Ətraflı axtarış
Baxanların
8907
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Dini və qeyri-dini məktəblər arasında nə kimi fərqlər vardır?
Sual
Hansı əsas meyarlar dini və qeyri-dini məktəb və quruluşlar arasında fərq qoyaraq onları bir-birindən ayıra, birini yüksək, digərini isə aşağı səviyyədə qərar verə bilər?
Qısa cavab

Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər dinlər arasında əsas oxşarlıq və müştərək cəhət – yer üzündə tövhid və Allaha pərəstişin bərqərar edilməsi, insanların Allahdan başqasına pərəstiş və bəndəlikdən xilas olmasıdır. Quranda buyurulur: “Biz hər bir ümmətdə bir peyğəmbər göndərdik ki, (camaata) “Yeganə Allaha pərəstiş edin və tağutdan çəkinin!” desinlər.” Əgər bütün dinlərdə olan bu müştərək cəhəti və oxşarlığı nəzərə alsaq, hətta məsihi dini İsa (əleyhis-salam) kimi, yəhudi dini də Musa (əleyhis-salam) kimi peyğəmbərin gətirdiyi tövhid əqidəsi və yeganəpərəstlik nidaları ilə, hər növ təhrifdən uzaq olan ilkin ilahi prinsiplərlə birlikdə qeyri-dini məktəb və ideologiyalardan  üstündür, baxmayaraq ki, hər bir əsrdə bu ilahi dinlərin ardıcıllarının bəziləri öz dinlərinin ilkin etiqad prinsiplərinə etinasız yanaşmış, öz səmavi kitabları olan Tövrat və İncili təhrif etmiş və nəticədə bu dinləri qeyri-dini ideologiyalara oxşar vəziyyətə salmışlar.

Dini quruluş və məktəbin qeyri-dini məktəblərdən ən mühüm imtiyaz və dəyəri – insan fitrətinin qəflətdən oyadılması və onun batinində əmanət qoyulmuş bil-qüvvə mənəvi kamalları (istedadları) feliyyətə (zühur ərsəsinə) çatdırmaq olmuşdur. Başqa sözlə desək, düzgün dini dəyərlər və əsaslara görə bil-qüvvə vəziyyətindən (hələ zahir olmamış istedadlardan) bil-fel vəziyyətinə (zahir olmağa) doğru tədrici dəyişiklik icad etmək üçün şərait yaratmaqdır.

Ətreaflı cavab

Əvvəldə xatırlatmaq lazımdır ki, islam dini ilə təhrif olunmamış digər səmavi dinlər arasında əsas oxşarlıq tövhidi və yeganə Allaha pərəstişi yer üzündə bərqərar etmək, insanları Allahdan qeyrisinə pərəstişdən və bəndəlikdən xilas etməkdir. Quranda buyurulur: “Biz hər ümmətdə bir rəsul göndərdik ki, (ümmətə desinlər:) Yeganə Allaha pərəstiş edin və tağutdan çəkinin!”[1]

Əgər peyğəmbərlərin dəvətində mövcud olan bu oxşarlığı nəzərə alsaq, hətta məsihi və yəhudi dinində belə İsa və Musa (əleyhiməs-salam) kimi peyğəmbərlərin tövhid və yeganəpərəstlik nidası ilə qarşılaşırıq. Bu da onların ilkin etiqad üsulları idi ki, həmin dövrdə təhrifdən uzaq olmuş, qeyri-dini məktəb və ideologiyalardan çoxlu fərqlərə malik olmuşdur. Baxmayaraq ki, hazırkı dövrdə məsihilərin və yəhudilərin bəziləri öz dinlərindəki ilkin etiqad prinsiplərinə etinasız yanaşmış, öz səmavi kitabları olan Tövratı və İncili təhrif etmişlər. Buna görə də bir çox hallarda bəlkə də qeyri-dini məktəblərə oxşar olduğunu demək olar.

Amma ilahi dinlər arasında İslam dini hərtərəfli bir ayindir, onun dini təlimləri səadətə çatmaq istiqamətində bütün fərdi və ictimai məsələlərə şamildir. İslam dininin hərtərəfli olması onun hüdudlarının və sərhədlərinin geniş miqyaslı olmasının göstəricisidir. İslam dininin hərtərəfli olması onun Allah tərəfindən nazil edilməsi ilə uyğundur. Dinin nazil olmasının hədəfi də elə insanın xilqət hədəfidir. Çünki insanı müəyyən bir hədəf üçün yaradan Allah o hədəfə nail olmaq üçün lazım olan hökmləri, göstərişləri və maarifləri də ona çatdırmalıdır. Allah-taala bu proqramları müxtəlif zaman dövrlərində insanların ehtiyac və ləyaqətlərinə uyğun olaraq göndərmişdir. O proqramların hamısı “islam” adı ilə həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və onun canişinlərin (əleyhimus-salam) vasitəsi ilə bəşəriyyətə gətirilmişdir.[2]

Deməli, islam dini və onun ideologiyası digər dinlərdən üstün və onlarla müqayisədə hərtərəflidir. Amma ümumi şəkildə, bu din digər ilahi dinlərlə, habelə qeyri-dini məktəblərlə – o cümlədən: hər növ təhrifdən uzaq olan əsil asimani dinlərin prinsip və üslublarından heç birinə tabe olmayan liberalizmlə müqayisədə əsaslı meyarlara və imtiyazlara malikdir. Aşağıda  bu fərqlərin və imtiyazların bəzisinə küllü şəkildə işarə edirik:

a) Hədəfdəki fərqlər və imtiyazlar

Həyatının əsası və üslubları din əsasında olmayan quruluş və ideologiyalar bütün diqqətlərini dünyaya və insan mehvərində təmərküzləşdirmişlər. Başqa sözlə, onların əsas hədəfi yalnız insanın və cəmiyyətin maddi və dünyəvi ehtiyaclarını təmin etməkdir, bundan əlavə heç bir hədəf nəzərdə tutmurlar.[3] Amma dini quruluş iki əsas hədəfi izləyir: Əvvəla, insanın və cəmiyyətin bu dünyadakı ehtiyaclarının təmin olunması və insanların səadətə çatması, ikincisi isə axirətdəki əbədi səadətinin təmin olunması.

İslam  ideologiyasının ən mühüm hədəfləri aşağıdakılardır:

1. Bütün yer üzündə tövhid və yeganə Allaha pərəstişin bərqərar olunması, insanların Allahdan qeyrisinə pərəstiş və bəndəlikdən xilas edilməsi;

2. İslami haqq-ədalətin bərqərar edilməsi yolu ilə nümunəvi və ideal cəmiyyətin təşkil olunması: “Biz Öz rəsullarımızı aydın dəlillərlə göndərdik və onlara (asimani) kitab və (haqqı batildən seçib ayıran və ədalətli qanunlardan ibarət olan) mizanı nazil etdik ki, camaat ədaləti bərqərar etsinlər.”[4]

İnsani fəzilətlərin çiçəklənməsi, mənəviyyatın inkişafı və ilahi qürb – son kamal mərhələsinə çatmaq üçün ictimai ədalətin bərqərar olunması islam dininin xüsusi işlərindən biri kimi tanınır. Halbuki, qeyri-dini məktəblərdən heç biri ali-insani fəzilətlərin çiçəklənməsi, insanların dünya və axirət səadətlərinə münasib şərait hazırlamaq istiqamətində heç bir iş görmürlər.

3. İnsan fitrətini qəflət yuxusundan oyatmaq, onun ruhunda qoyulmuş bil-qüvvə mənəvi kamalları (istedadları) feliyyətə (zühura) çatdırmaq. Başqa sözlə, düzgün dini dəyərlər əsasında bil-qüvvə mərhələsindən bil-fel və zühur mərhələsinə seyr etmək üçün insanda tədrici dəyişikliklərə şərait yaratmaq.

b) Pislik və yaxşılıq meyarındakı fərqlər

Qeyri-dini məktəblər və quruluşların üslub və proqramlarında yaxşını və pisi, vacibi və haramı ayırd etmək əsas etibarı ilə vəhyi, dinin əsas prinsipləri və dəyərlərini nəzərə almadan baş verir. Onların inancına görə əql təklikdə  – vəhydən kömək almadan yaxşını pisdən seçməyə qadirdir. Bu nəzəriyyə “əqlə ifratçı meyl cərəyanı” kimi məşhurdur. Yaxud onların bəziləri yaxşını və pisi ayırd etməkdə yeganə meyar kimi insani hiss və duyğuları qəbul edirlər. Yaxşını və pisi ayırd etmək barəsində digər meyarlar da vardır.

Şübhəsiz, mənəvi dəyərlərə etinasızlıq “məqsəd vasitəni doğruldur” nəzəriyyəsini əməldə hakim bir prinsipə çevrilir, əxlaqi meyarları və prinsipləri kölgədə qoyur.

Amma islam dinində insanın ilahi kəramət və əxlaqı ilə uyğun gəlməyən, yüksək insani keyfiyyətlərlə, ideal əxlaqi dəyərlərlə müxalif olan və bəşərin əbədi səadətini və kamalını dağıdaraq məhv edən üslub və meyarlardan istifadəyə icazə verilmir.[5]

 

v) İnsan ruhunun (nəfsinin) saflaşdırılmasında islamın iki istiqamətdəki nəzəri

İslam dini səadət, kamal və ruhi yüksəliş yolunda insana iki tərəfli yol göstərir və bu yoldakı müvəffəqiyyəti onun nəticəsi hesab edir. Bu həqiqəti inkar etmək olmaz ki, insan fiziki cisimdən  əlavə, daha yüksək varlıq olan ruha da malikdir, ona təkcə fiziki yöndə nəzər salaraq ruhundan qafil olmaq olmaz. Qurani-kərim insan xilqəti ilə əlaqədar söhbət edərkən hər iki yönə işarə edir: “İnsanın xilqətini palçıqdan başladı”[6], “Sonra onun nəslini çox dəyərsiz bir suyun xülasəsindən yaratdı.”[7] Bu, insanın maddi yönündür. Bunun davamında onun həqiqi və ruhani həqiqətinə işarə edərək buyurur: “Öz ruhumuza mənsub olan ruhdan ona verdik.”[8]

İlahi yönlü ruh mələkuti, şərafətli və zavala uğramayan bir ünsürdür. İslam nəzərindən bu mücərrəd ünsür bədənin çürüyüb dağılmasından sonra da qalır, əbədi həyatdan bəhrələnir, əncam verdiyi işlərə görə ya əbədi səadətə, ya da əbədi bədbəxtliyə düçar olur. İlahi dünya görüşündə insanın tərifində deyilir ki, insanın kamalı ruhi yöndə təkamül və yüksək insani sifətlərin kəsb olunması ilə aşkar olur.[9]

 


[1] “Nəhl” surəsi, ayə: 36

[2] Bu barədə əlavə məlumat almaq üçün aşağıdakı görünüşlərə bax: “İslamın haqq olmasının dəlilləri”, sual 13071 (sayt: az13107); “İslamın sair dinlərə üstünlüyü və xüsusiyyətləri”, sual 12304 (sayt: 12069)

[3] Bax görünüş: “İnsanlar və vəliyyi-fəqih əsasında olan hökumət, onun liberalist quruluşundan üstünlükləri”, sual 9981, (sayt: 10127)

[4] “Hədid” surəsi, ayə: 25

[5] Aşağıdakı görünüşlərə bax: “Dini mənbələrin əxlaqda rolu”, sual 562, (sayt: 615), “Təkamül əxlaqı və onun nəticələri”, sual 563, (sayt: 616), “Din əsasında olan əxlaq”, sual 7078 (sayt: 7327)

[6] “Səcdə” surəsi, ayə: 7

[7] “Səcdə” surəsi, ayə: 8

[8] “Səcdə” surəsi, ayə: 9

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Mələklərin ömrü nə qədərdir? Yaxın mələklərdə ölürlərmi? Necə?
    8545 Qədim kəlam 2011/09/12
    Rəvayətlərə əsasən mələklər Peyğəmbər (s) və İmamların (ə) ruhlarının yaranmasından sonra yaranıblar. Onların hamısı hətta Cəbrayil, İsrafil və İlahinin digər yaxın mələkləri qiyamətdən qabaq öləcəklər. Mələklərin ölümünün necəliyi barəsində ehtimal var ki, məqsəd onların misali qaliblərindən ruhun əlaqəsinin kəsilməsi yaxud onların davamlı fəaliyyətlərinin işdən düşməsidir. ...
  • Xəcalətin kökü nədir?
    9902 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Kamala yetişmək yolu
    5989 Əməli əxlaq 2011/08/23
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин. ...
  • Mən bir cavanam və çox istəyirdim bilim, həyatdan məqsəd nədr?
    6776 Hədis elmləri 2012/01/08
    İslam təlim və göstərişlərində, son dərəcədə həyatdan məqsəd işarə olunmuşdur. Quran Kərim insan həyatından məqsəd Allaha bəndəlik və onun sayəsində dünya və axirətdə mənəvi kamal və səadətə yol olmasını bildirmişdir. Başqa cür desək insanın həyatı və yaranmasından məqsəd gözəl əməl sahibi olmaq müsabiqəsi kimi bildirmişdir. Rəvayətlərdə yaradılmışdan məqsədin bir çox ...
  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    5872 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Allahın zatı dedikdə nə başa düşülür? Allahın varlığı onun zatının eynidir nə deməkdir?
    11787 صفات ذاتیه 2013/12/16
    Allahın zatından məqsəd, bəzi vaxt batin və bəzi vaxt isə zarıdır ki, bu zaman demək lazımdır: Allahın batini və zatı hər bir kəs üçün gizlidir. İmam Baqirin (ə) sözlərində açıqlanır: İnsan bir nə qədər yaradılışı haqqında fikirləşsə bir o qədər ona (Allaha) doğru qayıdacaq.[1] ...
  • Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd olunmuş açıq-aydın günahın nümunəsidirmi?
    8420 Təfsir 2015/05/30
    Ərəb dilində "fahişə" sözü çox çirkin günahlara və ya elə günahlara deyilir ki, şəri cəhətdən haram olmağından əlavə, əqli cəhətdən də qəbih sayılır. Əlbəttə, bəzi vaxtlar ərəblər zinakar qadına da fahişə deyirlər. Amma, Quranda gələn bu kəlmə ümumi mənada olub, hər bir günaha aid olur. Bəyyinə kəlməsi ...
  • Allahın necə doğru və yanlış məlumatlara elmi var? Bir halda ki, yanlış məlumatlar elm hesablanmır?
    6951 Qədim kəlam 2012/03/11
    Bir mətləbə elmin olması istər o mətləb doğru olsun istərsə də yanlış, o mətləbi qəbul etmək mənasına deyil. Bilirik ki, Allah elmini xaricdə olan doğru və yanlış məlumatlardan ələ gətirmir, bəlkə Allahın elmi zatıdır. ...
  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12904 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • Şirkətlərin və idarələrin personelinə (işçilərinə) girov adıyla ödənilən məbləğə xüms gəlir?
    5667 Nizamlar hüquq və əhkam 2011/10/30
    İmam Xumeyni və Məqami müəzzəm Rəhbərin fətvasına uyğun olaraq o pul ki, idarələr şirkətlər və fabriklərdən fəhlə işçi və personelinə girov adıyla verilir o puldan hər nə qədər xüms ilindən artıq qalarsa onun xümsu ödənilməlidir.[1]

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166025 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165271 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120300 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114710 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112622 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94868 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56069 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55227 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46971 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46303 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...