Ətraflı axtarış
Baxanların
11834
İnternetə qoyma tarixi: 2014/04/26
Sualın xülasəsi
Yeddi məşhur Quran qariləri kimlərdir? Düzgün Quran qiraətinin qanunu nədir? Məsum İmamların (əleyhimussalam) yeddi məşhur qarilər haqqında nəzərləri nədir? Onların nəzərində ən düzgün qiraət hansıdır?
Sual
Yeddi məşhur Quran qariləri kimlərdir? Düzgün Quran qiraətinin qanunu nədir? Məsum İmamların (əleyhimussalam) yeddi məşhur qarilər haqqında nəzərləri nədir? Onların nəzərində ən düzgün qiraət hansıdır?
Qısa cavab
Tarix boyu Quran qariləri çox və müxtəlif səbkidə olmuş və getdikcə artırdı. O vaxta qədər ki, İbn Mücahid bütün Quran qariləri arasından yeddi nəfəri seçir. Onlar: Abdullah ibn Amir Yəhsəbi (118-ci h.qəməri ilində dünyasın dəyişib),Abdullah ibn Kəsir Darəmi (120-ci h.qəməri ilində dünyasın dəyişib), Asim ibn Əbun-Nucud Əsədi (128-ci h.qəməri ilində dünyasın dəyişib) Zəbban Əbu Əmr ibn Əlai Mazəni (154-cü h.qəməri ilində dünyasın dəyişib) Həmzət ibn Həbib Zəyyat (156-cı h.qəməri ilində dünyasın dəyişib) nafe ibn Əbdur-Rəhman Leysi (169-cı h.qəməri ilində dünyasın dəyişib) Əli bin Həmzə Kəsai (189-cu h.qəməri ilində dünyasın dəyişib)
Quranın ümumi olaraq, səhih və düzgün Quran oxununşunun qaydası haqqında onu demək olar ki, hər bir Quran oxunuşu, ümumi müsəlmanların qiraəti ilə uyğun olarsa, düzgün oxunuş sayılır. Məsum İmamlarımızdan (əleyhimussalam) nəql olunmuşu hədislərdə həmin mövzuya işarə olunur.  Əgər bəzi rəvayətlərdə Məsum İmamdan (əleyhissalam) Quranın Übəyy ibn Kəbin səbkində oxunuşuna işarə olunursa, bu o mənadadır ki, Osmanın zamanında bütün Quran müshəflərin Übəyy ibn Kəbin müshəfi əsasında tənzimləndiyinə işarədir. O zaman bir dəstə qari Quranı həmin şəxsin Quranı əsasında tənzimləmişdir. Ona görə də o zaman hər vaxt Quranın əsl mətnində ixtilaf olsa, onun Quranına müraciət edərlərmiş. Bütün müsəlmanların də qəbul etdiyi Quran nüsxəsi həmin Übəyy ibn Kəbin nüsxəsidir. Bu da artıq müsəlmanlar arasında qəbul olunmuş ümumi qanundur.
 
Ətreaflı cavab
Quran ayələrinin tilavəti və oxunuşu Quranın ən mühüm məsələlərindən biri sayılır. Belə ki, İslamın ilk günündən həmin mövzuya xüsusi diqqət edilmiş və bir dəstə Quran müəllimləri Quranın oxunuşuu və tilavətini öyrətməyi İslam cəmiyyətində öhdəsinə almışlar. İlk əvvəldə ən tanınmış səhabələrdən Quran qariləri Abdullah ibn Məsud, Übəyy ibn Kəb, Əbud-Dərda, Zeyd ibn Sabit birinci təbəqədə; Abdullah ibn Abbas, Əbul-Əsvəd Duəli, Əlqəmət ibn Qeys, Abdullah ibn Saib, Əsvəd ibn Yəzid, Əbu Əbdur-Rəhman Sələmi və Məsruq ibn Əcdə ikinci təbəqədə; nəhayət üçüncü təbəqədən ta səkkizinci təbəqəyə qədər tanınmış qarilər olmuşdur. Bu təbəqələrdən sonra Quranın yazılışı dövrü başlamış və onun ardınca yeddi nəfər ən məşhur qarinin Quran tilavəti seçilmişdir.[1]
Quran qarilərinin tilavət silsiləsi tarix boyu təkrarlanmış və sonda hicrətin dördüncü əsrində Bağdadın Quran qarilərinin şeyxi  Əbu Bəkr ibn Mücahid (324-245) bütün Quran qiraətlərini yeddi məşhur qiraət səbkində cəmləmiş və onu bütün müsəlmanlar arasında rəsmi Quran tilavəti kimi tanıtdırmışdır.[2]
Quran tilavətlərinin növləri haqqında isə demək olar ki, onların hamısının İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  nəql olunub olunmaması haqqında çox ixtilaf vardır. Ümümi olaraq, bü mövzudə təvatür (daobadal nəql) olunmasını ələ gətirmək olmur. Çünki, təhqiqatçılarının nəzərinə əsasən, İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  bir tilavətdən başqa ikinci növ Quran tilavəti olmayıb. O da həmin tilavətdir ki, müsəlmanlar arasında bu gün rəvac olub. hər hansı Quran tilavəti müsəlmanlar arasında tanınmış bugünkü tilavətlə uyğunsa qəbul, yoxsa qəbul olunmur.[3]
Yeddi məhşur Quran qarisi;
Tarix boyu Quran qariləri çox və müxtəlif səbkidə olmuş və getdikcə artırdı. O vaxta qədər ki, İbn Mücahid bütün Quran qariləri arasından yeddi nəfəri seçir.[4] Onlar:
1.İbn Amir; Abdullah ibn Amir Yəhsəbi (118-ci h.qəməri ilində dünyasın dəyişib) Şam qarisi;
2.İbn Kəsir; Abdullah ibn Kəsir Darəmi (120-ci h.qəməri ilində dünyasın dəyişib) Məkkə qarisi;
3.Asim; Asim ibn Əbun-Nucud Əsədi (128-ci h.qəməri ilində dünyasın dəyişib). Kufə qarisi. Həfz, Asimin qiraətini çox dəqiq öyrənmiş və Asimin qiraət növü onun vasitəsi ilə yayılmış və bu günə qədər məşhurdur. Bu Quran tilavət növü həmin qiraətdir ki, İslam ölkələrinin əksəriyytində Quranı o cür oxuyurlar.
4.Əbu Əmr; Zəbban Əbu Əmr ibn Əlai Mazəni (154-cü h.qəməri ilində dünyasın dəyişib) Bəsrə qarisidir.
5.Həmzə; Həmzət ibn Həbib Zəyyat (156-cı h.qəməri ilində dünyasın dəyişib) Kufə qarisidir;
6.Nafe; Nafe ibn Əbdur-Rəhman Leysi (169-cı h.qəməri ilində dünyasın dəyişib) Mədinə qarisidir. Bu növ qiraət bu gün ərəb ölkələrinin qərbində yayılmış ən çox Quran tilavət növüdür.
7.Kəsai;  Əli ibni Həmzə Kəsai (189-cu h.qəməri ilində dünyasın dəyişib) Kufə qarisidir.[5]
Yeddi qiraət növnünü ən çox təkrar yolla nəql olunması (təvatur)
Quranın qirəti mövzusunda ən mühüm məsələ qiraət növünün tarixdə ən çox müxtəlif yollarla nəql olunmasıdır. Yəni, sual budur ki, qeyd olunmuş və seçilmiş bu yeddi qiraət növü tarix boyu ravilər tərəfindən ən çox və dalbadal nəql olunandır ki bizim üçün qəti dəlil kimi hesab olunsun ya ən çox nəql olunan deyil? Quran təhqiqatçıları və fəqihlər yeddi qarinin inhisar şəkilinddə tarixdə dalbadal müxtəlif yollarla ən məşhur qirat kimi nəql olunmasına irat tutmuş və ümumiyyətlə belə bir şeyin əqli cəhətdən təsəvvürünü belə düzgün hesab etmirlər.Çünki, hər bir yeddi qarinin zamamında, onun Quran tilavət səpkisini yalnız, başqaları yox, o qarinin özü nəql etmişdir.[6]
Ən düzgün Quran tilavəti növünün tanınması qaydası;
Quran qiraətinin düzgün qanunu haqqında bir neçə kəlmədə bunları qeyd etmək olar; Yeddi qaridən əlavə ümumi müsəlmanların Quran tilavəti  ilə uyuğun olmuş olsun.[7] Çünki, iki yolu ötərək bizə çatmışdır. Əvvəl sinəbə sinə şifahi olaraq müsəlmanlar ilk gündən Quranı İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  öyrənmiş, əbədi olaraq əlbəl verərək, bu günkü günə qədər çatdırmışdır. Belə Quran qiraəti bütün əsrlərdə bütün yazılışlarda eyni mətnlə yazılmışdır.[8] Bu mövzunun əsas dəlili Həfzin Quran qiraətidir. Çünki, Həfiz ümumi cəmiyyətin qiraətini tilavət edir. İmam Əli (əleyhissalam) da həmin qiraəti tilavət edir və həmin qiraəti ümumi müsəlmanlar İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  qiraət etmişlər. Həfz ibn Süleyman Kufi Asimdən, o da ƏbduRəhman Sələmidən o da Həzrət Əlidən (əleyhissalam) və digər səhabələrdən, onlarda da İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  nəql edirlər.[9]
Bu yola təvatül yolu yəni, insanların bu yolu və qiraəti dalbadal müxtəlif yollarla eyni şəkildə çatdırmalarıdır. Amma yeddi qarinin tutduğu qiraət yolu (Asimin qiraətindən başqa hamısı) ictihad və yalnız özlərinin nəql etdiyi yollardır. Aydındır ki, Quran mətnin nəqlində isə ictihad şəri cəhətdən icazə olmadığına görə bizə də qəti dəlil kimi görünmür.  Quranın ümui müsəlmanlarnı qəbul etdiyi və mütəvatir yolla qiraətinin isbat olması üçünsə üç şərt vardır:
A) Bütün əsrlərdə Quran mətnlərinin qiraəti ilə uyğün olmalı və müsəlmanların əllərində yazılmış Quran mətni olmalıdır. Xüsusilə, bütün şərqi İslam ölkələrində yazılmış Quran çapı və əl yazmaları eyni mətn üzrə ixtilafsız yazılmışdır.
B) Ərəb lüğətinin ən fəsahətli və bəlağətli qanun və ədəbiyyatı ilə uyğun olmalıdır. Çünki, Quran ərəb dilinin ən gözəl ədəbiyyat qanunuda nazil olub və onda nadir qanunlardan istifadə olunmayıb.
d) Quran qiraəti şəriyət yolunun əsasları və qəti əqli meyarla tam olaraq uyğün olmalıdır. Quran həmişə şəriətin əsaslarını möhkəmlədən və düzgün əqli təfəkkürləri aydınlaşdıran bir çıraqdır və bu yolda ixtilafa yol vermək olmaz.[10]
Bundan əlavə, bu mövzuda Məsum İmamların (əleyhimussalam) sözləri var ki, aşağıda onlardan stat gətirəcik.
 
Məsum İmamların (əleyhimussalam) Quranın müxtəlif qiraətləri haqqında nəzəri;
Tarix boyu məsum İmamlardan (əleyhimussalam) Quranın müxtlif qiraətləri haqqında  ən möhüm mövzularda sözlər olub. Bu sözlərin bəzilərinə qısa da olsa işarə edirik;
1.İmam Məhəmməd Baqir (əleyhissalam) buyurur: "Quran təkdir və yeganə Allah-Taala tərəfindən nazil olub. Bütün bu tilavət ixtilaflar ravilər tərəfindən ona daxil olub."[11] Bu hədis bu mənadadır ki, Allah tərəfindən nazil olan qiraət də təkdir və Quran tək bir mətn üzrə nazil olub. Bu mətnin necə tilavət olunması haqqındakı ixtilaflar ravilərin şəxsi ictihadlarının nəticəsidir.
2.İmam Sadiq (əleyhissalam) buyurur: "Quran tək hərf üzrə yeganə Allah tərəfindən nazil olub."[12] İmamın (əleyhissalam) sözündən məqsəd, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)  adından oxunan müxtəlif qiraətlərə münasibətdə belə açıqlama verir və bu mövzunu inkar edərək bildirir ki, Quran tək bir mətn və tilavət üzrə nazil olub. Amma qeyd etmək lazımdır ki, İmam (əleyhissalam) ərəb dilinin ləhcəsinə görə fərqlənən Quran qiraətini isə inkar etmir.[13]
3. Salim ibn Sələmə nəql edir ki: Mənim hüzurum olan bir məclisdə bir nəfər adi camaatın qiraətindən fərqli olaraq, İmam Sadiqə (əleyhissalam) Quran tilavət etdi. O Həzrət qariyə buyurdu: Quranın belə tilafətindən (qiraətdən) əl çək və adi camaatın qiraəti kimi Quran oxu!"[14]  Ola bilsin həmin Quran qarisi Quranı müxtəlif növ qiraətlərlə tilavət edib və ona görə də belə qiraətlər Quranın mətni ilə oynamaq kimi nəticələnir və İmam (əleyhissalam) buna etiraz edir. İmam (əleyhissalam) əmr edir ki, adi müsəlmanların tilavəti və səpkisi ilə Quran oxu.[15]
4.Süfyan ibn Səmt nəql edir: Quranın nazil olması haqqında İmam Sadiqdən (əleyhissalam) soruşdum, buyurdu: "Necə öyrənmisnizsə, elə də oxuyun!"[16] O şəxs, Quranın nazil olmasında əsl mətndən soruşur və İmam Sadiq (əleyhissalam) cavab verir ki, Quranın əsl mətni həmin mətndir ki, adi müsəlmanlar sinəbəsinə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  öyrənərək, bu zamana kimi gəlib çatmışdır və siz də elə həmin mətn qiraət edin.
5.Əli ibn Həkəm nəql edir: Abdullah ibn Fərqəd və Müəlli ibn Xənis mənə nəql etdilər ki İmam Sadiqin (əleyhissalam) məhzərində idik və Rəbiətə-Rəy də bizimlə idi. O məclisdə Quranın fəziləti haqqında söz açıldı.İmam Sadiq (əleyhissalam) buyurdu: "Əgər İbn Məsud Quranı bizim qiraətimiz üzrə oxumayıbsa, yoldan azmışdır." Rəbiə soruşdu: Yolunu azıb?! İmam (əleyhissalam) buyurdu: " Bəli, yolunu azıb!" Sonra İmam Sadiq (əleyhissalam) buyurdu: " Biz, Quranı Ubəyy ibn Kəbin qiraəti oxuyuruq."[17]
Ola bilsin bu məclisdə İbn Məsudun adından Quranın qeyri-adi tilavət növündən bəhs olunub və İmam Sadiq (əleyhissalam) onların yadına salır ki, adi müsəlmanların qiraətindən başqa qiraətlər düzgün deyil və hamı ümumi olaraq bir qiraət oxunmalıdır. Əgər kimsə bu yoldan kənara çıxsa təbii ki yolunu azmış olur. Çünki, belə qiraət müsəlmanların İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm)  nəsilbənəsil bizə çatan qiraətindən kənara çıxmaq deməkdir. Əgər (fərz etsək ki) İbn Məsudda müsəlmanlarnı qiraətinin əksinə Quran tilavət edibsə, o bu mövzuda  yolundan azmış hesab olur.Çünki, orta səviyyəli yol müsəlmanların yoludur və hər kəs olursa, bu yoldan bir addım kənara çıxırsa, deməli kimliyindən asılı olmayaraq, əsl yoldan azmış kimidir.
Amma, İmam Sadiqin (əleyhissalam) Biz Quranı Übəyy ibn Kəbin qiraəti əsasında oxuyuruq sözünün mənası budur ki, bu qiraət Osmanın dövründə bütün qarilərin və müsəlmanların razılığı ilə Quranın Übəyy ibn Kəbin qiraəti və Quranı əsasında yazılmasına işarədir. O zaman bir dəstə Quran məllimləri cəm olub, bir Quran nüsxəsi kimi Quranı Übəyy ibn Kəbin Quranı əsasında yazıblar və bundan sonra hər hansı bir qiraət və ya tilavət ixtilafı olardısa həmin Qurana və tilavətinə müraciət edərlərmiş. Bu qiraət, həmin vaxtdan bütün müsəlmanlar arasında qəbul olunmuş bir qayda olur.  Beləliklə, Übəyy ibn Kəbin qiraəti və mətni əsl olaraq qəbul olunur, İmamın (əleyhissalam) da sözü ona işarədir ki, bütün müsəlmanlar bu gündə bu qanuna əməl etməlidirlər.[18]
Həfzin qiraətinin xüsusiyyətləri;
Şiə məktəbinin tərəfdarları bu etiqaddadırlar ki, Quranın düzgün qiraətinin və tilavətinin dəlili o qirətdir ki, yuxarıda qeyd etdiyimiş şəratiə və bütün müsəlman aləmində olan adi Quran qiraətlə ümumi olaraq uyğun olsun. Quran qiraətinin hər cür şəxsi səliqə ilə ələ gətirilməsi faydasızdır. Yalnız, ərəblərdən eşitmək və mütəvatir olaraq, nəql olunması dəlil sayılır və o da yalnız Həfz tərəfindən bizə çatan Asimin Quran qiraətidir. Bəs, müsəlmanlar arasında ən düzgün qayda və sənədə malik qiraət Həfz vasitəsi ilə bizə çatan və bütün müsəlmanların qəbul etdiyi asimin Quran qiraətidir. Bu qiraət növü neçə əsrlardir ki, müsəlmanlar arasında ən çox nəql olunan müxtəlif yollarla bizə çatan düzgün qiraət olub və davam edir. Onun da bir neçə dəlili var. Onlardan bəzilərini qeyd edirik:
1.Quran qariləri arasında Asimin xüsusi yeri və şəxsiyyəti nəzərə çarpır ki, hamı onu qəbul edir. O, Quran ayələrinin tilavətində çox ehtiyatlı, çətin tutan və başqalarından çox ciddi olub. Ona görə də o Əbu Əbdurrəhman Sələmidən başqa qiraəti almazdı və o da İmam Əlindən (əleyhissalam) öyrənərdi. Həmçinin, öyrəndiyi bu qiraəti İbn Məsuddan dərs alan Zərr ibn Həbişə də göstərir və onunla müvafiqət edərdi.[19]
İbn Eyyaş nəql edir: Asim mənə dedi: "Əbu Əbdurrəhmandan başqa heç kəs mənə Quran tilavət etməyib və məndə ondan aldığım hər bir qiraəti Zərr ibn Həbişə göstərmişəm və razılaşmışam. Əbu Əbdurrəhman da öz qiraətini Həzrət Əlidən (əleyhissalam), Zərr ibn Həbiş də Abdullah ibn Məsuddan qiraət alıbdır."[20]
İbrahim ibn Məhəmməd Nətfiyyə (323-cü ilə dünyasın dəyişib) əlli il Quran qiraətini öhdəsinə almışdır. Hər zaman Quran dərsini başlasa əvvəlcə, Asimin qiraəti ilə Quran tilavət edər sonra başqa qiraətlərdən dərs verərdi.[21]
Əhməd ibn Hənbəl də Asimin Quran qiraətini qəbul etmiş və onu digər qiraətlərə üstün tutmuşdur. Çünki, Kufə camaatından elm və fəzl əhli olanların hamısı Asimin qiraətini qəbul etmişdilər.[22]  Zəhəbi nəql edir ki: Əhməd ibn Hənbəl nəql edir: Asim ən etibarlı şəxs idi və Asimin qiraətini seçdim." [23]  Həmçinin nəql edir:" Bizimçün ən üstün fürsət bu oldu ki biz Qurani-əzimin tilavətini Aismin vasitəsi ilə ən mötəbər vasitə ilə ələ gətirdik." O, sonra öz vasitələrini Aismə kimi adın çəkir və sonra Asimin Əbu Əbdur-Rəhman Sələmidən və o da Həzrət Əlidən (əleyhissalam) və Zərr ibn Həbişdən o da İbn Məsuddan almışdır. Təbbi ki, Həzrət Əli (əleyhissalam) və İbn Məsud isə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) , O Həzrət isə Cəbrailin vasitəsi ilə Allah-Taaladan ələ gətirmişdir.[24]
Bütün bunlara görə İmamiyyənin böyük fəqihləri və alimləri həmişə Asimin Quran qiraətini bütün qiratələrə üstün tutmuşlar.  Çünki, bu qiraətin qureyş ləhcəsində olub ən yaxşı və fəsahətli ərəb ədəbiyyatı ilə nazil olması ilə ən uyğunudur. Bütün ərəb xalqları da bu üstünlüyü qəbul edirlər.
İbn şəhr Aşub özünün "Əl-Mənaqib" adlı dəyərli kitabında yazır: "Aism öz Quran qiraətini Əbu Əbdr-Rəhman Sələmidən ələ gətirib. O da bütün Quranı Əmirəl-möminin Əlidən (əleyhissalam) öyrənmişdir." Sonra əlavə edir: Ən fəsahətli Quran qiraəti Asimin qiraətidir. Çünki, o qiraəti kökündən öyrənib amma, digərləri başqa əyri yol gediblər. Təkcə o, ən möhkəm yolu seçmişdir."[25]
Həmçinin, böyük flim və fəqih Əllamə Hilli özünün "Əl-Müntaha" kitabında yazır: "mənim üçün bütün Quran qiraətlərinin ən üstünü Asimin qiraətidir."[26]
Onu da qeyd etmək lazımdır ki, Asimin Quran qiraətinin üstünlüyü haqqında  və alimlərin hər əsrdə onun qiraətinə üstünlük verməsi və müsəlmanların bu qiraətlə Quran oxumaları haqqında həddən artıq sənədli kitablar yazılmışdır. Bu da Asimin qiraətinin müsəlmanlar arasında ən əhəmiyyətli və önəmli olmasına dəlalət edir.
3.Başqa tərəfdən, Asimin Quran qiraətini bütün ölkələrdə rəvac edən Asim qanun-qaydaya çox möhkəm əməl edən bir insan olub və bu adla da müsəlmanlar arasında tanınıb. Bundan əlavə, səhabələr arasında Asimin qiraətinə aşina olan ən yaxın şəxs Həfz olub. hətta bu mövzuda öz dostu və Asmin şagirdi Əbu Bəkr ibni Eyyaşı da ötüb keçmişdi.[27]
4.həfzin Asimdən və onun da İmam Əlidən (əleyhissalam) nəql etdiyi qiraət sənədləri başqa qiraətlərdən çox yüksək səviyyədə düzgün, möhkəm və oxşarı yoxdur.[28]
 
Yeddi qarinin Quran qiraətinin əsas dəlil olması;
Yeddi qarinin Quran tilavəti bizlər üçün şəri cəhətdən höccət və dilil kimi qətidirmi? Namazqılan bu yeddi qiraətdən birin seçə bilərmi?
Cavab: Fəqihlərin əksəriyyəti bu əmələ icazə vermişlər və hətta, bəziləri yeddi qaridən kənara çıxmamağı da ehtiyat kimi fətva vermişlər.[29]
 

[1] Mərifət, Məhəmməd Hadi, Ulum Qurani, səh.181; Qum, Müəssiseyi fərhəngi Ət-Təmhid fi ulumil Quran, dördüncü çap, 1381 şəmsi ili, həmçinin, Cəlaləddin Siyuti, Əl-İtqan fi ulumil-Quran, c.1; səh.251; Beyrut, Darul-kutubul ərəbi nəşriyyatı, ikinci çap, 1421 h.qəməri
[2] Ulum Qurani, səh.181; Əbdüs-Səmi şafeyi Əl-Həfiyan, Əhməd Məhmud, Əl-icabatil-vazihat lils-sualatil-qiraat, səh.28; Beyrut, Darul-kutubul-elmiyyə nəşriyyatı, birinci çap, 1423 h.qəməri, Məhəmməd Əbu Süleyman, Sabir Həsən, Əzvail-bəyan fi tarixil-Quran, səh.153; Riyaz, Darul-aləmil-kutub nəşriyyatı, birinci çap, 1420 h.qəməri ili
[3] Mərifət, Məhəmməd Hadi, Ulum Qurani, Ət-təmhid fi ulumil Quran; c.2;  səh.47-53; Qum, Müəssiseyi nəşr islami nəşriyyatı, ikinci çap, 1415 h.qəməri
[4] Cəzri, Əbul-Xeyr Məhəmməd ibn Məhəmməd, Təhribul-təysir fil qiraat, səh.189; İordaniya, darul-Furqan nəşriyyatı, birinci çap, 1421 h.qəməri
[5] Ulum Qurani, səh.189-190;  Məhəmməd Əbu Süleyman, Sabir Həsən, Əzvail-bəyan fi tarixil-Quran, səh.189; Təhribul-təysir fil qiraat, səh.150; Əbdül-Ğəni Əl Qazi, Əbdul- Fəttah, Əl-Buduruz-zahirə fil qiraatil-əşər, səh.13-36; Qahirə, Darus-salam nəşriyyatı, ikinci çap, 1426 h.qəməri
[6] Həmzət ibn Zəyyabın qiraəti, sual: 8636
[7] Ulum Qurani, səh.218
[8]  Quran kitablarının və səhifələrinin yazılış və çap mərkəzlərində bu mətn tamamilə eynidir. O cümlədən, məsələn Kufə, Bəsrə və İslam ölkələrinin başqa şərq hissəsində
[9] Ən-nəşr fi qiraətil-əşərə, c.1; səh.155; Bili, Əhməd, Əl-İxtilaf beynil qiraat, səh.81; Beyrut, Darul-cil nəşriyyatı, Bi Ta; Əllaf, Ədib, Əl-Bəyan fi ulumul-Quran, c.1; səh.168; Dəmeşq, Məktəbətül Farabi nəşriyyatı, birinci çap, 1422 h.qəməri
[10] Ulum Qurani, səh.219
[11] Kuleyni, Məhəmmədibn Yəqub, Əl-Kafi, c.4; səh.664-665; Qum, Darul-hədis nəşriyyatı, birinci çap,  1429 h.qəməri
[12] Kuleyni, Məhəmməd ibn Yəqub, Əl-Kafi, c.4; səh.665; Qum, Darul-hədis nəşriyyatı, birinci çap,  1429 h.qəməri
[13] Ulum Qurani, səh.221
[14]  Kuleyni, Məhəmməd ibn Yəqub, Əl-Kafi, c.4; səh.671-672
[15] Ulum Qurani, səh.221
[16] Şeyx Hürr Amili, Vsailuş-şiə, c.6; səh.163; Qum, Müəssiseyi Alul-beyt (əleyhimussalam), birinci çap, 1409 h.qəməri
[17] Kuleyni, Məhəmməd ibn Yəqub, Əl-Kafi, c.4; səh.674
[18]  Ulum Qurani, səh.222
[19] Ulum Qurani, səh.235
[20] Zəhəbi, Məhəmməd ibn Əhməd, Mərifətil qurrail kubar əla təbəqatil vəl əsar, c.1; səh.208; İstanbul, Mərkəzil buhusil islamiyyə nəşriyyatı, birinci çap. 1416 h.qəməri
[21] İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, c.1; səh.109; Beyrut, Müəssisətül ələmi lil mətbuat, ikinci çap 1390 h.qəməri
[22] İbn Həcər Əsqalani, Əhməd ibn Əli, Təhzibu-təhzib, c.5; səh.39; Hindistan, Mətbətu dairətul məarif nizamiyyə, birinci çap, 1326 h.qəməri
[23]  Zəhəbi, Şəmsəddin Məhəmməd ibn Əhməd, Mizanul-etidal fi nəqdir-Rical, c.2; səh.358; Beyrut, Darul mərifət littəbəati vən-nəşr nəşriyyatı, birinci çap, 1382 h.qəməri
[24]  Zəhəbi, Məhəmməd ibn Əhməd, Mərifətil qurrail kubar əla təbəqatil vəl əsar, c.1; səh.210;
[25]  İbn şəhr Aşub Mazandarani,  Mənaqib Ali Əbi Talib (əleyhimussalam), c.2; səh.43; Qum, İntişarat Əllamə nəşriyyatı, birinci çap, 1379 h.qəməri ili.
[26] Əllamə Hilli, Həsən ibn Yusif, Müntəhəl-mətləb fi təhqiqil məzhəb, c.5; səh.64; Məşhəd, Məcməul buhusil islamiyyə, birinci çap, 1412 h.qəməri
[27] Ulum Qurani, səh.238
[28] Ulum Qurani, səh.238
[29]  Müntəhəl mətləb fi təhqiqil məzhəb, c.5; səh.64; Nəcəfi, Məhəmməd Həsən, Məcməulr-Rəsail, səh.247; Məşhəd, Müəssiseyi Sahibəz-Zaman (əc) birinci çap, 1415 h.qəməri ili; Əraki Məhəmməd Əli, Kitabus-Səlat, c.2; səh.127; Qum, dəftər müəllif, birinci çap, 1421 h.qəməri ili; İmam Xumeyni, Təhrir Vəsilə, c.1; səh.167-168; Qum, Müəssiseyi Mətbuat darul elm, birinci çap, 1379 şəmsi ili; sual: 31747: Maliki yavmiddin və məliki yavmiddinin oxunuş qaydası"
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163888 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159538 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118839 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112028 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106163 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92695 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54205 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50000 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45077 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44524 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...