Please Wait
6213
Şərh: Günəş mütəhhirlərdən (pak edicilər) biridir. Yer və bina, günəş vasitəsi ilə pak olanlardandırlar.[1] Amma yer və binanın günəş vasitəsi ilə pak olması şərti budur ki, günəşin düşdüyü yerin, yaxudbinanın üzü ilə onun daxili arasında hava və ya başqa pak şey fasilə salmasın.
Məsələn, sement bloklar ki, onların arası boşdur,[2] yaxud üst qatın toprağı götürülmüş və taxta kimi bir şey və örtülmüş və arada boş fəza olan yer kimi. Belə olan halda, əgər onların həm altı, həmdə üstü nəcis olarsa, günəş ancaq onun üst hissəsini pak edər və alt hissə boş olduğu və boş fəzada hava olduğu üçün pak olmaz. Amma fəqihlərdən bəzisi günəş vasitəsinə pak olanların şərtlərində, yer və bina barəsində bu şərti qeyd etməyiblər.[3] Bəziləri isə əsasən günəşin binanı pak etməyini qəbul etmirlər.[4]
Daha artıq məlumat üçün aşağıdakı göstəricilərə müraciət edə bilərsiniz:
1- Günəş və nəcis palta, ədyal və xalçanın paklanması, sual 4805 (sayt: 5249)
2- Nəcis divarın günəş vasitəsi ilə pak olması şərti, sual 5002 (sayt: 5259)
[1] - Xumeyni, Seyyid Ruhullah, Tövzihil məsail (haşiyə İmam Xumeyni), tədqiqatçı, redaktor, Bəni haşimi, Xumeyni, seyid Məhəmməd Hüseyn, cild 1, səh 117, məsələ 191, İntişarate İslami dəftərxanası, Qum, səkkizinci çap, 1424, hicri qəməri tarixi ilə
[2] - Həmin, səh 118
[3] - Müraciət edin: Həmin, səh 117, 1128, 191 ci məsələnin tərkibində.
[4] - Ayətullah Məkarim Şirazi kimi, Binanı günəş pak edən yerlərdən bilmir və buyurur: Günəş şüası yeri və binanın damını pak edər, amma binanın özünü qapı- pəncərəsini və bu kimi şeyləri paklaması işkallıdır. Tövzihul- məsail, Haşiyə imam xumeyni, cild 1, səh 118