Ətraflı axtarış
Baxanların
7084
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
Sual
Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
Qısa cavab

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in besətindən sonra, habelə islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsində olduğu zaman və müsəlmanların əlaqələrinin cüzi və mühüm ümumi hadisələrin az olduğuna görə bir müddət zamanı bilmək üçün tarixin başlanğıcının və hadisələrin baş vermə zamanının müqayisə olmaması heç bir problem yaratmırdı. İkinci xəlifə 16-cı, yaxud 17-ci, yaxud da 18-ci hicri ilində bu problem barəsində məşvərət etmək üçün Peyğəmbər səhabələrini bir yerə yığdı. Yəqubinin (vəfat tarixi: 292), Təbərinin (vəfat tarixi: 310), Məsudinin (vəfat tarixi: 346), İbni Əsirin (vəfat tarixi: 630) və Zəhəbinin (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə imam Əli (əleyhis-salam) ilə məşvərət etdi və bu yığıncaqda o həzrət müsəlman tarixinin başlanğıcı üçün Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrətini təklif edildi. Bu nəzər  həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi.

Ətreaflı cavab

Tarix yazmaq və tarixi hadisələrin baş vermə zamanını bilmək üçün bir tarixi başlanğıc və meyar lazımdır. Hər hansı bir tarixi hadisəni qələmə almaq istədiyimiz vaxt onun mühüm müqəddimələrindən biri tarixi başlanğıcın varlığıdır ki, sözügedən hadisənin hansı zaman hüdudlarında baş verdiyini bilək. Misal üçün, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təvəllüd tarixini bəyan etmək istədikdə mütləq onun təvəllüdünü tarixin bir hissəsi ilə müqayisə etməliyik. Məsələn, deyirik ki, o həzrət Fil ilində Rəbiul-əvvəl ayının 17-də dünyaya gəlmişdir. Bu tarixi hadisəni bəyan etmək məqamında (Əbrəhə ordusunun Kəbədə məğlub olduğu) Fil ili adlı bir tarixi başlanğıcdan istifadə etməyə məcburuq.

Deməli, ictimai həyat və əlaqələrin zərurətindən biri də bu kimi əlaqələrdə tarixdən istifadə olunmasıdır. Peyğəmbərin besətindən sonra bir müddət islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsinə şamil idi. Müsəlmanların əlaqələrinin məhdud, habelə ümumi və mühüm hadisələrin az olmasına görə tarixi olmaması zamanı bilmək və hadisələrin baş vermə vaxtlarını bir-biri ilə müqayisə etmək məqamında  heç bir problem yaranmırdı. İslamdan qabaq Ərəbistan yarımadasında tarixin başlanğıcı müxtəlif nəsillərdə bir-birindən fərqlənirdi. Misal üçün, Əbrəhənin Kəbəni dağıtmaq üçün qoşun yürütdüyü və məğlub olduğu bu mühüm hadisədən zamanın ölçülməsində mühüm bir tarix kimi istifadə olunurdu.[1]

Qeyd olunan səbəblərə görə İslamın zühuru zamanı və ondan bir müddət sonraya qədər müsəlmanlar üçün dəqiq bir tarix yox idi, bəzi hallarda elə Fil ilindən istifadə edirdilər. Lakin xəlifələrin dövründə islam ölkələrinin sərhədləri genişləndi, böyük islam ölkəsinin idarə olunması üçün hökumət fərmanları və idarəçilik sistemi təşkil edildi, rəsmi dövlət sənədlərinin, məktubların və s. tənzim olunması üçün tarixin başlanğıcı zəruri bir məsələyə çevrildi.

Tarix kitablarının nəqlinə əsasən Əbu Musa Əşəri ikinci xəlifəyə məktub yazaraq hökumət məktublarında tarixin olmamasından şikayət edirdi. O yazdı: “Ey xəlifə! Səndən bizə məktub gəlir, amma onun tarixi yoxdur!”[2]

İkinci xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hicrətindən sonra on altıncı,[3] yaxud on yeddinci və ya on səkkizinci[4] ildə Peyğəmbər səhabələrini dəvət etdi ki, bu problem barəsində onlarla məşvərət etsin. Bu yığıncaqda bəziləri dedilər ki, “tarixi farslar kimi hesab edək, yəni tarixi hadisələri padşahların səltənət tarixi ilə müqayisə edək. Məsələn deyək ki, filan hadisə filan padşahın hakimiyyəti dövründə baş vermişdir.” Bəzilər dedilər: “Roma əhalisi kimi tarixi hadisələri makedoniyalı İsgəndərin səltənəti ilə müqayisə edək.” Bu nəzəriyyələr yığıncaqda rədd olundu.

Başqaları tarixin əvvəli üçün Peyğəmbərin təvəllüdünü, bəziləri o həzrətin besətini, başqa bir qrup isə onun vəfatını tarixin başlanğıcı seçilməsini təklif etdilər. Amma bu nəzəriyyələrin hamısı şura tərəfindən rədd edildi.

Yəqubinin[5] (vəfat tarixi: 292), Təbərinin[6] (vəfat tarixi: 310),  Məsudinin[7] (vəfat tarixi: 346), İbni Əsirin,[8] (vəfat tarixi: 630) və Zəhəbinin[9] (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə imam Əli (əleyhis-salam) ilə məşvərət etdi. Bu yığıncaqda o həzrət təklif etdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrəti müsəlman tarixinin başlanğıcı olsun. Bu nəzər  həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi və bütün hökumət idarələrinə elan edildi.

Bundan sonra bütün mühüm islami hadisələr, o cümlədən Peyğəmbərin cihadları, habelə o həzrətin hicrətindən sonra baş verən hadisələr bu tarixlə qeyd olunmağa başladı.

 


[1] Təbəri, Məhəmməd ibni Cərir, “Tarixi-Təbəri”, 2-ci cild, səh. 292: “Darut-turas”, Beyrut, 1387-ci qəməri il

[2] Miskəveyh, Əhməd ibni Məhəmməd, “Təcaribul-üməm”, 1-ci cild, səh. 413, “Suruş” nəşriyyatı, Tehran, 1379-cu şəmsi il.

[3] Zəhəbi, Məhəmməd ibni Əhməd, “Tarixul-islam”, 3-cü cild, səh. 16, “Darul-kitabil-ərəbi”, Beyrut, 1413-cü qəməri il

[4] İbni Kəsir Dəməşqi, İmadud-din, “Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh. 207, “Darul-fikir”, Beyrut, 1407-ci qəməri il

[5] Yəqubi, Əhməd ibni Əbi Yəqub, “Tarixi Yəqubi”, 2-ci cild, səh. 145, “Darus-sadir”, Beyrut, bi. ta

[6] “Tarixi Təbəri”, 4-cü cild, səh. 38 və 39

[7] Məsudi, Əli ibni Hüseyn , “Murucuz-zəhəb”, 4-cü cild, səh. 300, “Darul-hicrət”, Qum, 1409-cu qəməri il

[8] İbni Əsir, Əli ibni Əbu Kərəm, “Əl-kamilu fit-tarix”, 1-ci cild, səh. 11, “Darus-sadir”, Beyrut, bi. ta

[9] “Tarixi İslam”, 3-cü cild, səh. 163

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən, Şəhidi Saninin (rəhmətullahi əleyh) həyatını müxtəsər şəkildə bəyan edin.
    7193 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam ...
  • Cin surəsinin 9- cu ayəsinin təfsiri
    10142 Təfsir 2012/04/17
    Təfsirçilər bu ayənin habelə buna oxşar digər ayələrin təfsirində, fərqli nəzərlər bəyan ediblər. Qabaqkı təfsirçilərin bir çoxu bu ayənin təfsirində ayənin zahirini qorumağa təkidli olublar. Amma Alusi öz təfsirində bu cür təfsirlərə bir çox iradlar edib və onların cavabında bəyan edibdir. "Təfsiri fi zilalın" yazıçısı ...
  • Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir olunmasına və kişilərin fəxrlənməsinə səbəb olmur?
    19229 Təfsir 2012/09/01
    Qurani- kərimin bir sıra ayələrində kişilərin qadınlara nisbət üstünlük məsələsi bəyan olubdur. Bu mövzunun açıqlanması kişiləri bütün sahələrdə üstün bilmək mənasına deyil. Bir çox alimlərin və təfsirçilərin nəzərinə əsasən kişilərin qadınlara nisbət üstünlüyünün səbəbi kişilərin bir sıra xüsusiyyətlərə sahib olmasıdır ki, onların vasitəsiylə ailəni idarə etmək vəzifəsinə ...
  • Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
    11416 Əməli əxlaq 2012/04/19
    Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək. ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    9559 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • Fəqih və kəlam alimlərinin panteism nəzəriyyəsi ilə müxalifət etmələrinin səbəbi nədir?
    8635 İrfan 2010/11/08
    1.       "Panteism" İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, ...
  • Bəzi Quran ayələrində həzrət Adəm (əleyhis-salam)-ın qara rəngli və dəyişkən torpaqdan yaradıldığı qeyd olunur. Onda demək olarmı ki, o həzrət qara dərili idi?
    7576 Təfsir 2011/05/17
    İnsanın xilqəti ilə əlaqədar Quranda çoxlu müxtəlif təbirlər bəyan olunmuşdur. Bu göstərir ki, insanın yaradılışı bir çox mərhələləri keçmişdir. O cümlədən:1. Torpaqdan yaranış:[1] “Ey insanlar! Əgər qiyamət günü barəsində şəkk-şübhədəsinizsə, (bilin ki,) Biz sizi torpaqdan ... xəlq ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6647 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Aya Quranın hər bir ayəsinin dərman hökmü vardır?
    6189 Təfsir 2012/04/18
    Allah Taala, müxtəlif ayələrdə Quranın möminlər üçün şəfa vəsiləsi olduğunu bildirmişdir.[1] Bir çox ayə və rəvayətlərdən və o cümlədən təfsirlərdən istifadə olunur ki, şəfadan məqsəd, çirkin əxlaqların məhv olunması və mənəviyyata doğru qədəm götürüb Allaha yaxın olmaqdır.[2] Amma bir ...
  • Aşura ziyarətində Bəni Üməyyənin hamısına niyə lənət edirik və deyirik:
    9150 Hədis elmləri 2011/06/28
    İlahi dinin aydın hökümlərindən biri budur ki, Allah Taala heç bir dəstə və nəsli başqalarının günahlarına görə dünyəvi və axirət əzabına düçar etməz. Bu şərtlə ki, o günahın baş verməsində bir növ təsir qoyan ya ona razı olmasın və o günahdan çəkinsinlər. Quran və rəvayətlər nəzərindən bir dəstə ya qəbiləyə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166559 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165438 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120472 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114968 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95185 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56518 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47220 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46463 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...