Please Wait
5899
İnsanın insaniyyəti onun zati bir xisləti olduğuna görə bu cəhətdən insaniyyət ondan ayrıla bilməz. Amma müsəlman olmaq insanın zati xüsusiyyəti deyil, arizidir. Yəni ola bilər ki, bir insan müsəlman olmasın. Hal-hazırda qeyri-müsəlman insanların hamısını misal çəkmək olar. Buna görə də dünyaya gələn insan ilk növbədə və zatən insandır, amma həddi-buluğa çatıb islamı qəbul etməyincə, müsəlman deyildir. Əgər atası, anası, babası və yaxud bunlardan biri müsəlman olsa, müsəlman hökmünə malikdir.[1]
Əlbəttə, sənədli rəvayətlərə əsasən[2] dünyaya gələn hər övlad öz zat və fitrətində Allahı axtarır və müvəhhid (tövhid əhli) sayılır. Əgər münasib mövqe və mühitlərdə qərar tutsa, qəti olaraq islamı qəbul edəcəkdir. Bəzən mümkündür ki, ata, ana və cəmiyyətin düzgün olmayan təlim-tərbiyələri onu düzgün olan fitrət yolundan azdırsın.
[1] “Tovzihul-məsail” (İmam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 78, məsələ 108: “Əgər həddi-buluğa çatmayan uşağın atası, anası və babası kafir olsa, o uşaq da nəcisdir; əgər bunlardan biri müsəlman olsa, uşaq pakdır.”
[2] Şeyx Səduq (rəhmətullahi əleyh), “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 49, hədis 1668, Qum, “Müdərrislər heyəti”nin nəşriyyatı, 1413-cü hicri qəmər ili