Ətraflı axtarış
Baxanların
7744
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
Sual
Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
Qısa cavab

Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam məntəqələrinə hicrət etmişdir. Ömrünün axırlarında bir il ciddi nəzarət altında olmuş, sonra 786-cı hicri qəməri ilinin cumadəl-ula ayının 9-da tutularaq şəhid edilmişdir. Onun ustadları, şagirdləri və əsərləri ilə əlaqədar məlumat əldə etmək üçün ətraflı cavaba müraciət edə bilərsiniz.

Ətreaflı cavab

Şəhidi Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibni Məkki Amili Cəzini[1] 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri idi.

Şəhidi Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır.

Şəhidi Əvvəlin xüsusiyyətlərindən bəziləri: güclü nəzər diqqətə malik olması, fiqhin bütün təfərrüatına və onun mənbələrinə (Kitab və sünnətə) dəqiq şəkildə agahlığı, sair məzhəblərin fiqhinə kamil əhatəli olmaq və s.

Ömrünün axırında bir il müddətində nəzarət altında olmuş, sonra 786-cı ilin cumadəl-ula ayının doqquzunda şəhid edilmişdir.[2]

Dəməşqin hakiminin Misir padşahlarından birinə verdiyi göstərişə əsasən onun mübarək cəsədini dar ağacından endirib sonra  yandırmışlar.

Ustadları

Şəhidi Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir. Onun elmi və mənəvi şəxsiyyətinin formalaşmasında mühüm rol ifa edən alimlərdən bəziləri: Fəxrul-Mühəqqiqin, Seyid Əmiduddin Əbdül-Müttəlib ibni Ə’rəc Hüseyni, İbni Məiyyə Dibaci Hilli kimi tanınan Seyid Tacuddin Məhəmməd ibni Qasim, Məhəmməd ibni Məhəmməd Qutbuddin Razı Buveyhi, Əli ibni Əhməd Tərrad Mətarabadi, İbni Məzidi kimi məşhur olan Əli ibni Cəmaləddin Əhməd Hilli, Seyid Əhməd ibni Əbi İbrahim Məhəmməd ibni Zöhrə Hələbi Hüseyni, Seyid Məhəmməd ibni Əhməd ibni Əbi Məali Musəvi və s.

Şəhidi Əvvəl Məkkə, Mədinə, Bağdad, Dəməşq, Beytul-müqəddəs və sair kimi yerlərdə həm də sünnü alimlərindən olan 40 nəfərin elmindən bəhrələnmişdir. Onların bəzilər: İbrahim ibni Cəmaət, Qazil-quzat Əbdül-Əziz ibni Cəmaət, Əbdüs-Səməd ibni Xəlil Bağdadi və s.

 

Şagirdləri

Şiənin böyük alimlərindən bir çoxu bu məşhur fəqihin elmindən bəhrələnmişlər ki, bəzilərinin adını qeyd edirik: Miqdad ibni Əbdullah Seyvəri, Məhəmməd ibni Əbdül-Əli ibni Nəcdə Kərki, Əli ibni Həsən ibni Məhəmməd Xazin Hairi, Sitti məşayıx adı ilə məşhur olan Ümmül-Həsən Fatimə binti Şəhid  və s.

Əsərləri

Şəhid əvvəlin kitablarından: “Əl-ərbəin”,[3] “Təfsirul-baqiyatis-salihat”, “Əl-lüm’ətüd-Dəməşqiyyə”, “Ər-risalətul-əlfiyyə fis-səlat”, “Ər-risalətun-nəfliyyə fis-səlat”,[4] “Əd-durusuş-şər’iyyə fi fiqhil-imamiyyə” və s.[5]

 


[1] Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 177, “Darut-təarif lil-mətbuat”, 1406-cı qəməri il

[2] Yenə orada

[3] Əmin, Seyid Həsən, “Müstədrəkatu ə’yaniş-şiə”, 1-ci cild, səh. 91, “Darut-təarif lil-mətbuat”, 1408-ci qəməri il

[4] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 122, Şəhidi Əvvəl vacib namazlar barədə min hökmü “Əlfiyyə” kitabında, müstəhəb namazlar barədə min hökmü isə “Nəfliyyə” kitabında bir yerə toplamışdır.

[5] Yenə orada, 10-cu cild, səh. 62

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163875 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159477 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118825 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112005 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106091 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92674 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54196 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49940 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45053 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44501 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...