Ətraflı axtarış
Baxanların
12869
İnternetə qoyma tarixi: 2014/05/18
Sualın xülasəsi
Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
Sual
Heyzli qadının hazırladığı, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməkləri yeməyin hökmü nədir?
Qısa cavab
Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1]  Amma, İslamda heyzli qadın şəri cəhətdən, xüsusi halda olan (mühdis) adi bir insan sayılır. Yəni, şəri cəhətdən belə insan dəstəmazı və qüslü olmayan bir şəxsdir. Ona görə də bu halət qurtardıqdan sonra qüsl və dəstamazla adi vəziyytinə qayıdır.  Bu cəhətdən heyzli qadın, cənabətli, yuxulu, ayaqyoluna getmiş və s..kimi insanlar kimidir.
 İslam Peğəmbərindən (sələllahu ələyhi və alehi və səlləm)  heyzli qadının hökmü haqqında soruşurlar. Ayə nazil olur və heç də açıqlamır ki, heyzli qadın napakdır, onunla danışmayın, ondan qaçın əksinə, Allah-Taala belə bəyan edir: “  (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zama qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin....”[2] Yəni, qadınlar üçün aybaşı bir növ bədən xəstəliydir və bu xəstəlik zamanı onlarla yaxınlıq etməkdən çəkinin. Bu əmr heç də o mənada deiyl ki. onlarla bir evdə yaşamayın, onlardan uzaq gəzin və s.. Quran-Kərim bu halı başqa xəstəliklər kimi qadınlar üçün yalnız, bir növ bədən xəstəliyi hesab edir və onlara aid edilən hər cür çiriknlik və xoşagəlməz fikirləri rədd edir.[3]  Bu ayənin nazil olması haqqında belə nəql olunur ki,” Ənəs ibn Malik nəql edir, yəhudilərin adəti belə idi ki, hər vaxt qadın heyz olsaydı onu evdən çıxarar və onunla bir süfrədə yemək yeməz, onun əlindən su alıb içməz və onunla bir otaqda yatmazdılar. Ona görə də İslam Peyğəmbərindən (sələllahu ələyhi və alehi və səlləm)  bu vəziyyət haqqında sual olunur və bu ayə nazil olur. İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm)  onlardan qaçmağı qadağan edir və buyurur: “Bu haqdan qadınla yaxınlıq etməyin qadağasından başqa heç bir qadağa yoxdur.”[4]
  Həmçinin, bu mövzuda rəvayətmiz var ki. heyz halında olan qadının ev işləri görməsinin heç bir eybi yoxdur.  Məslən;
 1.İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm)  öz zövcələrindən birinə buyurur: “ O xumrəni mənə ver. (xumrə- adətən kasanın ağzını örtməkdən ötrü bir parça toxunmuş həsirə deiylir.[5] İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm)  bu həsirdən səccadə kimi namaz qıldıqda istifadə edərdi)  qadın Peyğəmbərə (sələllahu ələyhi və alehi və səlləm)  cavab verir: Mən heyz halındayam. Həzrət cavabında buyurur: “Məgər heyzli olmağının ixtiyarı sənin ixtiyarındadırmı?” [6]
2.Müaviyət ibn Əmmar İmam Sadiqdən (əleyhissalam) soruşur: Heyzli qadın mənə su gətirə bilərmi? İmam (əleyhissalam) buyurur: “İslam Peyğəmbərinin (sələllahu ələyhi və alehi və səlləm)  həyat yoldaşlarından biri heyz halında olarkən Peyğəmbərin (sələllahu ələyhi və alehi və səlləm)  başına su tökür və Peyğəmbər (sələllahu ələyhi və alehi və səlləm)  başını yuyurdu. Yenə də həmin halda, namaz xumrəsini (həsir canamazını) Onun yanında yerə sərirdi ki, O həzrət namaz qılsın və ona səcdə etsin.”[7]
 Beləliklə, bu rəvayətlərə əsasən, heyzli  qadının ev işlərindəki fəaliyyəti nəinki qadağan, bəlkə heç  məkruh da deyildir.
 

[1] Mütəhhəri, Mürtəza, Məcməul asar, c.19; səh.418; Sədra nəşriyyatı, Qum, birinci çap
[2] Bəqərə surəsi 222
[3] Mütəhhəri, Mürtəza, Məcməul asar, c.19; səh.418-419; Sədra nəşriyyatı, Qum, birinci çap
[4] Əzdi Səcstani, Əbu Davud Süleyman ibn Əşəs, Sünən əbu Davud, mühəqiq; Əbdul-həmid, Məhəmməd Mühyəd-Din, c.1; səh.67; Əl-Məktəbətul-Əsriyyə, Beyrut,  Bi ta; Bəğəvi, Hüseyn ibn Məsud, Məalimit-tənzil fi təfsirul-Quran, təhqiq; Əl-Məhdi. Əbdur-Rəzzaq, c.1; səh.285; Daru Ehyau Turasu Ərəbi, Beyrut, birinci çap, 1429 h.q
[5] Məclisi Əvvəl, Məhəmməd Təqi, Rövzətul-müttəqin fi şərhi mən la yəhzurul fəqih, mühəqqiq və düzəliş verən; Musəvi Kermani, Seyyid Hüseyn İştihardi, Əli Pənah, Təbatəbai seyyid Fəzlullah, c.1; səh.259; Müəsiseyi fərhəngi Kuşanpur, Qum, ikinci çap, 1406 h.q; Mazandarani, Məhəmməd Hadi ibn Məhəmməd, Saleh, Şərh Furuil-Kafi, mühəqqiq və düzəliş verən; Mahmudi, Məhəmməd Cavad. Dirayəti, Məhəmməd Hüseyn, c.2;səh.90; Darul-hədis, lil-təbaəti vən-nəşr, Qum, birinci çap, 1429 h.q
[6] Şeyx Səduq, Mən la yəhzuruluh-fəqih, mühəqqiq və düzəliş verən; Ğəffari, Əli Əkbər,c.1; səh.67; Dəftər intişarat İslami, Qum, ikinci çap, 1413 h.q
[7]Kuleyni, Məhəmməd ibn Yəqub,Əl-Kafi,mühəqqiq və düzəliş verən; Ğəffari, Əli Əkbər, Axundi, məhəmməd, c.3; səh.110; Darul-kutubul islamiyyə, Tehran, dördüncü çap, 1407 h.q
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    12706 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • "Əssəlamu ələl- Hüseyn və əla Əli ibnil Hüseyn və..." «اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ و ...» salamında Əli ibnil Hüseyn kimdir?
    18257 تاريخ بزرگان 2011/06/28
    Baxmayaraq ki, ziyarətnamə, təvəssül duası, pak İmamlara salavat və İmam Zeynəl- abidin və Əli Əkbər (ə)- dan qalan rəcəznamələrdən Əli ibnil Hüseynin o iki həzrətin müştərək adı olması istifadə olur, amma Aşura ziyarətinin zaman və məkan məsələsi ki, Aşura günü, Kərbəla məkanı və o gün öldürülənlərə işarə edir. Və həmçinin ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    8276 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7748 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
    12497 Nizamlar hüquq və əhkam 2012/07/16
    Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox? Şiənin fəqihləri İmamlar (ə)- ...
  • Bizə salam verərək “əssəlamu əleykum” deyən qeyri-müsəlman şəxsə cavabımız necə olmalıdır?
    7788 Nizamlar hüquq və əhkam 2012/04/09
    Dini təlimlərdə təkid olunan məsələlərdən biri də möminlərin bir-birinə salam verməsidir. Bu məsələ ilə əlaqədar bir neçə istisna halı vardır ki, onun nümunələrindən biri də qeyri-müsəlmana salam verməkdir. Fiqhi kitablarda qeyri-müsəlmana salam vermək məkruh (bəyənilməz iş) sayılır və buyurulur: “Kafirin salamının cavabında gərək qısa şəkildə (təkcə “əleykə” ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    8112 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6733 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Ümumiyyətlə tato haramdır?
    15938 Nizamlar hüquq və əhkam 2015/05/04
    Həzrəti Ayətullah ul üzma Sistaninin ofisi (Allah onun ömrün uzun etsin) Özü- özlüyündə caizdir, icazə verilir. Həzrəti Ayətullah ul üzma Məkarim Şirazinin ofisi (Allah onun ömrün uzun etsin) Əgər bədən üçün xüsusi bir zərəri yoxdursa və əxlaqa zidd şəkillər onda olmasa icazə verilir. Hər halda dəstəmaz və ...
  • Nə üçün həzrət Məhəmmədin (s) dörd qadından çox arvad almasına icazəsi var idi?
    15385 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/06/21
    Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:1). Birincisi: "Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.2). Peyğəmbərimizin bu ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164804 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119876 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113911 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94210 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54915 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54575 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46296 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45900 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...