Please Wait
5908
Əxlaq başqa elmləri kimi iki hissəyə bölünür:
A: Əməli
B: Nəzəriyyə.
Əxlaqa aid qanun və məsələləri öyrənməyin bir başa düşüncəylə rabitəsi vardır; yəni hər nə qədər insanın düşüncə qüvvəsi yüksək olsa, daha çox o elmdən bəhrələnəcəkdir və hər nə qədər düşüncə və dərk etmə qüvvəsi zəif olsa o qədər də az elm öyrənəcəkdir. Amma əməl bölümündə əxlaq göstəriş və qanunlarına ki, hiss olunur sizin də sualınız bu barədədir, daha çox açıqlama tələb edir.
Əxlaqın tərifində deyirlər: Əxlaq "xulq" sözünü çəmi və xulq ibarətdi: "İnsan ruhunun qüvvəsi ki, işlərin asan və fikirləşib düşünmədən həyata keçirməsinə səbə olsun".
Bəs əxlaq bir mələkdir ki, insan vücuduna daxil olub səbəb olur ki, bəyənilməz işlər insan tərəfindən icra olunmuşdur.
Bəs hər bir xeyr iş ki, onun nəticəsi düşüncə və fikir vasitəsiylə xeyrlə nəticələnir, əxlaq fəziləti deyil, baxmayaraq ki, əxlaq ünvanı kimi adlandırılıb bəyənilir.
Əxlaqlı şəxs o şəxsdir ki, xeyir və gözəl işlər onun adəti olsun və heç bir illəti olmadan onu həyata keçirsin; çisal üçün: Əgər bir şəxs üzgüçüdürsə, düşünmədən suya girib üzməyə başlayır.
Amma üzməyi bilməyən şəxs ilk növbədə suyu və onun dərinliyini yoxladıqdan sonra, ehtiyatla suya girir. Əxlaq məsələləri də bu cürdür.
Əgər şəxs əxlaq məqamına adət etsə düşünmədən gözəl işləri həyata keçirəcəkdir, çünki o gözəl əxlaqı özündə mələkə etmişdir. Amma o şəxs ki, əvvəlcə fikirləşib sonra nəticə alır ki, iffətli olsun və ya ədalətlə bir işi həyata keçirsin, onda ədalət mələkə olmamış və əxlaq baxımından onu gözəl əxlaq sahibi adlandırmaq olmaz, baxmayaraq ki, əxlaqlı iş görmüşdür.[1]
Nəticə budur ki, düşüncə yalnız əxlaq elmini və qanunlarını öyrənməkdə rabitəsi vardır və bizə əxlaq maarifini öyrənməkdə kömək edir, amma əməl dairəsində lazım olan ən mühüm şey əxlaq göstərişlərinə əməl etməkdir.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Şeyx Tusi, Əl- adabud- diniyyə lil- xəzanətul məiniyyət, Abidi, Əhməd, səh 194 və 195. (əlavə olunmuşdur) Zair nəşriyyatı, birinci çap, Qum 1380.