Please Wait
40046
Müctəhidlərin çoxunun nəzərinə əsasən, qadınlardan xaric olan qütubət, əgər şəhvətlə (orqasm və cinsi ləzzətin son həddində) olsa, sperma hökmündədir və cənabət qüslü etməlidir.[1]
Aşağıda fəqihlərin bu barədə olan nəzərini sizin diqqətinizə çatdırırıq:
Mərcələrin hamısı (Təbrizi, Bəhcət və Nuri istisna olmaqla):
Qadından xaric olan mayelər, əgər şəhvətlə (cinsi ləzzətin son həddində) olsa, onların cənabətliyinə hökm verilir və sıçrayışla xaric olması və bədənin süst olması lazım deyil. Əgər şəhvətsiz olsa, sperma olmasına hökm verilmir, bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[2]
Ayətullah Bəhcət: Qadından xaric olan rütubətlər, əgər şəhvətlə (cinsi ləzzətin son həddi) və sıçrayışla çölə çıxsa, onun sperma olmasına hökm olur. Əgər o iki əlamətin heç biri və ya onların biri olmasa, onun sperma olmasına hökm edilmir, bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[3]
Mərcələr Təbrizi və Nuri: Qadından xaric olan rütubətlər, əgər xüsusi şəhvətlə (cinsi ləzzətin son həddi) olsa və bədən ondan sonra süst olsa, onun sperma olmasına hökm olur. Əgər iki əlamətin heç biri ya onların biri olmasa, onun sperma olmasına hökm olunmur, bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[4]
Hər halda, qadından xaric olan mayelər, onların sidik ya sperma olmasına yəqin etməyənə qədər pakdır və qüslü yoxdur.[5]
[1] - Mərcələrin izahlı şəriət hökümləri, cild 1, səh 208, məsələ 346.
[2] - Mərcələrin izahlı şəriət hökümləri, məsələ 346, Vəhid, İzahlı hökümlər, məsələ 352, Sistani, Təliqat ələl- ürvə, cild 1 Qüslül- cənabə, əl- əvvəl, Xamineyi, Əcvibətül- istiftaat, sual 171, Safi, Hidayətül- ibad, cild 1, məsələ 175.
[3] - Mərcələrin izahlı hökümləri, məsələ 346.
[4] - Təbrizi, suallar, sual 248.
[5] - Əl- ürvətül- vüsqa, cild 1, Müstəhəbbatu qüslül- cənabə, məsələ 6, Tələbə risaləsi, Hüseyni, Seyyid Müctəba, səh 77, sual 69- 70.