Ətraflı axtarış
Baxanların
5840
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Məsum İmamların da qüdrət döyüşü vardır və onlar da irsi hökumət istəyirlər?
Sual
Məsum İmamların qüdrət döyüşü və onların irsi hökumət istəmələri barədə sual edənlərin cavabında nə deyək?
Qısa cavab

Əvvəla, İmamların yaşayışına diqqət etməklə aydın olur ki, onların nəinki qüdrət döyüşləri olmayıb, bəlkə heç bir qüdrət həvəsi onlarda olmayıb. Əgər nə vaxtsa öz hüquqlarından müdafiə ediblərsə təklifə xatir olub.

İmam Əlinin (ə) bu sözü ki, buyurur: Məni xilas edin və başqalarının sorağına gedin. Bu iddia üçün ən yaxşı şahiddir.

İkincisi, İmamətin, başqalarına ləyaqət və üstünlüklə birgə irsi olması maneəsi olmamağından əlavə ağıl və şəriət tərəfindən təsdiq olunan bir işdir. Başqa bir ibarətlə necə ki, nübüvvət üçün Allah- Taala tərəfindən birbaşa göstəriş vardır və o bilir ki, öz sisalətini harada qərar verə. Bu göstərişə əsasən gərək İmamət və nübüvvətin də bir nəsildə olmasını qəbul edək. Bunun kimi ki, həzrət İbrahimdən (ə) sonra onun iki övladı İsmayil və İshaq nübüvvətə yetişdilər və İshaqdan sonra oğlu Yəqub və ondan sonra oğlu Yusif və....

Ətreaflı cavab

Bu sual ilə bağlı gərək iki mühüm məqama diqqət etmək lazımdır:

İlk məsələ: İmamların yaşayışına diqqət etməklə aydın olur ki, nəin ki, onların qüdrət döyüşləri olmayıb, bəlkə heç qüdrət həvəsi onlarda olmayıb. Əgər nə vaxtsa öz hüquqlarından müdafiə ediblərsə təklifə və vəzifəyə xatir olub. Bu barədə iki nümunəyə işarə olunur:

1). İkinci altı nəfəri xilafət şurası ünvanına müzakirəyə qoyandan sonra Zübeyr öz rəyini Əliyə (ə) Təlhə Osmana və Səd Vəqqas Əbdürrəhmana verdi. Nəticədə üç nəfər qaldılar. Əgər onlardan hər biri başqasının xeyrinə kənara gedərdi, həmin xəlifə idi. Əbdürrəhman həzrət Əlinin (ə) yanına gəldi və onunla bu şərtlə beyət edəcəyini söylədi ki, Allahın kitabına, Peyğəmbərin (s) sünnətinə və şeyxlərin (əbu Bəkr və Ömər) əməlini yerinə yetirə. Amma həzrət (ə) buyurdu ki, əgər xəlifə olam Allah kitabı və onun Peyğəmbərinin sünnətinə öz üslubum və düşüncəmlə əməl edəcəyəm. Bu cəhətdən xilafəti qəbul etməkdən imtina etdi.[1]

Siyasətçilərdən bəzilərinin etiqadı bunadır ki, İmam (ə) zahirdə də olsa gərək bu şərti qəbul edərdi və sonradan ona əməl etməzdi. Həqiqətən hər bir dünya pərəst və qüdrət tələb şəxs belə fikr edər, amma görürük ki, İmam (ə) ona rəd cavabı verir (qəbul etmir).

2). Osmanın öldürülməsindən sonra camaat Əlinin (ə) evinə hücum gətirən vaxt. Həzrət buyurdu: Mənim sizə vəzir və müşavir olmağım sizə hakimlik etməyimdən daha yaxşıdır... Məni xilas edin (azad buraxın) və başqalarının sorağına gedin.[2]

Qüdrət tələb edən şəxs belə rəftar edərmi?! Bu hansı qüdrət tələblik meyarı ilə uyğundur?!

Biz inanırıq ki, əgər ədalət narahatçılığı (iztirabı) olmayaydı heç vaxt İmamlar (ə) hökumət dalınca getməzdilər. İmam Əli (ə) buyurub: Əgər bu narahatçılıq olmasaydı bütün dünyanın, keçinin burnundan gələn su miqdarında belə onun üçün dəyəri olmazdı.[3]

İkinci məsələ: Nübüvvət, xilafət və hökumətin irsi olması iki cəhətdən araşdırılır.

1). Heç bir ləyaqət və üstünlük nəzərə alınmadan, qohumluq əlaqəsinə görə bir nəfərin başqasından vəzifəni irs aparmasını nə ağıl qəbul edir, nə də şəriət.

2). Qohumluq əlaqəsinə görə deyil, təkcə öz şəxsi üstünlüyü və ləyaqətinə görə vəzifəyə sahib ola. Bununla bağlı əvvəlcə irsin əsil olmasını İlahi dinlərin Peyğəmbərlərinin tarixində araşdırırıq. Sonra İmamların xilafətinə məşğul olarıq.

2-1. Həzrət İbrahim (ə) Allah tərəfindən İmamət məqamına seçildikdən sonra dua edir ki, bu məqam onun nəslində davam tapa və Allah da buyurur: Zalım şəxslərə yetişməz.[4]

2-2. Həzrət Musa (ə) qardaşı Harunun (ə) onun üçün vəzir və canişin qərar verilməsini Allahdan istəyir.[5]

2-3. Süyeyman atası Davuddan irs aparır.[6]

Buna əsasən bu yerlərin hamısında bir növ irs aparmaq vardır; hər bir şəxsin fərdi ləyaqətlərinə əsasən ataları və qardaşlarının və... yerində qərar tutmaları Qurani kərim baxışından şərh və təfsirə qabiliyyətlidir.

Biz, Əli (ə) və onun nəslindən olan İmamlar (ə) barəsində, onların İmaməti və xilafəti haqqında Peyğəmbərdən (s) yetişən məxsus, aydın olan rəvayətlərdən lavə o həzrət (s) Əlinin (ə) barəsində buyurub: Sən mənim vərəsəmsən.[7]

İmamların İmaməti barəsində də demək lazımdır ki, bu vərəsəlik onun ikinci növündən olur. İmamət və xilafət üçün meyar və Allah tərəfindən yetişən göstərişdir; çünki o, daha yaxşı bilir ki, öz xəbərini yetirmək işini kimə tapşıra....[8] Əgər bu göstərişə əsasən İmamət və xilafət ləyaqəti bir nəsildə tapılsa, gərək onu qəbul edək. Həzrət İbrahimdən (ə) sonra onun iki övladının, İsmayil və İshaqın, İshaqdan sonra oğlu Yəqubun və ondan sonra oğlu Yusifin və s... nübüvvətə yetişməsi kimi.

Daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:

"İmamətin Peyğəmbərin (s) nəslində inhisarlığı", sual 2969 (sayt: 3209).

"Peyğəmbər Əkrəmin (s) hökumət təşkil etməsinin Allah axtaran fitrət ilə əlaqəsi", sual 12305 (sayt: 12080).

"İmamlar və siyasi rəhbərlik", sual 7163 (sayt: 8068).

"İmamət və İmamlara etiqadın dəlilləri), sual 321, (sayt: 2707).

"Qədir Xumda Əlinin (ə) siyasi vilayəti", sual 2570 (sayt: 2724).

 


[1] - Koleyni, Üsul kafi, Komreyi, Məhəmməd Baqir, cild 2, səh 721, Üsvə nəşriyyatı, üçüncü çap, Qum, 1375 hicri şəmsi.

[2] - Əllamə Məclisi, Biharul- ənvar, cild 32, səh 7 və 8, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

[3] - Nəhcül- bəlağə, səh 50, Darul- hucrə, Qum, tarixsiz.

[4] - Bəqərə surəsi, ayə 124.

«وَ إِذِ ابْتَلى‏ إِبْراهيمَ رَبُّهُ بِكَلِماتٍ فَأَتَمَّهُنَّ قالَ إِنِّي جاعِلُكَ لِلنَّاسِ إِماماً قالَ وَ مِنْ ذُرِّيَّتي‏ قالَ لا يَنالُ عَهْدِي الظَّالِمين»

[5] - Taha surəsi, ayə 29 və 30.

«وَ اجْعَلْ لي‏ وَزيراً مِنْ أَهْلي‏ هارُونَ أَخي‏»

[6] - Nəml surəsi, ayə 16.

«وَ وَرِثَ سُلَيْمانُ داوُد»

[7] - Şexy Səduq, Amali, səh 364, İslamiyyə kitabxanasının nəşriyyatı, 1362 hicri şəmsi.

«قال رسول الله ص لعلي أنت وارثي‏»

[8] - Ənam surəsi, ayə 124:

«اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَه‏»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Hüseynin (ə) pak cəsədini kim dəfn etdi?
    8074 تاريخ بزرگان 2011/12/25
    Bu mövzuda alimlərin nəzəriyyələri müxtəlifdir. Bu nəzəriyyələrdən biri, bəzi rəvayətlərdə və tarix kitablarında işarə olunduğu kimidir və o da budur: İmam Hüseynin (ə) pak cəsədi onun əziz övladı İmam Zeynəl- abidin (ə)- ın vasitəsiylə Kərbəla torpağında dəfn olunmuşdur: Yəni İmam Səccad (ə) Kərbəla şəhidlərinin təyin və dəfni üçün xüsusiylə ...
  • İmam Xumeyinin (rəh) siyasi fikri hansı sahələrə şamil olur?
    5501 Siyasət fəlsəfəsi 2012/09/15
    İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, ...
  • Peyğəmbərlərdən birinin adı İsraildirmi? Və o şey ki, yeməyin özünə haram etdi nə olubdur?
    6867 Təfsir 2012/02/13
    İsrail Allah Peyğəmbərlərindən biri olan həzrəti Yəqubun (ə) adıdır. O bir sıra məsləhətlərə görə dəvə ətini və südü özünə haram etmişdir.Allah ali- İmran surəsinin 93- cü ayəsində buyurur:«کُلُّ الطَّعامِ کانَ حِلاًّ لِبَنِی إِسْرائِیلَ إِلاَّ ما حَرَّمَ إِسْرائِیلُ عَلى‏ نَفْسِهِ ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    16067 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • İmam Əli (əleyhis-salam) sübh namazında zərbətlənən zaman İmam Həsənlə Hüseyn orada idilərmi?
    9194 تاريخ بزرگان 2012/03/14
    Əli (əleyhis-salam) zərbətləndiyi zaman Həsənlə Hüseyn (əleyhiməs-salam)-ın onun yanında olması ilə əlaqədar çoxlu rəvayət gəlmişdir. Buna görə də bu bəhsdə bir neçə ehtimal verilir: 1. İmam Əli (əleyhis-salam)-a məsciddən kənarda zərbə vurulmuşdur. Bu ehtimala əsasən demək olar ki, həmin anda Həsənlə Hüseynin Əli (əleyhis-salam)-ın yanında ...
  • Aya mümkündür bir başa deyək ya imam Rza (ə) hacətimizi ver? Və ya deyək filan imamın abrına xatir hacətimizi ver?
    6617 Qədim kəlam 2012/03/11
    1. Şübhəsiz ki, Allahdan başqa heç bir kəs bir başa və vasitəsiz heç bir işə gücü çatmaz və qüdrəti yoxdur və əgər buna malik olsa belə Allahın iradəsi və icazəsi çərçivəsindədir. 2. Din rəhbərləri və alimlərini öz hacətlərimiz üçün vasitəçi qərar verməliyik, nəin ki, öz ...
  • Şeytanın adı xilqətinin əvvəlindən şeytan idimi, yoxsa Allah dərgahından qovulduqdan sonra belə adlandırılmışdır?
    10727 تاريخ کلام 2012/03/14
    Şeytan kəlməsinin kökü ilə əlaqədar fikir ayrılığı olduğuna görə onun mənasında da ixtilaf vardır. Şeytan sözünün mənasında üç nəzəriyyə vardır: a) Şeytan شَاطَ “şatə” maddəsindən tutulmuşdur, qəzəb üzündən olan yandırmağa və şölələnməyə deyilir; b) Xəbis və alçaq varlıq mənasına olan شَاطن ...
  • Əgər bir şey nəcis olarsa və biz də ona əl vursaq, nəcis oluruqmu?
    6954 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. ...
  • Necə olur ki, həzrət Süleyman (ə) övladının vəfatından sonra mülk və hakimiyyət arzusu edir, amma İmam Hüseyn (ə) isə deyir: "Ey Əli səndən sonra kül olsun bu dünyanın başına?".
    7641 Təfsir 2011/11/19
    Baxmayaraq həzrət Süleymanın bu sözü onun ruhiyyəsinin böyüklüyünü və Allahın sonsuz rəhmətinə olan yəqinindən hekayət edir və bu da ümumi insanlara nisbət onun üstünlüyünü bildirir, amma İmam Hüseynin (ə) halına qarşı müqayisə etmək mümkün deyildir. Çünki bu ayələr:Birincisi: Bir növ bunu bildirir ki, həzrət Süleyman bir anlıq xəta ...
  • Bu ibarətdən məqsəd nədur?
    6420 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164002 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160136 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118956 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112213 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106913 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92851 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54347 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50566 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45236 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44720 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...