Please Wait
6188
- bölüşdürülməsi
Həzrət Ayətullah uzma Sistaninin dəftəri:
İlk iş günü onun il başıdı. Hər il bu gün qalan şeylərin xümsünü ödəməldir. İstər nağd pul olsun istərsə də gündəlik təlabat malları. Məsələn: qalan ərzaq, həmçinin bir il ərzində istifadə edilməyən ev əşyaları və paltarlar və s. Əgər keçmiş illərin xümsünü ödəməmişsə, bu hesabatı aparmalıdır. Çünki il başında yerdə qalanların xüms pulun ödəmədən istifadə etdiyindən onun boynunda qalır. Əgər borcu olduğu xüms naməlum olarsa, məlum olan miqdarla ödəməlidir və hərçənd tədriclə və naməlum miqdarda vacib ehtiyata əsasən mərcə təqlidin nümayəndəsi (vəkili) ilə sülh etməlidir. Əgər vacib olan xümsün məbləği 50% olarsa, bu xümsun yarısını ödəməlidir. Amma ev, əşya, maşın və yaşayış üçün lazım olan digər əşyaları il boyu öz qazancı ilə almış və istifadə etmişsə xümsü yoxur.
Həzrət Ayətullah uzma Məkarim Şirazinin dəftəri:
Yaşayış məskəni, ev əşyaları və minik vasitələrini (əgər varıdırsa) sizinlə sülh etdik. Yerdə qalan mallarınızı hesablayıb onlara aid olan borclarınızı çıxıb, yerdə qalan xümsü bir dəfəyə və ya tədricən göndərin.
Həzrət Ayətullah Mehdi Hadi Tehraninin cavabı belədir:
Bir mərcə təqlidlə yaxud da onun vəkili ilə öz maddi vəziyyətinizi müəyyən edin ki, sizin xümslə bağlı olan probleminiz həll ola bilsin.
Bu sualın ətraflı cavabı yoxdur.