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114913 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113066 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95101 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56418 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55316 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47149 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46410 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...