Please Wait
6954
İnsan ictimai bir varlıqdır ki, digərlərinin dostluq və məhəbbətinə ehtiyacı vardır. Salam vermək iki insan arasında rabitənin başlanğıc mərhələsidir ki, müxtəlif məsajlara, o cümlədən dostluq, səmimiyyət, məhəbbət, təvazökarlıq, xeyir duası, qarşı tərəfə aramlıq vermək və s malikdir. Salam sözü çox gözəl və dərin mənaya sahibdir ki, bununla müraciət edilən insana xeyir dua və salamatlıq arzulayırıq. Eyni zamanda da ona arxayınlıq veririk ki, biz tərəfdən ona heç bir zərər və ziyan gəlməyəcəkdir. Peyğəmbərdən (s) daxil olan rəvayətə əsasən salam dostluq və məhəbbətin artması səbəbi kimi qeyd edilmişdir.[1] Buna görə İslamda salam vermək çox sifariş edilmişdir. Bunu müstəhəb əmr hesab edilmiş və Allah təala tərəfindən çox mükafatların verilməsi vəd edilmişdir. İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı vardır ki, altmış doqquzu salam verənə, biri isə cavab verənə verilir.”[2] Buna görə salam vermək müstəhəb, cavab vermək isə vacibdir. Həmçinin buyurulmuşdur: “Paxıl o kəsdir ki, salam verməyə görə peşimançılıq keçirir.”[3] Buna görə rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər (s) həmişə salam verməkdə hamıdan birinci olarmış və heç kəs ondan birinci cavab verəə biməmişdir. Bu təəccüblü deyil. Çünki həzrət İslamınhəqiqətlərini və İlahi dinin əhkamını kamil yəqinliklə və fövqəladə şəkildə bilmiş və Allahın əmrləri qarşısında tam müti olmuşdur. Digər tərəfdən o həmişə müsəlmanlara nümunə olmuşdur.[4] Hər nə buyururdusa, özü ilk ona əməl edənlərdən olur və müsəlmanları İslamın əmrlərinə əməl etməyə dəvət edirdi ki, İslam cəmiyyətə bunun nəticəsindən bəhrələnsin. Bu əmrlərin sayəsində elə müsəlmanlar arasında dostluq və məhəbbət yayılmışdır.
[1] - Mustədraəkul vəsail, cild 8, səh 454.
«قَالَ ع طَلَاقَةُ الْوَجْهِ بِالْبِشْرِ وَ الْعَطِيَّةِ وَ فِعْلُ الْبِرِّ وَ بَذْلُ التَّحِيَّةِ دَاعٍ إِلَى مَحَبَّةِ الْبَرِيَّةِ»
[2] - Töhəful üqul, Cəfərinin tərcüməsi, səh 229.
[3] - Həmin mənbə, səh 229.
[4] - Əhzab, 21.
«لَقَدْ كانَ لَكُمْ في رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كانَ يَرْجُوا اللَّهَ وَ الْيَوْمَ الْآخِرَ وَ ذَكَرَ اللَّهَ كَثيراً»