Please Wait
Baxanların
6203
6203
İnternetə qoyma tarixi:
2013/05/19
Saytın kodu
fr21675
Arxiv kodu
qadın səsi və naməhrəm Mövzu ilə bağlı suallar
- bölüşdürülməsi
Sualın xülasəsi
Bir qadının haqqı var ki, öz səsini naməhrəmin qulağına çatdırsın? Əgər bu işdən hədəf nə İslam və nə də işi ilə əlaqədə olmasa necə?
Sual
Bir qadının haqqı var ki, öz səsini naməhrəmin qulağına çatdırsın? Əgər bu işdən hədəf nə İslam və nə də işi ilə əlaqədə olmasa necə?
Qısa cavab
Ümumiyyətlə, qeyri-zəruri hallar istisna olmaqla, həddən artıq danışmaq bəyənilməz əməldir və hər kəs öz danışığında həddi və hüdudu gözləməlidir. O yolda, qadın üçün də yaxşı olar zəruri yerlər istisna olmaqla, hər qarşıya çıxan naməhrəmlə danışıqdan çəkinsin. Hərhalda, Quranda qadınların danışığı haqqında təkid olunmuş məqam o haldadır ki, qadınlar naməhrəm kişilərlə naz-qəmzə ilə danışmasınlar. Bu halda, bəzi ruhi xəstə kişilər qadınlara şəhvət niyyəti ilə baxa bilərlər.[1] Bu əsasa görə:
1.İcazə yoxdur ki, qadınlar yad və naməhrəm kişilərlə naz-qəmzə ilə söhbət etsinlər və bu da bəzi ruhi xəstələrin inhirafa düşüb günah müqəddəməsi hazırlansın;
2.Əgər qadınla danışan naməhrəm kişinin ona qarşı şəhvətli tamahı qorxusu olmasa, adi səslə və həddi aşmadan təbbi səslə onunla danışmağın iradı yoxdur. Bu danışıq istər zəruri olsun, istərsə də zəruri olmasın.
3.Hər halda, hər bir insan gündəlik həyatında danışqlarını qeyri-zəruri hallardan başqa ən az həddə qədər çatdırsın. Qadınlar üçün də ən yaxşı və bəyənilmiş hal budur ki, adi halda naməhrəmlərlə danışıqlarını bu həddə çatdırsınlar.

[1] Əhzab surəsi 32; “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)”
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız