Ətraflı axtarış
Baxanların
6977
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
Sual
Adəm (əleyhis-salam)-ın behiştdən aşağı enməsinin mənası nədir?
Qısa cavab

“Hübut” kəlməsi “yuxarı çıxmaq” mənasına olan “süud”un antonimidir və “yüksəklikdən aşağı enmək” mənasını ifadə edir. Bəzi hallarda da müəyyən bir məkanda hülul etmək (yerləşmək) mənasına işlənir.

Adəm (əleyhis-salam)-ın behiştdən hübutu, eləcə də “hübut” kəlməsinin mənasının araşdırılması ilk növbədə o həzrətin məskunlaşdığı behiştin necə məna edilməsinə bağlıdır. Yəni görəsən o, dünya behişti idimi, yoxsa axirət behişti? Onun əbədi behişt olmadığı qəti məsələdir. Buna əsasən, “hübut” dedikdə məqam cəhətindən aşağı enmək nəzərdə tutulur. Yəni Adəmin behiştdən aşağı enməsinin mənası onun dünyəvi behiştdən qovulması, belə bir behişt həyatından məhrum edilərək yer üzündə məskunlaşdırılması, əzab-əziyyət və məşəqqətlə yanaşı olan həyatdan bəhrələnməsi mənasınadır ki, çoxlu Quran ayələrində ona işarə edilmişdir.

Ətreaflı cavab

“Hübut” lüğətdə yüksəklikdən aşağı səviyyəli, alçaq yerə enmək mənasınadır.[1] Çoxlu ayələrdə Adəm (əleyhis-salam)-ın behiştdən ixrac edilərək yer üzündə məskunlaşdırılması “hübut təbiri ilə gəlmişdir. O cümlədən:

1. “Biz onlara dedik: Hamılıqla yer üzünə enin, halbuki bəziniz digərinizin düşməni olacaqsınız.” [2]

2. “Biz dedik ki, hamılıqla aşağı enin! Hər vaxt sizin üçün Bizim tərəfimizdən bir hidayət gəlsə, ona tabe olanlar üçün nə qorxu var, nə də qəm-qüssəli olarlar.”[3]

3. “Öz məqamınızdan aşağı enin, halbuki bəziniz digərlərinə qarşı düşmən olacaqsınız. (Şeytan sizin düşməninizdir, siz də onun düşmənisiniz.) Sizin üçün yer üzündə müəyyən vaxta qədər bəhrələnmək vasitəsi və qərargah veriləcəkdir.”[4]

Quranda “hübut” kəlməsi bir məhəllədə (şəhərdə) qərarlaşmaq, onun içində yerləşmək mənasına da gəlmişdir. Belə ki, həzrət Musa (əleyhis-salam) və Bəni-İsrailin barəsində buyurulur: “Musa dedi: “Yaxşı yeməklərin yerinə pis yeməkləri seçirsinizmi?! (Onda, çalışın, bu səhradan) bir şəhərə enin. Çünki orada istədiyiniz şeylər sizin üçün vardır.”[5]

Adəmin hübutu, eləcə də bu hübutun hansı mənaya olmasının araşdırılması onun məskunlaşdığı behiştin hansı mənaya götürməyimizə bağlıdır: Görəsən, o behişt dünya (yer və ya bərzəx) behişti idimi, yoxsa axirət behişti? Qəti məsələ budur ki, əbədi behişt olmamışdır. Deməli, hübut – məqam cəhətindən olan enməkdir. Hər bir halda bu məsələ həm müfəssirlərin, həm də fəlsəfəçilərin tərəfindən irəli çəkilir, hər biri də bu barədə müxtəlif nəzəriyyə və ehtimallar irəli sürürlər. Biz yalnız müfəssirlərin nəzəriyyəsini qeyd edirik:

Mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində buyurur: “Nüzul, hübut və vüqu kəlmələri eyni mənayadır. Bunların da mənası – “yüksəklikdən alçaqlığa doğru hərəkət etmək”dir. Bəzən “ihbitu misrən” ayəsində olduğu kimi, hübut – hülul, yəni hər hansı bir məkanda yerləşmək mənasında işlənir (ayənin mənası belə olur: bir şəhərə daxil olun, orada yerşəlin).”[6]

Mərhum Əllamə Təbatəbai bu barədə buyurur: “Hübut – behiştdən çıxmaq, yer üzündə qərarlaşmaq və məşəqqətlə dolu olan bir həyata daxil olmaq mənasınadır. “Qulnəhbitu bəzukum libəzin əduvv, və ləkum fil-ərzi mustəqərrun və mətaun ila hiyn” ayəsinin, eləcə də ondan sonrakı “qalə fiha təhyəvnə və təmutunə” ayəsinin zahiri mənası budur ki, hübutdan sonrakı məşəqqət və çətinliklərlə yanaşı olan həyatın necəliyi, ondan əvvəlki (behişt həyatındakı) həyat ilə fərqli idi. Lakin behiştdəki həyat asimani bir həyat olmuşdur ki, onda acmaq, susamaq, çətinlik və sair yox idi.”

Bu alim buyurur: “Adəmin behişti asimanda idi, amma axirət behişti və əbədi behişt deyildi. (Çünki, hər kəs axirət behiştində daxil olsa, bir daha ordan xaric olmur.)”

O böyük alim başqa bir yerdə “Asimanın mənası nədir? Asimani behişt hansı məna daşıyır?”[7] kimi sualları araşdıraraq buyurur: “Adəmin behişti dünya behiştlərindən idi. Məqsəd budur ki, bərzəx yönlü behiştlərdən olmuşdur. Bu da əbədi behiştin müqabilinə dayanır.”[8]

O alim Adəmə səcdə əmrindən sonra İblisin (imtina edərək) mələklərin cərgəsindən çıxmasının – hübut etməsinin mənasını bəyan edərkən buyurur:[9] “Fəxruc innəkə minəs-sağırın – (burdan) xaric ol, çünki sən zəlillərdənsən” – cümləsi “fəhbitu minha” cümləsi üçün bir təkidir. Çünki, hübut elə xaric olmaqdır. Onun xaric olmaqla fərqi yalnız bundadır ki, hübut müəyyən bir məqamdan xaric olaraq ondan aşağı dərəcəli bir məqama enməkdir. Həmin məna dəlildir ki, hübut dedikdə məqsəd yüksək məkandan aşağı enmək deyildir; əksinə, məqsəd yüksək bir məqamdan nisbətən aşağı məqama enməkdir. Bu da müddəamızı dəstəkləyir. Belə ki, biz dedik ki, “minha” və “fiha” kəlmələrindəki əvəzlik (ha – o) asiman və ya behişt kəlməsinə deyil, mənzilət və məqam kəlməsinə qayıdır.

“Əvəzliyin qayıtdığı yer asiman və ya behişt kəlməsidir” deyənlərin məqsədi həmin məqamdır. Buna əsasən, ayənin mənası belə olur ki, Allah-taala buyurur: “Sənə əmr etdiyimiz zaman səcdə etmədiyin üçün (bu günah üzündən) gərək öz məqamından aşağı enəsən! Çünki sənin məqamın bəndəlik və itaət məqamı idi və sən belə bir məqamda təkəbbür etməli deyildin. Belə isə, buradan xaric ol! Çünki sən xar və zəlil edilmişlərdərsən.”[10]

Əllamə (r) başqa yerdə digər bir mühüm bir məsələyə işarə edərək buyurur: “Hübut ilə əlaqədar edilən əmr təkvini bir əmirdir (təkvini təklif, vəzifədir) ki, behiştdə məskunlaşdıqdan və səhvə düçar olduqdan sonra baş vermişdi. Deməli, ilahi nəhy (qadağa) ilə müxalifət və onun həmin ağaca yaxınlaşması zamanı heç bir din yox idi və ilahi təklif də verilməmişdi. Buna əsasən, mövla qarşısında günah və bəndəlik məqamında məsiyət baş verməmişdir.”[11]

“Əl-mizan”ın buyurduğu bu kəlamın izahında demək lazımdır ki, məxsus ağaca yaxınlaşmağın qadağan edilməsi irşad yönlü bir nəhy olmuşdur. Misal üçün, təbib xəstəyə deyir ki, əgər filan yeməyi yesən, filan xəstəliyə tutulacaqsan. Burada da Allah-tala buyurur ki, bu ağaca yaxınlaşma, onun meyvəsindən yemə. Çünki onun meyvəsindən yeməyin nəticəsi behiştdən çıxmaq olacaqdır. Əllamənin bu kəlamından hübutdan məqsədin nə olduğu və onun səbəbi gözəl şəkildə aydın olur.

Ayətullah Cavadi Amuli bərzəx behiştini Adəmlə Həvvanın məskəni ünvanı ilə qəbul etdikdən sonra buyurur: “Həzrət Adəm təbiət aləminin fövqündə olan bir həyatdan təbiət hüdudlarına nəql olundu. Belə bir nəql olunma (köç etmə) vücud və məkan cəhətindən tənəzzüldür (enmədir). Bu, eynilə insanların hidayəti üçün Quranın Allah dərgahından aşağı enməsi kimidir. Bədənlə bir məkana enməsi nəzərdə tutulmur. Bundan əlavə, bu hübut həzrət Adəmin təzərrösü (ilahi dərgahda ah-nalə və yalvarışı) və tövbəsi ilə yanaşı olduğundan, o, “vilayət və xilafət hübutu” kimi təbir olunur.”[12]

İblisin enməsi məqam və mənzilət baxımından olan enmədir. Lakin Adəm insani kəramətin hifz olunması ilə eyni zamanda yer üzünə enmişdi. Yəni yer üzündə qərarlaşmaq Adəm ilə İblisin arasında müştərək idi, amma İblis özünün əvvəlki məqamını əldən verməklə yer üzünə endirildi, Adəm isə əvvəlki məqamını qorumaqla yer üzündə qərarlaşdı.[13] Deməli, İblisin iki hübutu vardır:

1. Adəmə səcdə ilə əlaqədar əmrin qarşısında təkəbbür göstərdikdən sonra mələklərin məqam və mənzilətindən aşağı enmək; bu da onun yüksək məqam və mənzilət ünvanı daşıyan behiştdən hübutu idi və “qaləhbitu minha” ayəsi[14] ona işarə edir.

2. Müvəqqəti bir yaşayış yeri olan Behiştdən aşağı enmək. Belə ki, Adəm ilə Həvvanı aldatmaq üçün ora yol tapmışdı. Bu hübut Adəmlə Həvvanı aldatdıqdan sonra o ikisi ilə birlikdə yer üzünə enməklə həyata keçdi.[15]

"Təfsiri-nümunə" kitabında “Adəmin behişti hansı behişt idi?” sualının cavabında deyilir:

Bəzilərinin o behiştin yaxşı, əməli saleh və pak insanlara vədə verilən behişt hesab etsələr də, zahir budur ki, o həmin behişt deyil, yer üzündəki gözəl ab-hava və münasib iqlim qurşağına malik olan məntəqələrdən birində yerləşən, ruh oxşayan və naz-nemətlə dolu olan bağlardan biri idi. Çünki:

Əvvəla, vədəsi verilən behiştin nemətləri əbədidir. Quran ayələrinin çoxunda onun əbədi olmasına işarə edilir və ondan çıxmağın mümkün olmadığı vurğulanır.

İkincisi, imansız və ruhən aludə varlıq olan İblisin o behiştə daxil olmasına yol yoxdur. Çünki ora nə şeytani vəsvəsələrin, nə də Allah qarşısında itaətsizliyin yeridir.

Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislərdə bu mövzu aşkar şəkildə bəyan edilmişdir.

Ravilərdən biri deyir ki, İmam Sadiq (əleyhis-salam)-dan Adəmin behişti barəsində soruşduqda həzrət buyurdu: “(O behişt) Dünya bağlarından olan bir bağ idi ki, günəş və ay onda saçırdı. Əgər əbədi behişt olsaydı, Adəm heç vaxt oradan qovulmamalı idi.”[16] 

Buradan aydın olur ki, Adəmin yer üzünə nazil olması (hübutu) məkan cəhətindən deyil, məqam cəhətindən nazil olmaqdır. Yəni o, özünün çox dəyərli məqamından, belə bir naz-nemətlə dolu və sər-səbz behiştdən aşağı endirildi.

Belə bir ehtimal da verilmişdir ki, bu behişt əbədi behişt olmasa da, başqa səma cisimlərində olan behişt olmuşdur. Bəzi rəvayətlərdə bu behiştin asimanda olmasına işarə edilmişdir. Lakin bu kimi rəvayətlərdə “səma” kəlməsinin yüksək məkana yox, yüksək məqama işarə edilməsi mümkündür.

Hər bir halda çoxlu şahidlər göstərir ki, bu behişt axirət aləmindəki behiştdən tamamilə fərqli olmuşdur. Çünki o, (axirətdəki behişt) insanın seyr yolunun sonudur, bu isə onun seyrinin əvvəlidir. Bu behişt onun əməl və proqramının müqəddiməsi, o (axirətdəki) isə əməl və proqramlarının nəticəsidir.[17]

Bu təfsirin başqa yerinə deyilir: “Hübut – lüğətdə icbar üzündən (qeyri-ixtiyari) aşağı enməyə deyilir. Misal üçün, daşın yüksəklikdən aşağı düşməsi kimi. İnsan barəsində işlədilən zaman isə cəzalandırılma ünvanı ilə yüksəklikdən aşağı qovulması mənasınadır.”

Adəm (əleyhis-salam) yer üzündə yaşamaq üçün yaradılmışdı və həmin cəhətdən behişt də çox naz-nemətli və təravətli bir məntəqə idi. Adəmin bu yerdən nüzulu və hübutu (enməsi) məkan cəhətindən deyil, məqam cəhətindən endirilməkdir. Yəni tərki-ovla etdiyi üçün Allah-taala onun məqamını aşağı endirdi və bu kimi gözəl behişt nemətlərindən məhrum edərək bu dünyanın əzab-əziyyətlərinin və məşəqqətlərinə düçar etdi.[18] [19]



[1] “Əl-eyn”, 4-cü cild, səh. 21, 44; “Lisanul-ərəb”, 7-ci cild, səh. 421; “Məcəmul-bəyan”, 4-cü cild, səh. 279

[2] “Bəqərə” surəsi, ayə: 36, Məkarim Şirazinin tərcüməsi

[3] “Bəqərə” surəsi, ayə: 38, Məkarim Şirazinin tərcüməsi

[4] “Əraf” surəsi, ayə: 24, Məkarim Şirazinin tərcüməsi

[5] “Bəqərə” surəsi, ayə: 61, Məkarim Şirazinin tərcüməsi

[6] Əlbəttə, Adəmlə Həvvanın behiştdən ixrac edilərək yer üzünə endirilməsi cəzalandırma yönünə malik deyildi; çünki mövcud dəlillərə əsasən, ilahi peyğəmbərlər (əleyhimus-salam) heç bir halda qəbahətli işə, günaha düçar olmurlar. Onların cəzalandırılmasını rəva bilən insanlar onların haqqında cəfaya yol vermiş, Mütəal Allaha qarşı ən böyük töhməti rəva görmüşlər. Çünki Adəm (əleyhis-salam) behiştdə qadağan olunmuş ağacın meyvələrindən yediyinə görə Allah onu oradan çıxartdı. İlahi məsləhət, hikmət və tədbir də tələb etdi ki, onu yer üzünə gətirsin, dünyada ağır ilahi vəzifələrə düçar etsin. “Məcəmul-bəyan”, 1-ci cild, səh. 196 -197

[7] “Əl-mizan”, 1-ci cild, səh. 135; “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 208

[8] “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 213

[9] “Taha” surəsi, ayə: 117

[10] “Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 35

[11] Yenə orada, səh. 137

[12] “Təsnim” təfsiri, 3-cü cild, səh. 383

[13] “Təsnim” təfsiri, 3-cü cild, səh. 374, 408, 466

[14] “Taha” surəsi, ayə: 117

[15] “Təsnim” təfsiri, 3-cü cild, səh. 371-375

[16] “Nurus-səqəleyn” təfsiri, 1-ci cild, səh. 62

[17] "Təfsiri-nümunə", 1-ci cild, səh. 187

[18] "Təfsiri-nümunə", 13-cü cild, səh. 333

[19] Bax: Görünüş, “Adəm (əleyhis-salam)-ın behişti”, sual 273 (sayt 112)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) pak cəsədini kim dəfn etdi?
    8074 تاريخ بزرگان 2011/12/25
    Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur: Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    5501 Siyasət fəlsəfəsi 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6867 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    16067 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9194 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6617 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
    10727 تاريخ کلام 2012/03/14
    Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır: a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir; b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6954 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".
    7641 Təfsir 2011/11/19
    Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir. Çünki bu ayələr:Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta ...
  • Bu ibarətdən məqsəd nədur?
    6420 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164002 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160136 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118956 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112213 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106913 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92851 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50566 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45236 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44720 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...