Please Wait
5976
- bölüşdürülməsi
1. Bəzi müasir fəqihlərin fətvasına əsasən: Kafir kitab- əhlinin bədəni və əlləri dəyən yemək və su nəcis və haramdır. Əlbəttə bəzi digər mərceyi- təqlidlər (Ayətullah Təbrizi, Ayətullah Fazil Lənkərani, Ayətullah Vəhid Xorasani və s...),[1] buyururlar:
Asimani dinlərin ardıcıllarının (xristianlar və yəhudilər) bədənləri zatən təmizdir. Başlarını kəsdikləri heyvanlardan bişirilən yeməklər istisna olmaqla digər yeməkləri pak hökmündədir. Bir şərtlə ki, qan və ya şərab kimi nəcasətə toxunmamış olsun. [2]
2. “Kilsənin müqəddəs çörəyi” –ni yemək bəyan elədiyimiz fiqhi hökmə tabedir. Lakin şərtə əməl olunmalıdır. Xristian təbliğçisinin əlindən çörəyi götürmək, bu əməli yaymaq bidət və batil hesab olunsa[3], müsəlmanların yolundan azmasına, ya xristian qanunlarına meylə səbəb olsa (təhrif olduğu üçün), şəxsin etiqadlarında süstlüyə səbəb olsa onların çörəklərini yemək haramdır.
3. Ənam surəsi, 119- cu ayə heyvanların necə kəsilməsinə aiddir.[4] Bütün yeməklərə şamil olmur. Yəni siz inək və ya qoyun ətindən yemək istəsəz heyvan şəri qanunlara əsasən kəsilməlidir. Şəri qaydalardan biri də odur ki, kəsilən zaman Allahın adı çəkilməlidir. Ona görə də ətdən başqa yeməklərdə bu şərt yoxdur.[5]
[1] - Bax: Adları çəkilən məceyi- təqlidlərin tozihil- məsailiniə, təharət babı, nəcasət və onların sayı, kafirin nəcasəti, Ələhkəmul- vazehe, Ayətullah Fazil, səh. 95, Əlməsaili- muntəxibi, Ayətullah Sistani səh. 93.
[2] - Müqəddəs çörək şərabla qarışdırılır.
[3] - İslam təlimlərində təkid olunmuşdur ki, bidət yayanlardan uzaq olmaq lazımdır. Həzrət Əli (ə). buyurmuşdur:
«قَالَ عَلِيٌّ ع مَنْ مَشَى إِلَى صَاحِبِ بِدْعَةٍ فَوَقَّرَهُ فَقَدْ سَعَى فِي هَدْمِ الْإِسْلَامِ»
“Bidət yayanlarla ünsiyyətdə olmaq və ona ehtiram eləyən şübhəsiz ki, islama zidd addım atmışdır.” Mən lə yəhzərul fəqih, cild 3, səh. 572
[4] -
«فَكلُوا مِمَّا ذُكِرَ اسمُ اللَّهِ عَلَيْهِ إِن كُنتُم بِئَايَتِهِ مُؤْمِنِينَ(118)وَ مَا لَكُمْ أَلا تَأْكلُوا مِمَّا ذُكِرَ اسمُ اللَّهِ عَلَيْهِ وَ قَدْ فَصلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلا مَا اضطرِرْتُمْ إِلَيْهِ وَ إِنَّ كَثِيراً لَّيُضِلُّونَ بِأَهْوَائهِم بِغَيرِ عِلْمٍ إِنَّ رَبَّك هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ(119)»
[5] - Heyvanın kəsilməsi qaydasını bilmək üçün təhrirul- vəsilə, cild 2, Balıq ovu və heyvanın kəsilməsi kitabına, məsələ 11-ə müraciət eləmək lazımdır.