Please Wait
6184
Quranın belə dördüncü mərtəbəsinin dərki İslamdan əvvəl olmalarına baxmayaraq peyğəmbərlərə aiddir. Amma, Quranın həqiqəti islamdan əvvəl də olub, ancaq İslamdan sonra kamil şəkildə aşkar olundu.
Bu rəvayət hədis kitablarında o cümlədən, Cameul-Əxbar[1], Əlamud-Din,[2] Əvailul-Ləali,[3] Biharul-Ənvarda[4] nəql olunmuşdur. Rəvayətdə Quran haqqında dörd dərəcə qeyd olunmuşdur ki, onlardan həqiqətlər adlı dördüncü mərtəbə peyğəmbərlərə məxsusdur.
Amma bu sözün mənası haqqında onu qeyd etmək lazımdır ki, keçmiş peyğəmbərlər öz kitablarında, Tövrat, İncil və s... əslində Quranın həqiqətlərinə bağlı olublar və öz zəmanələrinə uyğun olaraq Quranın həqiqətləri və batinindən (təkvini Qurandan) bəhrələnmişlər.
Quranın bu xüsusi mərtəbəsi onun sözlərinin fövqündə duran məna və həqiqətlərdən olub, İslamın zühurundan sonraya məxsus deyildir. Bəlkə də, bütün peyğəmbərlərinin sözlərinin həqiqətləridir. Peyğəmbərlərdən hər birisi öz məqamlarına uyğun olaraq bu həqiqətlərə agah olublar.
Beləliklə, əgər peyğəmbərlər Quranın həqiqətlərinə agahdır, deyə qeyd olunursa, bu o demək deyildir ki, onların Quranın yazılış şəklinə düşməsindən əvvəl olmaları bu agahlığa mane ola bilər. Ona görə ki, Quranın bu mərtəbəsi həmin həqiqətlər mərtəbəsidir ki, o həmişə olub.
Quran ayələrinə əsasən, möminlərə əmr olunmuşdur ki, Allaha, Onun rəsuluna, Qurana, ondan əvvəl nazil olan kitablara iman gətirsinlər. Hər kəs Allaha, mələklərə və ilahi kitablara iman gətirməsə kafir sayılır.... və həqiqətən yolunu azmışlardandır.[5] Halbuki, keçmiş peyğəmbərlərin kitablarının hamısının təhrif olunduğunu bilirik. Beləliklə, bütün bu və buna bənzər ayələrdə məqsəd o kitabların bu günkü zahirinə iman gətirmək yox, onların həqiqətlərinə və batininə iman gətirməkdir.
Başqa tərəfdən, ilahi kitabların həqiqətləri haqqında verilmiş bu ümumiyyəti peyğəmbərlərin özləri haqqında da tətbiq etmək olar. Yəni, peyğəmbərlərin məqamları elə bir məqam deyil ki, sonununcu peyğəmbərlə xətm olunsun. Bəlkə də sonuncu peyğəmbərlə “şəriət peyğəmbərliyi” sona çatmışdır. Amma, bəzi möminlər var və olub ki, peyğəmbərliyin xətmindən sonra özləri peyğəmbər olmasalar da peyğəmbərlik elminin həqiqətlərinə sahib olmuş və ilahi kitabların hamısının incəliklərindən və həqiqətlərindən bəhrələnmişlər.
Əlbəttə, bu söz bəzilərinin insanın öz əql və dərki ilə ilahi kitablardan müəyyən həqiqətləri ələ gətirməsi mövzusu ilə tamamilə fərqlidir. Bəhsimiz o haqda olmadığına görə o mövzuya girmirik. Belə bir fərqlənməni nəzərə almayanlar bu gün bu mövzudan öz məqsədlərinə uyğun istifadə edib, irfani kalamı dəyişməklə Quranın əhkamında da dəyişiklik etməyə çalışmışlar.
Bütün deyilənlərdən məlum olur ki, Quranın dördüncü dərəcəsi onun sözlərinini fövqündə duran mənalara işarədir. Həm Quranın həqiqətini onun zamanından yüksək səviyyədə dərk etmək lazımdır və həm də peyğəmbərlərin peyğəmbərliyini (şəriətini yox) onların irfani məqamı ilə bilib, Allahdan onlara verilmiş elm kimi dərk etmək lazımdır.
[1] Tacud-Din, Şəiri, Cameul-əxbar, səh.42; Rəzəvi adına nəşriyyat, Qum, 1363-cü şəm.
[2] Deyləmi, Əlamud-Din, səh.303; Alul-beyt adına müəssisə, Qum, 1408-ci h.q.
[3] Ehsai, İbni Əbi Cumhur, Əvailul-Ləali, c.4; səh.105, Seyiiduş-şühəda adına nəşriyyat, Qum, 1405-ci il h.q.
[4] Məclisi Biharul-Ənvar, c.75; səh.278, Əl-Vifa adına müəssisə, Beyrut, 1404-cü il h.q.
[5] “Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.” (Nisa surəsi 136)